Xanabad (Yevlax)

XanabadAzərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.

Xanabad
40°47′32″ şm. e. 47°10′35″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Yevlax rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.699 nəf.
Xəritəni göstər/gizlə
Xanabad xəritədə
Xanabad
Xanabad

Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. Düzənlikdədir. XIX əsrdə Şəki əyalətinə məxsus olmuşdur. Yaşayış məntəqələri vaxtilə Qarabağ xanlarına məxsus olduğundan belə adlandırılmışdır. Oykonim "xana məxsus kənd" mənasındadır.[1]

1978-ci ildə inşa olunmuş Yevlax rayonunun Xanabad kəndindəki tam orta məktəb artıq köhnəldiyindən istifadəyə yararsız vəziyyətdə idi. 2023-cü ildə Heydər Əliyev Fondu yeni tədris ilinə Xanabad kəndi üçün 360 şagird yerlik yeni məktəb inşa edərək istifadəyə verib. Üç mərtəbəli 4 korpusdan ibarət olan yeni təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Mingəçevir su anbarının ətrafında yerləşir. Kəndin sakinləri əsasən bostançılıq və balıqçılıq təsərrüfatı ilə məşğul olur.

1824-cü ildə Şəki əyalətinin Ərəş mahalının Xanabad kəndində 56 ev, 356 əhali siyahıya alınmışdır.[3]

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. "Arxivlənmiş surət". 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  3. Z.Ə. Cavadova. "Şimal-Qərbi Azərbaycan (tarixi-demoqrafik tədqiqat). "Altay" nəşriyyatı, Bakı, 1999. 87 səh. – səh.51" (PDF) (az.). http://elibrary.bsu.az/. 2020-04-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.