Kadusilər

Kadusilər (q.yun. Καδούσιοι, lat. Cadusii, ingl. Kadousian[6][7] erm. Katišk[8][9][10][11][12][13][14][15]) — Atropatenada və eləcə də Qafqaz Albaniyası ərazisində yaşamış irandilli[16] etnos. Kadusilər bugünkü talışların ulu əcdadları hesab edilir.[17][18][19][20] Vasili Bartoldun dediyinə görə, kadusilər piyadə nizə ilə döyüşən xalqıdır.[21] Kadusilər Paraxoafr dağların ətəyində yaşayırdılar.[22]

Kadusilər
Kadusilər Henrix Kipertin xəritəsində
Dili

Kadus dili

İrqi
Avropoid[1]
Daxildir
İrandilli xalqlar[2]
Əhatə edir
Kadusiya, Kadusilərin qalası, Xaraks şəhəri, Atropatena, Baktriya, Xadisiya, İşquz[3]
Mənşəyi
Skiflər[4], Kadisenlər, Gellər, Eftalitlər[5]
Qohum xalqlar

Alanlar, Kaspilər, Massagetlər, Skiflər, Sarmatlar, Kimmerlər, Amardlar, Savromatlar, Aorslar, Saklar, Midiyalılar, Maqlar, Ariazantlar, Anariaklar, Siraklar, Yueçji, Saspirlər, Toxarlar, Parflar

Qədim dövrlərdə müasir İranın şimal-qərbində və Azərbaycan torpaqlarının bir hissəsində kadusii adlanan bir xalq yaşayırdı. Tarixçilərin fikrincə, kadusilər İranın bölgələrindən biri olan Gilanın əsas əhalisini təmsil etməklə yanaşı, İran Azərbaycanında da yaşamışlar. Gilanın ilk sakinləri kadusilər tayfası olub, onların ərazisi Keyanilər[türk.] kimi mifik padşahlarının iqamətgahı idi.[23] Kadusilər Qarasuçay vadisində (Qaradağda) və Arazın cənub qoluna bitişik ərazilərdə yaşayırdılar. Bu torpaqlar Makedoniyalı İskəndərin ölümündən sonra yaranmış Atropatena dövlətinin tərkibində idi. Yüksək inkişaf etmiş kənd təsərrüfatı və çoxsaylı sənətkarlıq var idi. Atropatenanın Kralının mühüm hərbi dəstəyi kadusilər idi. Kiran hərbi qalalardan biri və Atropatenanın iqtisadi cəhətdən inkişaf etmiş bölgəsi idi.[24] Michael Morony[ing.][25] kadusilərin haqqında bir neçə məlumatları toplamışdır: Parfiya dövrünün sonunda bu kiçik irandilli xalq Sincar dağlarında yaşayırdı, V əsrdə onlar hələ də bütpərəst idilər, VI əsrin əvvəllərində ərəblərlə düşmənçilik edirdilər, I Qubad dövründə Nüseybin şəhərinə hücum etdilər və 578-ci ildə Sasanilər imperiyasın ordusunda xristian kadişae qəbiləsi adı alında xatırlandırırlar.[26]

