Xaldan rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1943–1956-cı illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Xaldan olmuşdur.
Xaldan rayonu | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 8 oktyabr 1943 |
Ləğv olunub | 4 dekabr 1956 |
Sahəsi |
|
Xaldan rayonu 8 oktyabr 1943-cü ildə Ağdaş rayonunun 5 kənd sovetliyi və Nuxa rayonunun 1 kənd, 1 qəsəbə sovetliyi hesabına təşkil olunmuşdur.[1] Xaldan rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Gəncə vilayətinə daxil edilmişdir.[2]
15 noyabr 1948-ci il tarixində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Mingəçevir Dövlət Su Elektrik Stansiyası yaşayış məntəqəsinə şəhər statusu verilmişdir. 4 fevral 1954-cü il tarixli fərmanlı isə Xaldan rayonu Mingəçevir şəhəri respublika tabeli şəhərə çevrilmişdir.[3]
Xaldan rayonu 4 dekabr 1956-cı il tarixində ləğv edilmiş, ərazisi Ağdaş, Nuxa və Yevlax rayonları arasında bölünmüşdür.[4] Aşağı Bucaq, Aşağı Nemətabad, Havarlı, Xanabad, Xaldan kənd sovetləri Mingəçevir şəhərinə, Orconikidze qəsəbə sovetliyi və Cəyirli kənd sovetliyi Nuxa rayonuna, Şıxlı kənd soveti isə Ağdaş rayonuna verilmişdir.
Rayon ərazisində "Xaldan pambıqçısı" qəzeti nəşr edilmişdir.[5].