Tərəkəmə (Dağıstan)

Tərəkəmələr və ya Tərəkəmə xalqıRusiyanın Dağıstan bölgəsində yaşayan Azərbaycan türklərinin etnik qruplarından biri.[1][2][3] Onlar tez-tez uzun müddət Qafqazda yaşamış, hal-hazırda Cənubi Azərbaycan, Gürcüstan, TürkiyəÖzbəkistana yayılmış Qarapapaqların bir hissəsi hesab edilir. Dağıstan yaşayan tərəkəmələr əsasən qoyunçuluqla məşğul olurlar və onların böyük bir hissəsi köçəri həyat tərzi sürür.

Tərəkəmə termini türkmən etnonimi ilə əlaqəlidir. Əvvəlki dövrlərdə bu addan daha geniş anlamda istifadə edilirdi.[4] Əvvəlki dövrlərdə bu ad etnik, tayfa adı kimi işlədilirdi. Azərbaycanda XIX və XX əsrlər boyunca əsasən köçərilərə bu ad deyilməyə başladı. Beləliklə, köçəri sözü tərəkəmə sözü ilə eyni məna ifadə etməyə başladı.[4]

Tarixçi və yazıçı A. D. Yeritsov bildirir ki, əslində tərəkəmə termini yerli oturaq əhali tərəfindən ayrı etnos və ya ayrı xalq kimi işlədilməmişdir. Sadəcə yerli əhali köçəriliklə məşğul olan bütün Tatarları (Azərbaycan türklərini) bu adla adlandırmışdır. Yelizavetpol quberniyasının Qazax qəzasında olan Yeritsov yazırdı ki, qəzanın əhalisinin əsas hissəsini təşkil edən yerli tatarlar tərəkəmə olaraq tanınmaqdadırlar. Tərəkəmə qruplarının bir çoxu onun tərəfindən qeydə alınmışdı. Bunlara misal olaraq Ayrumluları, Bayatları, Qədirliləri, Qaraqoyunluları, Qaraxanlıları, Salahlıları, Sofuluları, Tatlıları misal göstərmək olar. Bunlardan bəziləri başqa ölkələrdə də yaşamaqda idilər.[5]

İ. A. Abelova görə, ŞamaxıGöyçay qəzalarının tatarları köçəri həyat tərzi sürən insanları ya tərəkəmə, ya da köçəri adlandırmaqda idilər. Bunun əksinə isə, oturaq həyat tərzi sürənlər tat adlandırılmaqda idilər.[5]

Tərəkəmə və Qarapapaq

[redaktə | mənbəni redaktə et]

Tərəkəmə adı ilə Qarapapaq adı tez-tez eyni şey kimi təqdim edilir. Baskakova görə, bu iki ifadənin arasındakı fərq ondan ibarətdir ki, Tərəkəmə termini farslar tərəfindən onlara verilmiş bir addır. Onun fikrincə bu etnonim ərəbcə türk sözünün (تركي) cəm (تر ﻛـمـه) halıdır.[6] Qarapapaq etnonimi isə əsasən istifadə etdikləri baş geyiminə (قـﺎ ﺭﺍ ﭘﺎ ﭘﺎ ﺥ‎) görə onlara türklərin köçəri olan tayfalara verdiyi addır.[6]

“Tərəkəmə” etnonimi Tiflis quberniyasının AxalsıxAxalkalaki qəzalarının türkdilli sakinlərinə aid edilirdi. Bu yerlərə araşdıran X. A. Vermişev bildirir ki, Axaltsıx qəzasında yaşayan tərəkəmə qrupuna baş ad verilmişdir. Müəllif bu adın binalı (yəni təsərrüfatı və daimi yaşayış yerli olan oturaq insan) olduğunu qeyd edir. O, həmçinin yerli azərbaycanlıların Qarapapaq adı ilə tanındığını da bildirməkdədir.[5]

Türkiyə alimlərinin fikrincə Qars və Axaltsıx ərazilərində yaşayan tərəkəmələrin oturaq hissəsi daha çox Qarapapaq adlandırılmaqdadır. Hələ də heyvandarlıqla, köçəriliklə məşğul olanlar isə tərəkəmə adlandırılmaqdadırlar. Onlar eyni zamanda bezbaş, qaqavan və çinçavat da adlandırılmaqdadırlar.[3] Əhməd Bican Ərcilasunun apardığı araşdırma zamanı danışdığı yaşlı tərəkəmələrdən biri ona babalarının Tiflis, Ağstafa və Bakıdan gəldiyini, yəni Kür çayı boyunca köç etdiklərini bildirmişdir.[7]