Bir çox tarixçilər misal üçün: Piqulevskaya N. V.,[rus.][27] Bernştam A. N.,[28] Markvart J.,[türk.][29] Fray R. N[30]., Harmatta J.,[türk.][31] Klyaştornı S. Q.,[32] Yeremyan S. T.,[rus.][33] Minorski V. F.,[34] kadusiləri (kadisenlər) Avropa tarixçilərinin ağ hunlar adlandırdıqları eftalitlərə aid edirlər.[35][36][37] Klyaştornı S. Q. öz yazılarında Ağ hunların irandilli olduğunu qeyd edirdi.[38] Öz növbəsində, kadusilərlə eyniləşdirilən eftalitlər də massagetlərin tayfalarından biri idi.[39] Massagetlər isə skif tayfası idilər.[40] Vasili Struve[rus.] Massagetləri saklar kimi adlandırırdı.[41] Əfrasiab[42] isə qədim köçəri və yarı köçəri irandilli sakların (turanilər[rus.][43]) hökmdarı idi.[44] Henrik Nyberg[ing.] Əfrasiabı mənşəcə skif hesab edirdi.[45] Ernst Herzfeld onu kadusilərin hökmdarı Parsond ilə eyniləşdirdi.[46] William Smith[türk.] kadusiləri skif tayfasına aid edir.[47] O həttda kadusilərin adını I Qubadın adından yaranmasını söyləyib.[48] Fyodor Moroşkin[rus.] hesab edirdi ki, kadusii skiflərin başqa adıdır.[49] İosif Dvoretski[rus.][50]Dmitri Korolkov[rus.][51] öz yazılarında kadusilərin skif[52] mənşəyini qeyd etmişlər. İqor Dyakonov qeyd edirdi ki, kadusilər digər tayfalarla birlikdə əslində İskit çarlığının əhalisinin əsas hissəsini təşkil edirdilər.[53] Corc Rolinson kadusiləri ari mənşəli bir tayfa hesab edirdi.[54] Vasili Tatişev kadusiləri yunan nəslindən olan bir qəbilə kimi adlandırır.[55] Tuallaqov A. A., Elnitski L.A.[rus.][56] ilə birlikdə kadusilərin (gellər) kimmer mənşəli olduğunu düşünür.[57] Titus Livius[türk.] kadusiləri midiyalılarla eyni mənşəli xalq hesab edirdi.[58] Mose Canaşvilinin fikrincə, əvvəlki Midiya səltənətinə daxil olan kadusilər (kaspilərin, saqartların, gellərin və hirkanların qonşuları) gürcü mənbələrində gürcülərin əcdadları kimi adlandırırlır.[59] Bəzi mənbələrdə qeyd olunur ki, Baduspan[rus.] toponimi də kadusilərin etnonimindən əmələ gəlmişdir.[60] Edvin Qrantovski[rus.] kadusilərin məlum adlarının iran mənşəyli olduğunu əsaslandırır və kadusilərin başçılarından birinin adını skif-sarmat adları ilə müqayisə edir.[61] Daha sonra o yazır ki kadusiləri irandilli olublar və digər fikirlər əsassızdır və açıq-aydın yanlışdır. O həmçin kadusilərin və gellərin eyni tayfa olduğunu qeyd edir.[62] İqrar Əliyevdə kadusilərin iran mənşəli olduğlarını təsdiq edir.[63] Boris Dorn[ing.] 1875-ci ildə kadusilərin haqqında "Kaspi"[64] monoqrafiyasında GilanDeyləmdə yaşadığılarını göstərir. Onun dediyinə görə Gilanda Kadussera kəndi kadusilərin adından yaranıb.[65] Patrokl kadusililəri Xəzərin qərb sahilində, dəniz sahili boyunca 5000 stadiya ərazidə yaşayan ən böyük tayfa kimi adlandırır. Bu onu deyir ki, kadusilərin adı bir sıra başqa tayfaların ümumi adı idi və hər halda, Plininin fikrincə, əvvəllər gellərin, həmçinin, bəlkə də, anariakların ümumi adı olub.[66]

