Xaçatur Abovyan (erm. Խաչատուր Աբովյան; 15 oktyabr 1809[1][2][…], Kanakir[1][2][…] – 14 aprel 1848[1][3], İrəvan, Tiflis quberniyası[1]) — erməni yazıçı, XIX əsrin milli ictimai xadimi, müasir erməni ədəbiyyatının banisi, pedaqoq[4]
Xaçatur Abovyan | |
---|---|
erm. Խաչատուր Աբովյան | |
Doğum tarixi | 15 oktyabr 1809[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 1848[1][3] (38 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | erməni |
Təhsili | Eçmiədzin Monastırında ruhani təhsil (1822), Nersisyan Məktəbi (1826), Tartu Universiteti (1836) |
İxtisası | pedoqoq, filoloq |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1828-1848 |
Əsərlərinin dili | erməni dili |
İstiqamət | romantizm |
Janrlar | roman, nəsr |
Vikianbarda əlaqəli mediafayllar |
Xaçatur Abovyan ilk əvvəl Eçmiədzin monastırında təhsil almış, sonra Tiflis ruhani məktəbində oxuyub yenə Eçmiədzinə geri qayıtmışdır. O, 24–25 yaşına qədər monastır mühitindən uzaqlaşmağa macal tapmır, buna görə də təhsilini davam etdirə bilmirdi. Və yalnız bir təsadüf nəticəsində Eçmiədzindən yaxa qurtarmağa nail olur. Ədib o dövrdə Ermənistana gəlmiş bir professorun sayəsində Derpt universitetinə oxumağa gedir. Təhsilini başa vurduqdan sonra o, milli maarifi inkişaf etdirmək, ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün vətəninə qayıtsa da, burada müqavimətə rast gəlib Tiflisə getməli və orada işləməli olur. Tələbəlik illərində o, şeirlərini qədim dildə yaradır, rus, Avropa klassiklərini də o dilə tərcümə edirdisə, sonralar bunun səhv olduğu qənaətinə gəlir və sonrakı bütün əsərlərini erməni dilində yazmağa başlayır.
O, müəllim, şair və bir vəkil idi. Müasir erməni ədəbiyyatının atası olaraq tanınmışdır.
Xaçatur Abovyan mühüm tarixi və tərbiyəvi əhəmiyyəti olan sənət abidələri qoyub getmişdir. Onun "Naxaşaviğ" (Əlifba) kitabı özünün sağlığında, məşhur "Ermənistanın yaraları" romanı isə ölümündən sonra dərc edilmişdir. Bundan əlavə, onun xeyli şeiri, həmçinin, "Türk qızı" hekayəsi, əsərləri də vardır. X. Abovyan əsərlərində demokratik fikirlər irəli sürür, yoxsul kütlənin mənafeyini müdafiə edir, cəhalətə və nadanlığa qarşı mübarizə aparırdı. O, bürokratizmə, köhnə təlimçilərə və İran müstəbidlərinin zülmünə qarşı çıxırdı. Abovyanın ən dəyərli əsəri "Ermənistanın yaraları" romanıdır (1840). Erməni ədəbiyyatında bu əsərin əhəmiyyəti çox böyükdür. Bu roman ilk realist romandır və canlı danışıq dilində yazılmışdır. Bunu ədib oxuyacaq olan hər bir sadə vətəndaşın anlaması üçün bu cür tərtib etmişdir. Buna görə də, əsər dil materialı cəhətdən ləhcə əsasında yazılıb. "Ermənistanın yaraları" romanının forma və xüsusiyyətlərinə gəldikdə, Mikael Nalbandyanın qeyd etdiyi kimi, hadisələrin inkişafı cəhətdən əsərin əvvəli ilə axırı qərb romanlarında olduğu kimi təzahür etmir. "Ermənistanın yaraları" dedikdə, müəllif qeyri-konkret bir müddətdə Ermənistanın başına gələn bəlalardan, xarici basqınların zülmündən, əzablardan danışmışdır. Roman xalq müsibəti cəhətdən tipik olan bir hadisə ilə başlayır. Həmin hadisə sayəsində yerli camaat ilə İran sərdarları arasında olan konfliktlərin iç üzü açılır.
"Bizim xalq danışıq dilində nəinki azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir".[5]
Bizim yeni dilimizin (aşxarabar – İ. A.) yarısı türk (Azərbaycan – İ. A.) və fars sözləridir. …onların dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, ermənilər öz dillərini buraxıb nəğmə, nağıl, zərb-məsəlləri türkcə (azərbaycanca – İ. A.) deyir, səbəbi? Çünki buna adət etmişlər[6]