Xabad-Or-Avner təhsil mərkəzi — Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilmiş 450 yerlik təhsil mərkəzi.
Xabad-Or-Avner təhsil mərkəzi | |
---|---|
Əsası qoyulub | 4 oktyabr 2010 |
Şagird sayı | 200[1] |
Müəllim sayı | 40[1] |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Xətai rayonu |
Vikianbarda əlaqəli mediafayllar |
2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilib.[2] Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev təhsil mərkəzinin açılışında iştirak ediblər.[3]
Bakının Xətai rayonunda yerləşən üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunmuşdur. Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion vardır.[2]
450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Belə ki, mərkəz etno-mədəni komponentlidir.[2]
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu 2016-cı il dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində “Xabad-Or-Avner” təhsil mərkəzində olub.[4]
Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.[5]