Əhəmənilər imperiyasından əvvəl

[redaktə | mənbəni redaktə et]
Skiflər indiki Azərbaycanın ərazisində

Kadusilər öz qonşuları ilə daim müharibə aparıblar. Əvvəlcə assuriyalılara tabe oldular, Diodorun mənbələrinə inansaq, onlar Midiya kralı Arteyin dövründə üsyan edənə qədər ən azı nominal olaraq Midiyaya tabe idilər. Ktesiy hekayəsində (hansınki Diodor qeyd etdi) müharibə hökmdarın adı Parsond olan güclü bir farsa etdiyi təhqirlə başladı. Təhqirdən sonra Parsond az güclə Kadusiyaya çəkildi və yerli kralın ən güclüsinə qoşuldu və bacısını ona ərə verdi. Bu zaman Midiyaya ən azı nominal tabe olan vilayət üsyan qaldırdı və Parsondu öz generalı seçərək ordusuna komandanlığı ona verdi. Onlara qarşı midiyalılar ən azı səkkiz yüz min nəfər silahlandırdılar (bunlar Ktesiyin verdiyi rəqəmlərdir, onlara etibar etmək olmaz). Artey[rus.] kadusiləri ələ keçirmək cəhdində uğursuz oldu və Parsond qalib gələndən sonra kral seçildi. Parsond, onun uzun hakimiyyəti dövründə, ondan sonra gələnlər kimi, Midiyaya davamlı basqınlar apararaq, Kadusiya ilə Midiya arasında əbədi düşmənçilik və müharibə vəziyyətinə səbəb oldu və bu, eramızdan əvvəl 559-cu ildə Midiyanın süqutuna qədər davam etdi. Bəzi alimlər Arteyi Herodotun Deyoku, ya da daha yaxşısı, Assuriya hegemonluğu zamanı əhəmiyyətli bir Midiya başçısı olan Daiukku ilə eyniləşdirirlər. Bu hekayədə maraqlı məqamlardan biri də budur ki, burada Ktesiy ilk olaraq kadusiləri xatırladır. Daha dəqiq görünən (Dəməşqli Nikolay[rus.] hesabatında) Midiya krallığının sonlarına doğru Kadusilərin Midiyanın düşmənləri olan farslarla müttəfiq olaraq onun süqutunda mühüm rol oynamasıdır.[67]

Kadusilər və farslar

[redaktə | mənbəni redaktə et]

Farslar əvvəlcə kadusilərlə çox çətinlik çəkirdilər; onlar dərhal Böyük Kirin sadiq müttəfiqləri oldular, əvvəlcə midiyalılara, sonra isə babillilərə qarşı idilər.[68] Ksenofon bizə Kirin Tanaoksar (ehtimal ki, Smerdis[rus.]) adlı oğlunu Kadusiyaya satraplıq təyin etdiyini nəzərə alsaq, onların ittifaqı nominaldan daha çox olmuşdur.[69] Lakin böyük Daranın dövründə farsların bölgəyə nəzarəti qismən uğursuzluğa düçar olmuşdu, çünki onların adları istər Herodotda, istərsə də imperiyanın tərkibində olan xalqların və ərazilərin siyahısında farsca yazılarda məlum deyil. Ulu padşah II Daranın oğlu Kiçik Kir[rus.][70] üsyankar kadusilərə qarşı ekspedisiyaya rəhbərlik edirdi. Kirin ekspedisiyası uğurlu alındı, çünki üç ildən sonra kadusilər II Artakserksin bayrağı altında Kunaks[rus.] döyüşündə iştrak etdirdilər. Lakin onlarınr II Artakserksa itaətləri özünü çox gözlətmədi; 385 və 358-ci illərdə onların üsyanını görürük. Birinci üsyan Artakserksin başçılıq etdiyi böyük bir ordu tərəfindən məğlub edildi. Qələbədə əsas üsyançıları hiyləgərcəsinə aldadaraq şaha tabe edən padşahın müşaviri Tiribazın böyük rolu oldu. Bu kampaniyada fərqlənən başqa bir adam, ən parlaq fars generallarından biri olacaq Datam[rus.] idi.[71] III Artakserksin hakimiyyəti dövründə 358-ci ildə baş vermiş toqquşma kadusilərlə farslar arasında son böyük toqquşma idi. Kadusilər imperiyanın son illərinə qədər itaətkar olaraq qaldılar. Bu müharibə ona görə mühüm idi ki, fars generalı Kodomanna kadusilərin lideri ilə təkbətək döyüşdə fərqlənmək imkanı verdi; onun taxta çıxmasına və hökmdar III Dara çevrilməsinə yol açan hərəkət oldu.[72]

