Xəzər ovalığı (qaz. Каспий маңы ойпаты) — Qazaxıstan və Rusiyanın Şərqi Avropa düzənliyində yerləşir. Xəzər dənizinin şimal hissəsini əhatə edir.
Xəzər ovalığı | |
---|---|
qaz. Каспий маңы ойпаты | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 149 m |
Sahəsi | 200 000 km² |
Yerləşməsi | |
47°32′ şm. e. 49°01′ ş. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xəzər ovalığı şimalda - Obşı Syrt, qərbdə Volqa dağları və Eeqeni, şərqdə - Ural yaylası və Üstyurd ilə əhatə olunmuşdur. Ovalığın sahəsi 200 min km²-dir. Ovalığın maksimal hündürlüyü 149 m-ə qədərdir. Cənub hissəsi isə dəniz səviyyəsindən 28 m aşağıda yerləşir. Ovalığın şimal-qərb hissəsi, Erqeni dağları, Kumo-Manc çökəkliyi və Volqa arasındakı ərazi Qara torpaqlar adlanır. Səhra Xəzər çökəkliyinin 3,5 mln. ha ərazisi əhatə edir.
Kalmıkiya ərazisinin 47,3 % təşkil edir[1]. Səhranın adı qışda qarın az yağması və bitkilərin qurumuş (qaralmış) çubuqlarının qara rəngə çalmasına görə verilmişdir[2]. Səhranın sahəsi 40 000 km² təşkil edir.
Xəzər ovalığı dənizə doğru mailliyi ilə seçilir. Bununla belə ərazisində ayrı-ayrı yüksəkliklər qalxır - İnder dağları, Böyük Boqdo, Kiçik Boqdo və s.
Ovalıqdan axan çaylar: Volqa, Ural, Emba, Kuma), Terek və s. Kiçik çayları (Böyük və Kiçik Uzen, Vil, Saqiz) yayda quruyur və ya bir sıra boşluqlara dolaraq göl əmələ gətirir - Kamış-Samara gölü, Sarpa gölü. Ərazidə çoxlu duzlu göllər vardır (Baskunçak, Elton, İnder, Botkul və s.).
Xəzər ovalığı bir neçə iri tektonik stuktura sahibdir. Bunlar arasında Xəzər sineklizi, Erqeninski qalıxması, Noqay və Terek çökəkliklərini göstərmək olar. Ovalığın dörddə biri dəfələrlə dəniz altında qalmışdır. Şimal hissədə gilli, cənubda isə qumlu düzənliklər bunun bariz nümunəsidir.
İqlimi kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu şimalda -14 °C, sahildə −8 °C, iyulda şimalda +22 °C, cənubda isə + 24 °C-ə qədər dəyişir. Yağıntılar cənub-şərqdə 200–150 mm-dən şimal-qərbdə 350 mm-ə, buxarlanma isə 1000 mm-ə qədərdir. Tez-tez quru küləklər müşahidə olunur. Xəzər ovalığının torpaqları və bitki örtüyü daha mürəkkəbliyi ilə xarakterizə olunur. Tez-tez duz bataqlığı, şoranlıqlar müşahidə olunur. Şimalda açıq şabalıdı torpaqlarda yovşan bitir. Cənubda qəhvəyi və qumlu torpaqlarda yarımsəhra və çöllər yayılmışdır.
Otlaq kimi istifadə olunur.
Volqa-Axtuba yaylasında bostançılıq, bağçılıq və tərəvəzçilik geniş yayılmışdır.
Neft və qaz hasilatı (Xəzər neft-qaz əyaləti), göllərdə - duz istehsalı (Baskunçak, Elton və s.) həyata keçirilir.