XIV Lüdovikə göndərilmiş Səfəvi elçiliyi

XIV Lüdovikə göndərilmiş Səfəvi elçiliyi — bu elçilik "Günəş kral"ın öldüyü 1715-ci ildə fransız sarayında böyük səs-küyə səbəb olmuşdu.[1] Elçiliyin rəhbəri Məhəmməd Rza bəy və ya fransız mənbələrində deyildiyi kimi Mehemet Riza bəy[2] İrəvan bəylərbəyiliyinin yüksək rütbəli məmuru idi. O, bu elçilik üçün Səfəvi şahı Hüseyn tərəfindən seçilmişdi və Paris şəhərinə böyük bir imperiyanı təmsil etdiklərini göstərə biləcək səviyyədə göstərişli və böyük bir heyətlə daxil olmuşdu.

Səfəvi-Fransız müqaviləsi
Müqavilənin tipi Ticarət və dostluq müqaviləsi
Hazırlanma tarixi 1715 13 avqust
İmzalanma tarixi 13 avqust 1715
İmzalanma yeri Paris
Qüvvəyə minməsi  
 • şərtləri
  1. Hər bir ölkə digərinə öz ərazisində konsulluq aça bilmə hüququ verir.
Tərəflər Fransa krallığı
Səfəvi İmperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Məhəmməd Rza bəyin sifəti əks olunmuş bir rəsm əsəri.
Ambassade de Persie auprès de Louis XIV

Məhəmməd Rza Bəy 1714-cü ilin mart ayında Səfəvilər dövlətinin elçisi kimi Fransaya göndərilmişdir.[3][4]. Səfəvilər dövlətinin Osmanlı imperiyası ilə düşmən münasibətləri olduğundan Məhəmməd Rza Bəy Fransaya getməkdən üçün zəvvar paltarından istifadə etmişdir. Belə ki, zəvvar paltarında İstanbuldan keçərək Fransaya yollanmışdır. Səfəri zamanı İstanbul şəhərində çətinliklərlə rastlaşmış və həbs edilmişdir. İstanbul şəhərində yerləşən Fransa səfirliyinin səfiri Piyer Alleursun səyi nəticəsində həbsdən azad edilərək Fransaya göndərilmişdir. Bütün problemlərə baxmayaraq Məhəmməd Rza Bəy və onu müşahiyyət edən qrup 1714-cü ilin 23 oktyabr tarixində Marsel şəhərinə çatmışdır. [3][4][5]

Məhəmməd Rza Bəyin Versal sarayında rəsmi qarşılanma mərasimi. (1715, 19 fevral)

1715-ci ilin 19 fevral tarixində yerli vaxtla səhər saat 11:00-da Səfəvilər imperiyasının Fransaya təyin olunmuş səfiri Məhəmməd Rza Bəy at belində öz xidmətçiləri ilə birlikdə Versal sarayına daxil oldu.[6] Səfir üçün Fransa kralı tərəfindən rəsmi qarşılanma mərasimi təşkil edilmişdi. Paris və ətraf ərazilərdə yaşayan yerli camaat şərq dövlətindən gəlmiş bir səfiri görmək üçün sarayın ətrafını doldurmuşdular. Səfir üçün sarayın güzgülər zalı ayrılmışdı və səfiri həmin zala daxil olmasının ardından zal tamamilə dolmuşdu.[7] Səfirin qarşılanma mərasimi qeyd etmələri üçün rəssam Antonio Koypel və katib Boze hazır vəziyyətdə dayanmışdılar.[8] Məhəmməd Rza Bəy Güzgülü otağa tərcüməsi ilə birlikdə daxil oldu.[9] Fars dilini bilən tərcüməci səfirə kral tərəfindən verilmişdi.[10] Həmin gün Səfəvi səfirinin şərəfinə Versal sarayında ziyafət təşkil edilmişdir. Şam yeməyinin ardından Fransa kralı XIV Lüdovik ilə vidalaşan Məhəmməd Rza Bəy saraydan ayrılmışdır. Məhəmməd Rza Bəy 1715-ci ilin 13 avqustunda sonuncu dəfə kral tərəfindən qəbul edilmişdir.[11]