Makedoniyalı İskəndərin dövründə

[redaktə | mənbəni redaktə et]
e.ə. 1000

Şərqi Makedoniya işğalı zamanı kadusilər III Daranın sonuna qədər farslara sadiq qaldılar; Onların süvarilərinin hakkinda Qaqamelada İskəndərə qarşı döyüşməsi haqqında deyilir. Lakin sonda onları Aleksandırın generalı Parmenion tabe etdi.[73] Sonrakı Şərq müharibələrində Aleksandırın və ya digər tərəfin müttəfiqləri kimi qeyd edilir. İsgəndər imperiyasının parçalanmasından sonra onlar Selevkilər imperiyasının tərkibinə daxil oldular; bu kontekstdə onların Misirlilərə qarşı Rafiya döyüşündə Selevkilər üçün döyüşmələri haqqında söyləlinilir və onların adları III Antioksun zamanında Aigiona, axeylərin yanına göndərildiyini xatırlanır. Lakin Romalıların Maqneziya sarsıdıcı qələbəsi Selevkilərin hakimiyyətinin dağılmasına və bütün şərq ərazilərinin itirilməsinə başladı. Bu andan etibarən, kadusilər tarixi haqqında çox az şey məlumdur; görünür ki, onlar parfiyalılar tərəfindən tabe edilmişlər. Onların müttəfiqləri kimi Mark Antoni eramızdan əvvəl 36-cı ildə onlarla görüşdü. e. onun Parfiya kampaniyası zamanı; və iki əsr sonra Roma imperatoru Karakalla 216-cı ildə kampaniyanı təkrarladı və Kadusilərlə də əlaqəyə olmağı qeyd edilir. 260-cı ildə Velenus adlı kadus lideri Sasani padşahı I Şapura yazdığı saxta məktub istisna olmaqla, bu, kadusilərin mövcud xalqlardan bəhs edən faktiki olaraq sonuncu mənbədir.[74]

Yaşadıqları coğrafiya

[redaktə | mənbəni redaktə et]

Kadusilər Xəzər dənizinin cənub və cənub-qərb sahillərində, 39° və 37° şimal enlikləri arası, 48° və 50° şərq uzunluğu arası paralellərdə yaşayıblar. Bu bölgə təxminən, şimaldan indiki Azərbaycan Respublikası ərazisindən axan Kür çayından, indiki İran İslam Respublikası ərizində axan Səfidrud çayına qədər olan əraziləri əhatə edir. Bu mülahizəni irəli sürməyə əsas verən yeganə fakt isə Kadusi tayfasının yaşadığı ərazinin bir hissəsində hazırda talışların yaşamasıdır.[20]