Qumuq bölgəsinin şimalında tədricən Tərəkəmə sözü etnik kimlik bildirməkdən çox sosial aidiyyatı bildirməyə başlamışdır.[8] Burada tərəkəmə daha çox asılı kəndliləri ifadə etmək üçün işlədilmişdir. Dağıstandakı Dərbənd azərbaycanlıları onları tərəkəmələr, qumuqlar tərkəmələr, darginlər tarkamalar deyə adlandırmaqdadır. Şimal qumuqları və dağlıq bölgədəki darginlər, avarlar onlara Padar deməkdədir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Gəncə, Qazax, Tovuz, Ağcabədi, İmişli, BeyləqanŞamaxı bölgələrində tərəkəmələr yaşamışdır. Şamaxı qəzasının Qəbristan bölgəsindəki Quşçu kəndinin sakinlərinə tərəkəmə deyilirdi və bir əfsanəyə görə, onların Buxaradan gəldiklərinə inanılırdı.[9] Abşeron yarımadasında yerləşən Qala kəndində də Tərəkəmə adlı məhəllə mövcuddur.[10]

Dağıstan bölgəsinin Dərbənd rayonunda tərəkəmələrin kompakt şəkildə yaşadıqları məntəqələrin bir hissəsi bunlardır:[11][12]

  • Bərəkəy
  • Dəliçoban
  • Vəlikənd
  • Cəmikənd
  • Gecux
  • Qaradağlı
  • Qala
  • Məmmədqala
  • Padar
  • Səlik
  • Segelər
  • Tatlar
  • Ullu-Tərəkəmə
  • Çinar

Tərəkəmələrin bir hissəsi Qumuqlarla qarışmış şəkildədir. Onlar qarışıq şəkildə Temiraul və Kostek (Tərəkəməaul məhəlləsi) kəndlərində, Xasavyurtda, Qızılyurd rayonunun Çontaul kəndlərində yaşamaqdadılar. Həmçinin Qayakənd, Usemikənd, Tumellər, Yengikənd kimi kəndlərdə yaşayan qumuqların da əslində tərəkəmələr olduğu düşünülməkdədir.[13][14]

Dağıstandakı tərəkəmələrin bir hissəsi Azərbaycan İsmayıllı rayonundan köçüb oraya yerləşmişdir. Buradakı tərəkəmə etnik qrupunun yaranmasında tatlar da müəyyən qədər rol oynamışdırlar. Lkain indi onlar tərəkəmələr arasında tamamilə assimiliyasiya olublar.[15]

Azərbaycanlılar Ermənistandan tamamilə qovulmamışdan əvvəl orada da bəzi tərəkəmə və ya oradakı adları ilə qarapapaqlar yaşamaqda idi. Belə yaşayış yerlərinə misal olaraq Vorontsovka rayonunun Qaraisa, Molla Eyyublu, Soyuqbulaq, Sarıyar, Dəmirçilər, Qızılkilsə kəndlərini göstırı bilərik.[6]

Türkiyədə də xeyli sayda tərəkəmə yaşamaqdadır. Onlara orada ya tərəkəmə, ya da qarapapaq adı ilə tanınmaqdadırlar.[16]

Dağıstan tərəkəmələrinin dili Azərbaycan Respublikasının QubaŞamaxı bölgələrində danışılan dialektə aiddir.[17] Beləliklə, onların danışdığı dil Azərbaycan türkcəsinin şərq dialektinə aiddir. Lakin Dağıstanda Qıpçaq dillərindən olan Qumuq dili ilə qarşılıqlı əlaqə nəticəsində tərəkəmələrin dilində bunun təsiri öz əksini tapmışdır.[17]

1952-ci ildə N.A. Baskakov və A.N. Baskakov tərəfindən Ermənistan SSR-ın Kalinino rayonunda yaşayan qarapapaqlar və ya digər adları ilə tərəkəmələr arasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, onların danışdığı dialekt Azərbaycan dialektlərinin cənub qrupuna aiddir. Bu təsnifat M. Şirəliyevin təsnifatına əsasən aparılmışdır.[18]

XVI əsrin sonlarında Qaytaq usmisi Əhməd xan Tərəkəmə mahalının əsasını qoyaraq Şirvandakı tərəkəmələrin bir hissəsini buraya köçürmüşdür.[19] R.M. Maqomedovaya görə, tərəkəmələrin buraya köçməsi daha erkən tarixlərdə olmuşdur. O, tərəkəmələrlə qaytaqlılar arasında onlar adət-ənənə, torpaq mülkiyyət formaları, ictimai münasibətlər və s. sahələrdəki bənzərliklərin çox olmasını buna sübut kimi göstərir.[20] Arxiv materiallarına əsasən bəlli olur ki, tərəkəmələr Dağıstana Lənkəran, Şamaxı, Quba, Sulak çayı ətrafından və Cənubi Qafqazın digər bölgələrindən köçüb gəlmişdirlər.[21]