Səfəvi elçisinin 7 fevral 1715-ci ildə Parisə daxil olma səhnəsi François Pidou de Saint-Olon (1646-1720) tərəfindən təsvir olunmuşdur. O, IV Lüdovik dövrünün diplomatı olmaqla birlikdə, əlaqə məmuru kimi Səfəvi elçiliyinə təhkim edilmişdi.[a]

" Atların üstündəki 10 bəzəkli və uzun tüfəngi olan səfəvilər. Səfəvi şahının hədiyyələrinə qulluq edən iki erməni. Səfirin, mərasim ustasının, katibinin və tərcüməçinin iki səhifəsi. Atın üzərində elçi. Elçinin atının ətrafında iranlı və erməni qulquqçular. Elçinin bayraqdarı onun düz arxasında Səfəvi şahının bayrağını və elçinin qılıncını daşımaqdadır. "

Məhəmməd Rza bəy bir neçə ayı Versal sarayında keçirdi və Fransa ilə Səfəvi dövləti arasında danışıqlar aparmaq üçün bir neçə sahədə danışıqlar apardı. Danışıqlar aparılan sahələrdən biri də qarşılıqlı konsulların yaradılması istəyi idi. Həmçinin, o, Fransa tərəfi ilə Osmanlı imperiyasına qarşı birgə hərbi əməliyyata başlama məsələsini də müzakirə etmişdi. Lakin XIV Lüdovikin səhhətinin pisləşməsi bu danışıqlara əngəl oldu. Buna baxmayaraq, Məhəmməd Rza bəy, 1715-ci ilin payızın Səfəvi imperiyasına geri dönərkən Fransa ilə imzalamağa nail olduğu müqavilə də aparmışdı. 13 avqustda Versalda imzalanmış müqaviləyə dostluq və maliyyə məsələləri barədə idi. Bu müqavilə nəticəsində Fransanın Marsel şəhərində Səfəvi imperiyasının daimi nümayəndəliyi təsis edildi. Fransanın şərqlə ticarətində əsas liman funskiyasını yerinə yetirən Marsel şəhərindəki ilk Səfəvi konsulu Hakopcan Deritcan oldu.[12]

1715-ci ilin 12 sentyabr tarixində Havr liman şəhərinə gəlmiş, buradan Böyük Moskva knyazlığına yollanmışdır. Məhəmməd Rza Bəy 1717-ci ilin may ayında İrəvan şəhərinə qayıtmışdır.[13]

Ədəbiyyata təsiri

[redaktə | mənbəni redaktə et]

Parisdə keçirdiyi zaman müddətində Məhəmməd Rza bəyin həyat tərzi, böyük səxavətlə xərclənən pullar və sevgi əhvalatları sonda gürcü qadını olan Amanzolide kimi xarakterlərin də daxil olduğu Amanzolide, nouvelle historique et galante, qui contient les aventures secrètes de Mehemed-Riza-Beg, ambassadeur du Sophi de Perse à la cour de Louis le Grand en 1715 əsərinin yazılmasına (1716) yol açdı.[14] Əsər qısa müddət sonra ingilis dilinə tərcümə olundu.[15] Turquerie üslubunda yazılmış əsər də Osmanlı və ya Səfəvi türklüyü, həmçinin də şərq yaşam tərzləri arasındakı fərq o qədər də nəzərə alınmırdı.[16]

Daha qalıcı və böyük Monteskyönün İran məktubları əsərində təccüm etdi. 1725-ci ildə yazılmış əsərdə fransız cəmiyyəti tənqidi xəyali iranlı "yaxşı niyyətli insan"ın qələminə yerləşdirilmişdir.