  1. Corc Rolinson kadusiləri ari mənşəli bir tayfa hesab edirdi. // George Rawlinson. The Five Great Monarchies of the Ancient Eastern World: Or, The History, Geography, and Antiquites of Chaldaea, Assyria, Babylon, Media, and Persia. Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine — J. Murray, 1879. — 418 p.
  2. Michael Morony[ing.] kadusiləri Irandilli qəbilə kimi hesab edir // Michael G. Morony. Iraq after the Muslim conquest Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine. — New Jersey: Princeton University Press, 2005. — p. 270. — 696 p. — ISBN 9781593333157.
  3. İ.M.Dyakonov qeyd edirdi ki, kadusilər digər tayfalarla birlikdə əslində İskit çarlığının əhalisinin əsas hissəsini təşkil edirdilər. // Дьяконов, Игорь Михайлович. История Мидии: От древнейших времен до конца IV в до н.э. Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine / Тревер К. В. — Москва: Наука, 1956. — С. 281. — 488 с.
  4. William Smith kadusiləri skif tayfasına aid edir.
  5. Josef Markwart[türk.] kadusiləri eftalitlərin bir hissəsi kimi hesab edirdi. // Нина Викторовна Пигулевская. Сирийские источники по истории народов СССР. — Изд-во Академии наук СССР, 1941. — С. 48. — 188 с.
  6. Cook J. M.The Persian Empire Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. — London: Schocken Books, 1983–217 p. — 275 pages.
  7. Mary Renault. The persian boy Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. — New York City: Pantheon Books, 1972. — 43, 60, 73 p. — 436 pages.
  8. Heinrich Hübschmann. Armenische Grammatik Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine, Volume 6, Part 1. —. Wiesbaden: Breitkopf & Härtel, 1897. — 519 p. — 575 pages.
  9. Joseph Marquart. Osteuropäische und ostasiastische Streifzüge Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine. — Leipzig: Dieterich, 1903. — 279–280 p. — 557 pages
  10. Gotthold Weil. Festschrift Eduard Sachau, zum siebzigsten Geburtstage gewidmet von Freunden und Schülern Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. — Berlin: G. Reimer, 1915–254 p. — 463 pages.
  11. Eliseus, Saint (Vardapet) (1982). History of Vardan and the Armenian War Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. London: Harvard University Press. p. 168. ISBN 978-0-674-40335-2.
  12. Nira Stone, Michael E. Stone. The Armenians: Art, Culture and Religion Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. — Dublin: Chester Beatty Library, 2007–27 p.— 95 pages.
  13. Richard Nelson Frye. Opera Minora, Volume 2 Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. Shiraz: Asia Institute of Pahlavi University, 1976. — 102 p.
  14. Robert H. Hewsen. Caspiane: an Historical and Geographical Survey. p. 89–90
  15. Ghazar Parpetsi. The History of Łazar Pʻarpecʻi Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. Atlanta, Ga. : Scholars Press, 1991–121, 124–125, 129 p. — 304 pages
  16. "Rüdiger Schmitt, "Cadusii" in Encyclopedia Iranica". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
  17. G. Asatrian, H. Borjian. Talish//Talish and the Talishis. Iran and the Caucasus, 2005, vol.9.1
  18. Ahmad Kasravi, Kārvand-e Kasravi, ed. Yahyā Dokā, Téhéran, 1973. с. 283–288
  19. Алиев И., Гошгарлы Г. Юго-Запад Прикаспия в древности и эпоху средневековья Толыши сядо, 1993. с. 4
  20. 1 2 "Tofiq Əzizov. Talışların əcdadı kimdir ?". avrasiya.info. Archived from the original on 2015-10-04. İstifadə tarixi: 4 oktyabr 2015..
  21. Бартольд. В. В. Р аботы по исторической географии и истории Ирана. Том 7 Arxivləşdirilib 2022-11-09 at the Wayback Machine Москва: Наука, 1974. — 215 с.— 667 с.
  22. ……..кадусии граничат с мидийцами и матианами у подошвы Парахоафры. // Материалы по истории СССР. Для семинарских и практических занятий. Вып. 1. Древнейшие народы и государства на территории СССР. Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine — М.: Высшая школа, 1985. — с. 109–303 с.
  23. Robert North — Guide to Biblical Iran. Arxivləşdirilib 2021-11-14 at the Wayback Machine Pontifical Biblical Institute, 1956–47 səh.
