Xəznədərəçay — Culfa rayonu ərazisində çay. Əlincəçayın sağ qolu.[1]
Xəznədərəçay | |
---|---|
Ölkə | |
Mənbəyi | Dibəkli dağı |
Mənsəbi | Əlincəçay |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 30 km² |
Mənsəbindən 48 km məsafədə Əlincəçaya tökülür. Uzunluğu 10 km, hövzəsinin sahəsi 30 kv. km-dir. Başlanğıcını Dibəklidağın yamacından götürür. Əsasən qrunt və qar, qismə də yağış suları ilə qidalanır. Əlincəçayın selli qollarından biridir.[1]