XI Tezis — Müstəqil Azərbaycanda Azərbaycan dilində ilk dəfə olaraq Marksist məktəbini və ümumilikdə sol yanaşmanı əhatə edən jurnaldır.
XI Tezis jurnalı | |
---|---|
Növ | Rüblük |
Format | A4 |
Təsis tarixi | 10 mart, 2014 |
Qərargah | Azərbaycan, Bakı |
Dil | Azərbaycan dili |
2014-cü ilin mart ayının 10-da işıq üzü görüb. Jurnalın məqsədi Azərbaycanda və dünyada inkişaf edən sosial-iqtisadi prosesləri “sol” aspektdən təqdim etməkdir. XI TEZIS jurnalının 1-ci sayının mövzusu "Marksın qayıdışı" adlanır. XIX əsrdə yaşamış alman filosof, iqtisadçı və nəzəriyyəçi Karl Marksın mülahizələrinin son dövrlərdə beynəlxalq müstəvidə baş verən iqtisadi və siyasi hadisələr fonunda aktuallaşması ilə əlaqədar mövzuları əhatə edir. Tarix, iqtisadiyyat, antropologiya, sosiologiya, mədəniyyət və fəlsəfə bölmələrindən ibarət olan jurnalın cari sayında Azərbaycanda sol hərəkatların tarixi, istehlak cəmiyyəti və yadlaşma, qlobal maliyyə böhranı və digər yazıları oxumaq mümkündür. XI TEZIS bir qrup könüllü tərəfindən hazırlanır və rüblük olaraq çap edilməsi nəzərədə tutulur.