  24. İbrahimov B. İ. Orta əsr Kiran şəhəri / Pletneva S. A. — Bakı-Moskva, 2000. — S. 127. — 176 s. // Ибрагимов Б.И. Средневековый город Киран Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine / Плетнева С.А.. — Баку-Москва, 2000. — С. 127. — 176 с.
  25. Michael G. Morony. Iraq after the Muslim conquest. Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine — New Jersey: Princeton University Press, 2005. — p. 270. — 696 p. — ISBN 9781593333157.
  26. Гаркавец А.Н. Кодекс Куманикус. Половецкие молитвы, гимны и загадки XIII–XIV веков. изд. 3-е, доработанный. – Алматы: Баур, 2014. – с. 7–8. — 106 с. — ISBN 978-601-80218-0-0.
  27. Nina Viktorovna Piqulevskaya. SSRİ xalqlarının tarixinə dair Suriya mənbələri. — Moskva: SSRİ EA-nın nəşriyyatı, 1941. — S. 48. — 170 s. // Нина Викторовна Пигулевская. Сирийские источники по истории народов СССР Arxivləşdirilib 2021-12-28 at the Wayback Machine. — Москва: Изд-во Академии наук СССР, 1941. — С. 48. — 170 с.
  28. Bernştam A. N. Hunların tarixi oçerki / red. Dyakonov M. M. — Moskva: Leninqrad Dövlət Universitetinin nəşriyyatı. Universitet, 1951. — S. 184. — 254 s. // Бернштам А. Н. Очерк истории гуннов Arxivləşdirilib 2021-12-28 at the Wayback Machine / ред. М.М. Дьяконов. — Москва: Изд-во Ленинградского гос. университета, 1951. — С. 184. — 254 с.
  29. Josef Markwart. Ērānšahr nach der Geographie des Ps. Moses Xoranacʽi (1901) – S. 78.
  30. Riçard Nelson Fray. Qədim İran tarixi. — C. H. Beck, 1984. — С. 348. — 441 с. — ISBN 978-3-406-09397-5. // Richard Nelson Frye. The History of Ancient Iran Arxivləşdirilib 2021-12-30 at the Wayback Machine. — C. H. Beck, 1984. — p. 348. — 441 p. — ISBN 978-3-406-09397-5.
  31. Harmatta Janos. Chionitae, Euseni, Gelani // Acta Antiqua Academiae Scientiarum Hungaricae. Cild 31 Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. — Budapeşt: Akademiai Kiado, 1988. — S. 46–50. — 446 səh.
  32. Sergey Klyaştornı. "Strabon yolu" Böyük İpək Yolunun tərkib hissəsi kimi: Beynəlxalq Konfransın materialları, Bakı, 28–29 noyabr 2008-ci il. – Səmərqənd: Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutu, 2009. – S. 131. – 147 s. — ISBN 978-9943-357-04-4. // Кляшторный С.Г. "Дорога Страбона" как часть Великого Шелкового пути: материалы Международной конференции Arxivləşdirilib 2020-01-14 at the Wayback Machine, Баку, 28–29 ноября 2008 г.. — Самарканд: Междунар. ин-т центральноазиатских исслед,, 2009. — С. 131. — 147 с. — ISBN 978-9943-357-04-4.
  33. Еремян С. Т. Армения по "Ашхарацуйцу" Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. — 1963.
  34. V. Minorsky, C. E. Bosworth. Hudud al-'Alam 'The Regions of the World' — A Persian Geography 372 A. H. (982 AD). Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine — Gibb Memorial Trust, 2015. — С. XXVIII.. — 596 с. — ISBN 978-1-909724-75-4.
  35. Gyula Moravcsik. Byzantinoturcia Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine. — Brill.
  36. Gyula Moravcsik. Byzantinoturcica Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine. — Akademie-Verlag, 1958.
  37. Eotvos Lorand Tudomanyegyetem Görög Filológiai Intézet. Magyar-görög tanulmányok Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine. — 1943. — 352 с.
  38. Sergey Klyaştornı. Avrasiya çöllərinin dövlətləri və xalqları: antik dövr və orta əsrlər. Sankt-Peterburq: Peterburq Şərqşünaslıq, 2004. — 83 s. // Кляшторный С.Г., Султанов Т.И. Г осударства и народы Евразийских степей древность и средневековье Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine. Санкт-Петербург : Петербургское Востоковедение, 2004. — 83 с.
  39. Tolstov S. P. Qədim Xorazm sivilizasiyasının izinə . — M.-L.: SSR EA-nın nəşriyyatı, 1948. — S. 211. — 328 s. // Толстов С.П. П о следам древнехорезмийской цивилизации Arxivləşdirilib 2022-01-02 at the Wayback Machine. — М.Л.: изд-во Академии наук СССР, 1948. — С. 211. — 328 с.