Fransız hərbçisi, diplomatı və xatirə ədəbiyyatçısı olan Saint-Simon yazır ki, saray qeybətlərinə görə, Məhəmməd Rza bəy əslində heç diplomat olmamış, İran torpaqlarından olan, bəlkə də öz əyalətinin canişini tərəfindən Fransada prosedur yerinə yetirmək üçün göndərilmiş adi tacir olmuşdur. Lakin Fransanın o dövrki ticarət naziri Pontçartrain yaşlı kralı əyləndirmək və ya kefini yaxşılaşdırmaq üçün onu Səfəvi imperiyasının səfiri kimi təqdim etmişdir.[17] Həmçinin, Saint-Simon Məhəmməd Rza bəy haqqında qeyd edirdi ki, "onun haqqında həqiqi bir şey yox imiş kimi görünürdü və onun davranışları yazıq dəstəsi və rəzil hədiyyələri qədər biabırçı idi. Üstəlik, o, Səfəvi şahı və ya nazirlərindən nə etibarnamələr, nə də göstərişlər təqdim etmişdi".[18]

  1. O, Mərakeşdə fransız səfiri kimi çalışmışdı və Relation de l'empire de Maroc. Oú l'on voit la situation du pays, les moeurs, les coûtumes, gouvernement... əsərini yazmışdır; onun qardaşı Louis-Marie Pidou de Saint-Olon (1637–1717), bu müqavilənin imzalanmasından sonra İsfahandakı fransız konsulu olmuşdur.
  1. Padery and Gaudereau, La Perse et la France, documents nos. 89–100 describe the envoy's journey and reception; M. Herbette, Une Ambassade persane sous Louis XIV d'après des documents inédits, Paris, 1907; J. C. Hurewitz, ed. and tr., The Middle East and North Africa in World Politics: A Documentary Record, New Haven, Conn., 1956; On-line overview of French-Persian relations Arxivləşdirilib 2016-01-21 at the Wayback Machine.
  2. farsca: fars. محمد رضا بیگ
  3. 1 2 Floor, Herzig, 2015. səh. 312
  4. 1 2 Ebrahimnejad, 2013. səh. 186
  5. Calmard, Jean. "FRANCE ii. RELATIONS WITH PERSIA TO 1789". Encyclopaedia Iranica. 21 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
  6. "1715 Reception of the Persian embassy". Chateau de Versailles (official website). 28 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
  7. "1715 Reception of the Persian embassy". Chateau de Versailles (official website). 28 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
  8. "1715 Reception of the Persian embassy". Chateau de Versailles (official website). 28 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
  9. "1715 Reception of the Persian embassy". Chateau de Versailles (official website). 28 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
  10. "1715 Reception of the Persian embassy". Chateau de Versailles (official website). 28 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
  11. "1715 Reception of the Persian embassy". Chateau de Versailles (official website). 28 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 January 2016.
  12. Hagopdjan de Deritchan, Consul de Perse en France.
  13. Montesquieu (redaktor). "op. cit, p.243, note 1 de Paul Vernière" (French).
  14. "Bibliographic details, summary". 2018-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-12.
  15. In German, Amanzolide oder des vor zwey Jahren in Franckreich gewesenen Persianischen Ambassadeurs Mehemed-Riza-Beg Liebes und Lebens-Geschichte (Leipzig: M. Georg Weidmann, 1717).
  16. Kültürəl kontekst üçün baxın: B. Naderzad, "Louis XIV, La Boullaye et l'exotisme Persan", Gazette des Beaux-Arts, L89 (January I972).
  17. Louis de Rouvroy, duc de Saint-Simon, ed. & trans Lucy Norton; Historical Memoirs of the Duc de Saint-Simon, Vol. 2, pp. 403-406, p. 403 quoted, 1968, Hamish Hamilton, London.
  18. Norton, Vol II, 403
  • Ebrahimnejad, Hormoz. Medicine in Iran: Profession, Practice and Politics, 1800-1925. Palgrave Macmillan. 2013. ISBN 978-1137052889.
  • Floor, Willem; Herzig, Edmund, redaktorlar Iran and the World in the Safavid Age. I.B.Tauris. 2015. ISBN 978-1780769905.