Xadisiya

Xadisiya ( q.yun. Χαδισία ), həmçinin Xadisium və ya Xadisios, eyniadlı çayın sahilində, qədim Pontun şəhəri idi.[1] Miletli Hekateyin sitatını gətirdiyi Bizanslı Stefan[tr] Xadisianı Ağ Suriyəlilər[tr], yəni farsların kapadokiyalılar adlandırdıqları qrupdan bir şəhər kimi danışır; və deyir: “Femiskira[tr] düzənliyi Xadisiyadan Termodona qədər uzanır”.[2] Menippus, Stefan tərəfindən də sitat gətirdiyi “İki Pontun Periplus” əsərində deyir: “Likastadan kəndə və Xadisia çayına qədər 150 stadiya, Xadisiadan İris çayına qədər isə 100 stadiya var”.[3]

Şəhərin adı Kadusii tayfasının adından gəlir.[4]

  1. Нодар Ломоури. К истории понтийского царства. — Метсниереба, 1979. — С. 135.
  2. Amierkavkasiis istoriis problemebi. — Mecʻniereba, 1991. — С. 23. — 283 с.
  3. Stephanus of Byzantium. Ethnica. Vol. s.v..
  4. Советская археология №2 / Каменецкий И. С.. — Москва: Изд-во Академии наук СССР, 1970. — С. 71. — 308 с.