  40. Feliks Xazmurzaeviç Qutnov. Seçilmiş əsərlər: din, folklor ədəbiyyatı. — Vladiqafqaz: IR, 2001. — S. 59–60. — 256 səh. — ISBN 978-5-7534-0281-3. // Феликс Хазмурзаевич Гутнов. Избранные труды: религия, фольклорь литература Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine. — Владикавказ: ИР, 2001. — С. 59–60. — 256 с. — ISBN 978-5-7534-0281-3.
  41. Василий Васильевич Струве. Этюды по истории Северного Причерноморья, Кавказа и Средней Азии Arxivləşdirilib 2021-11-30 at the Wayback Machine. — Ленинград: Наука. Ленингр. отд-ние, 1968. — С. 60. — 355 с.
  42. Бертельс Е.Э. История персидско-таджикской литературы Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. —Москва : Изд-во вост. лит., 1960. — 61 с. — 528 с.
  43. Следующая волна индоевропейцев захлестнула будущий тюркский ареал в начале I тысячелетия до н.э. Это скорее всего и были те ираноязычные кочевники — саки, о которых говорит "Авеста", называя их "турами с быстрыми конями". С ними связывают могильные курганы опять-таки западных областей Монголии, датируемые первой половиной I тысячелетия до н.э. — III в. н.э. Они аналогичны скифским захоронениям {30} Пазырыка (Алтай) и Северной Тувы. Расовый состав погребенных — европеоидный, тогда как восточнее лежит область культуры "плиточных могил", принадлежащих монголоидному населению, занимавшемуся охотой. Еремеев Д.Е., Мейер М.С. История Турции в средние века и новое время Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. — Москва: Изд-во МГУ, 1992. — 30 с. — 246 с.
  44. Абакумов А. В. Псевдо-Туран: Туранцы не тюрки Arxivləşdirilib 2010-01-17 at the Wayback Machine // Экономическая газета. — М. 2002. № 40, с. 3
  45. H. S. Nyberg. Monumentum Arxivləşdirilib 2022-03-05 at the Wayback Machine. — Leiden: Diffusion E. J. Bril, 1975. — С. 2. — ISBN 978-90-04-03902-5.
  46. Władysław Dulęba. The Cyrus Legend in the Šāhnāme Arxivləşdirilib 2021-11-12 at the Wayback Machine. — Enigma Press, 1995. — С. 63, 80. — 116 с. — ISBN 978-83-86110-19-3.
  47. Smith, William (1853). A New Classical Dictionary of Biography, Mythology, and Geography, Partly Based on the "Dictionary of Greek and Roman Biography and Mythology Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine.". Murray. Səh. 130–131
  48. William Smith, Henry Wace. A Dictionary of Christian Biography, Literature, Sects and Doctrines; Being a Continuation of 'The Dictionary of the Bible'. Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine — John Murray, Albemarle Street, 1877. — С. 477.
  49. Fyodor Moroşkin. Rusların və Slavların adının mənası haqqında. — Moskva: Universitet mətbəəsində, 1840. — S. 300. — 304 s. // Феодор Лукич Морошкин. О значении имени Руссов и Славян Arxivləşdirilib 2022-03-12 at the Wayback Machine. — Москва: В Университетской Типографии, 1840. — С. 300. — 304 с.
  50. Дворецкий Иосиф Хананович. Латинско-русский словарь: около 50 000 слов Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine / ред.: Яблонская К. И., Барышева Г. А. — Москва: Русский язык, 1976. — С. 141. — 1096 с.
  51. Корольков Д. Н. Латинско-русский словарь: около 40,000 слов Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine / ред. Соболевсикй С. И. — Москва: Государственное издательство иностранных и национальных словарей, 1949. — С. 126. — 950 с.
  52. Kadusilər (lat. Cadusii), qonşuları ilə daim düşmənçilik edən döyüşkən skif tayfası. Kadusilər Xəzər dənizinin qərb tərəfində, Arazın cənubunda, Midiya dövlətinin Atropatena vilayətində (indiki İran Azərbaycanı və Gilan bölgəsində) yaşayırdılar. — Simposium Arxivləşdirilib 2020-01-05 at the Wayback Machine
  53. İqor Dyakonov. Midiyanın tarixi: Qədim dövrlərdən eramızdan əvvəl IV əsrin sonuna qədər. / Trever K. V. — Moskva: Nauka, 1956. — S. 281. — 488 s. // Дьяконов, Игорь Михайлович. История Мидии: От древнейших времен до конца IV в до н.э. Arxivləşdirilib 2022-01-10 at the Wayback Machine / Тревер К. В. — Москва: Наука, 1956. — С. 281. — 488 с.
