Marksist siyasi iqtisad və ya Marksist iqtisadiyyat — Karl Marksın artıq dəyər nəzəriyyəsini genişləndirdiyi iqtisadi dəyər nəzəriyyəsi, dəyərin əmək nəzəriyyəsinə əsaslanan (Adam Smit, Devid Rikardo) siyasi iqtisad. Bu cərəyan Marksizmin ayrılmaz bir hissəsidir, Fridrix Engels, Karl Kautski, Rosa Lüksemburq, Qeorgi Plexanov, Vladimir Lenin tərəfindən inkişaf etdirilmişdir. Marxın müəyyən müddəaları "revizionistlər" tərəfindən düzəldilmişdir – Eduard Bernşteyn, Mixail Tuqan-Baranovski, Verner Sombart. Marksist ədəbiyyatşünaslıq məktəbi XIX əsrin ikinci yarısından bəri mürəkkəb inkişaf yolu keçən eklektik bir hadisədir[1].
Məhsul — əmtəə mübadiləsində iştirak edən müəyyən bir mənadır. Əmək bölgüsünün inkişafı ilə tədricən obyektlər şəxsi istehlak üçün deyil, əsasən mübadilə üçün istehsal olunmağa başlayır. Əmtəə kapitalist istehsal üsulunun mahiyyətini xarakterizə edən inkişaf edən və kapitala çevrilən istehsal münasibətlərinin universal formasına çevrilir[2][3]. Lenin, "Narodizmin İqtisadi Məzmunu və Cənab Struve'nin Kitabındakı Tənqid" adlı kitabında kapitalizmin aşağıdakı xarakteristikasını verir: “Məhsul [istehsal] ən müxtəlif ictimai istehsal orqanizmlərində əmtəə formasını alır, ancaq yalnız kapitalist istehsalda bu əməyin məhsulu yaygındır, əksinə müstəsna, təcrid olunmamış, təsadüfi deyil. Kapitalizmin ikinci əlaməti bir əmtəə formasını təkcə əməyin məhsulu ilə deyil, həm də əməyin özü, yəni insan işçi qüvvəsi tərəfindən qəbul edilməsidir[4]."
Məhsul eyni zamanda:
Xüsusi əmək:
Abstrakt əmək:
Pulun funksiyaları:
Marksist ədəbiyyatşünaslığın V.Leninə qədərki dövrünü klassik hadisə saymaq olar. K.Marks, F.Engels, Q.Plexanov parlaq nəzəriyyəçilər idilər və incəsənətin mənşəyi, tarixi tərəqqisi kimi fundamental məsələlərə dair qiymətli irs qoymuşlar. Klassik marksizm əsas bir tezis üzərində qurulmuşdur: insan həyatının bütün inkişafının forma və sahələri insanların maddi istehsal üsullarının inkişafına paralel və onun nəticəsi kimi baş verir. Bütün ideologiya sahələrinə – dinə, incəsənətə, ədəbiyyata, fəlsəfəyə dair hər hansı inkişaf və tərəqqinin kökləri marksizmə görə, insanların ictimai istehsal fəaliyyətindədir. Ona görə ədəbiyyat da marksizmə görə, ictimai şüur formalarından biridir. Bu müddəa nəticəsində ədəbiyyatın fərdi yaddaşla bağlı olması rədd edilmiş olurdu.
Ədəbiyyatın tarixini və onun nümunələrini araşdıranda əsərdə ilk növbədə ictimai şüurun spesifik əksi izlənməli və onun maddi və sosial kökləri tapılmalı idi. Marksist alimlər mütləq mübariz ateizm mövqeyindən çıxış edirdilər. Bibliya, İncil, Quran haqqında yazmaq onu ifşa və tənqid etməkdən ayrılmaz idi.
Marksizm tarixi öz nəzəriyyəsi ilə izah edirdi. Bu nəzəriyyəyə görə, tarixi tərəqqi istismar edənlər və istismar olunanlar, zalımlardan və məhkumlar arasında mübarizənin nəticəsi kimi yaranır. Bu, tarix siniflər mübarizəsidir formulu ilə ifadə olunurdu. Bütün ədəbiyyat tarixləri ilk növbədə bu formulu doğrultmalı idi. Klassik sufi ədəbiyyatında belə süni olaraq sinfi mübarizə axtarılır və “tapılırdı”. Dinə qatı ateist və mənfi münasibət tarixi prosesdə ideoloji və dini mübarizələrin rolunun inkarı ilə, elmdə isə tədqiqatlardan kənarda qalması ilə nəticələnirdi.
Ədəbiyyat sinfi mübarizə aləti elan ediləndən sonra V.Lenin mətbuat və ədəbiyyatın partiyalılığı prinsipini nəzəriyyə kimi irəli sürmüşdür. Bu ədəbiyyatın və mədəniyyətin insan cəmiyyətində müstəqil funksiyalarını inkar edir və onlardan əzilən siniflərin, fəhlə partiyalarının siyasi mübarizə aləti kimi istifadə edilməsini tələb edirdi. “Rədd olsun bitərəf ədəbiyyat!” – bu, V.Leninin məşhur şüarı idi. Ədəbiyyatın partiyalılığı barədə ifrat nəzəriyyə Sovet İttifaqında yaşamış yazıçılar arasında iki yol qoyurdu: ya partiyanın ideologiyasını bədii şəkildə təbliğ edən əsərlər yazmaq, ya da yazıçılıq iddiasından əl çəkmək Marksist nəzəriyyə yazıçıdan həmişə cəmiyyətə və onun maraqlarına xidmət tələb edir və yaradıcılıq azadlığını məhdudlaşdırırdı.
İnsanların şəxsi həyatı və rəylərinə ədəbiyyatda və nəzəriyyədə yer yox idi. Əslində bu birpartiyalı marksist rejimləri qorumaq yolu idi. Mətbuatda və yaradıcı ziyalılar arasında monopoliya yaratmadan birpartiyalı dövlətdə sabitlik mümkün deyildir. Marksizm hər cür ədəbi hadisələrin sosial, tarixi, sinfi, iqtisadi köklərini və şərtlərini tarixi şəkildə izah etmək prinsipini irəli sürməklə vaxtı ilə Rusiya imperiyasında yaşamış xalqlarda müasir ədəbiyyat elminin təşəkkülünə qiymətli və məhsuldar təsir göstərmişdir.
Marxian theory (singular) gave way to Marxian theories (plural).