  54. George Rawlinson. The Five Great Monarchies of the Ancient Eastern World: Or, The History, Geography, and Antiquites of Chaldaea, Assyria, Babylon, Media, and Persia Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine. — J. Murray, 1879. — 418 p.
  55. Rusiya Dövlətinin Coğrafi lüğəti 3-cü cild. Səh. 39 (rusca) // Географический Словарь Российского Государства Том 3 Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine
  56. Ельницский Л. А. Скифия евразийских степей Arxivləşdirilib 2022-02-19 at the Wayback Machine: Ист.-археол. очерк. — Новосибирск: Наука, 1977. — С. 30. — 256 с.
  57. Alan Tuallaqov. İskit-Sarmat dünyası və osetinlərin Nart dastanı. — Şimali Osetiya Dövlətinin nəşriyyatı. Universitet, 2001. — S. 251. — 315 s. — ISBN 978-5-8336-0232-4. // Алан Ахсарович Туаллагов. Скифо-сарматский мир и Нартовский эпос осетин. Arxivləşdirilib 2022-03-12 at the Wayback Machine — Изд-во Северо-Осетинского гос. университета, 2001. — С. 251. — 315 с. — ISBN 978-5-8336-0232-4.
  58. Azərbaycanın qədim tarixinə dair oçerklər. — Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1956. — 80 s. — 206 səh. // Очерки по древней истории Азербайджана Arxivləşdirilib 2022-05-19 at the Wayback Machine. — Изд-во Академии Наук Азербайджанской ССР, 1956. — 80 c. — 206 с.
  59. Vaxuşti Baqrationi. Gürcüstanın coğrafiyası / İmperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz bölməsinin qeydləri; Kitab. 24, buraxılış 5 / çev. və qeydlər. M. G. Janaşvili. — Tiflis: yazın. K. P. Kozlovski, 1904. — S. XXXVIII. — 241 s. // Вахушти Багратиони. География Грузии / Записки Кавказского отделения Императорского Русского географического общества; Кн. 24, вып. 5 / пер. и прим. М.Г. Джанашвили. — Тифлис: тип. К.П. Козловского, 1904. — С. XXXVIII. — 241 с.
  60. Никонов В. А. Ономастика Кавказа: межвузовский сборник статей Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine / отв. ред. Гуриев Т. А. — Орджоникидзе: Северо-Осетинский гос. университет им. К. Л. Хетагурова, 1980. — С. 134. — 191 с.
  61. Грантовский Э.А. Ранняя история иранских племён Передней Азии Arxivləşdirilib 2022-05-19 at the Wayback Machine. Москва: Наука, ГРВЛ, 1970. — 131 с. — 395 с.
  62. Грантовский Э.А. Ранняя история иранских племён Передней Азии. Arxivləşdirilib 2022-05-19 at the Wayback Machine Москва: Наука, ГРВЛ, 1970. — 374 с. — 395 с.
  63. Atropatena tarixi oçerki. Bakı, 1989 (rus dilində). // Алиев И.Г. Очерк истории Атропатены Arxivləşdirilib 2022-05-20 at the Wayback Machine. Баку: Азернешр, 1989. — 16–160 с.
  64. Борис Андреевич Дорн. Каспій: О походах древних русских в Табаристан с дополнительными свѣдѣніями о других набѣгах их на прибрежя Каспійскаго моря Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine
  65. Məlikov Rauf. Əhəmənilər hakimiyyəti dövründə (e.ə. VI–IV əsrlər) Azərbaycanın etnik mənzərəsi. — Bakı: Nurlan, 2003. — S. 142. — 198 s. // Меликов Рауф. Этническая картина Азербайджана в эпоху ахеменидского владычества (VI–IV вв. до н.э.). Arxivləşdirilib 2022-02-13 at the Wayback Machine — Баку: Нурлан, 2003. — С. 142. — 198 с.
  66. Ельницкий Л.А. Знания древних о северных странах Arxivləşdirilib 2022-05-20 at the Wayback Machine. М.: Географгиз, 1961. — 129–130 с. — 224 с.
  67. Diodorus, Bibliotheca, ii. 3 Arxivləşdirilib 2022-05-01 at the Wayback Machine
  68. Xenophon, Cyropaedia, v. 3–4
  69. Xenophon, Cyropaedia, viii. 7
  70. Xenophon, Hellenica, ii. 1. 13
  71. Plutarch, Parallel Lives, "Artaxerxes", 24; Cornelius Nepos, Lives of the Eminent Commanders, "Datames", 1; Diodorus, xv. 8, 10
  72. Diodorus, xvii. 6; Justin Arxivləşdirilib 2022-04-28 at the Wayback Machine, Epitome of Pompeius Trogus, x. 3
  73. Diodorus, xvii. 59; Quintus Curtius Rufus, Historiae Alexandri Magni, iv. 15; Arrian, iii. 8, 11, 19
  74. Livy, Ab urbe condita, xxxv. 48 Archived 2003–03–09 at the Wayback Machine; Polybius, Histories, v. 79; Historia Augusta: "Caracalla Arxivləşdirilib 2021-07-13 at the Wayback Machine", 6; ibid., Historia Augusta: "The Two Valerians Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine", 2.