Tərəkəmələrin müasir Gürcüstan ərazilərinə böyük köçlərindən biri Şah I Abbasın Gürcüstan yürüşləri zamanı yaşanmışdır.[22] Həmçinin 1656-cı ildə Gürcüstanın Səfəvi hakimi təyin edilən Gəncə hakimi Səlim xan daim buraya tərəkəmə köçlərini təşviq etmişdir.[23] Knyaz Efim Myşetski I Teymurazın yanına səfir olaraq getdiyi zaman bu tərəkəmələri görmüş və onlar barədə yazmışdır. O, onların Alazan çayı boyunca yaşadıqlarını bildirmişdir. Buradakı tərəkəmələrin köçəri obaları və ya kəndləri Qremi ilə Zəyəm arasında da var idi.[22] Şahzadə Vaxuşti öz əsərində bildirir ki, onların Qarayanın böyük sahələrində yaşayırlar. Müəllif onları dəmirçihəsənli və ya tərəkəmə deyə adlandırır. Vaxuşti və Güldenştedt qeyd edirlər ki, onlar minlərlə ailə halında burada yalnız qışları qalırlar, yayda isə Qaykul və Palakaçioya köç edirlər.[24]

Səyyah və təbiət elmləri mütəxəsisi olan Güldenştedt Azərbaycan türklərini tərəkəmə və ya türkman deyə adlandırmışdır.[25] Arxiv materiallarına əsasən, XVIII əsrin birinciyarısında 300-dən çox tərəkəmə ailəsi və 80-dən çox dağ yəhudisi ailəsi Qaytaq usmiliyindən daha aşağı bölgədə yerləşən Terek-Sulaq ovalığına, şimal qumuqlarının torpaqlarına köç etmişdirlər.[26] Bu dövrdə feodal münasibətlər çərçivəsində Azərbaycan və Dağıstan eyni coğrafi bölgənin hissələri hesab edilirdi. Bu zaman tərəkəmələrin 3/4 rəiyyət idi.[27]

Ümumiyyətlə, Dağıstan tərəkəmləri tipik olmasa da, antropoloji cəhətdən Xəzər tipinin nümayəndələrdir. Q.F. Debets, N.N. Miklaşevskaya və A.Q. Hacıyevin apardıqları tədqiqatlar göstərir ki, onlar əsasən azərbaycanlılarla, qismən də cənub qumuqları ilə (xüsusilə Qayakənd kəndinin sakinləri ilə) oxşar xüsusiyyətləri paylaşırlar. Lakin onlar Azərbaycanda yaşayan türklərlə müqayisədə daha hündur boy, daha geniş üzlü, daha az piqmentli, saçları daha az buruq, daha az dolğun dodaqlı və nazik qaşlıdırlar.[28]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan rəqslərindən hesab olunan Tərəkəmənin tərəkəmələrə məxsus olduğu düşünülməkdədir.[29]
  • Dramaturq Mirzə Fətəli Axundovun "Mollanın Tərəkəmə qadını ilə söhbəti" adlı poeması vardır.[30]
  • 2012-ci ildə Azərbaycanda istehsal edilmiş "Ağ qan" adlı film tərəkəmələrin köçəri həyat tərzindən bəhs etməkdədir.
  1. 1 2 Гаджиева, 1990. səh. 3
  2. Магомедов, 2005. səh. 330
  3. 1 2 Баскаков, 1987. səh. 5
  4. 1 2 Гаджиева, 1990. səh. 9
  5. 1 2 3 Волкова, 1996. səh. 26-27
  6. 1 2 3 Баскаков, 1964. səh. 27
  7. Грунина, 2010. səh. 433
  8. Гаджиева, 1990. səh. 23-24
  9. Деминский, 1901. səh. 22
  10. Салимов, 1992. səh. 244
  11. Лексико-семантические особенности терекемейского говора азербайджанского языка : диссертация. Mahaçqala. 2005. səh. 140.
  12. Лексико-семантические особенности говоров дербентского диалекта азербайджанского языка. Mahaçqala. 2002. səh. 161.
  13. Гаджиева, 1990. səh. 4
  14. Арутюнов, 2002. səh. 510
  15. Ханмагомедов, 2010. səh. 71, 72
  16. Ercilasun, 1983. səh. 41
  17. 1 2 Гаджиева, 1990. səh. 27
  18. Баскаков, 1964. səh. 27-28
  19. Очерки истории Дагестана. 1. Махачкала: Дагестанское книжное изд-во. 1957. səh. 104.
  20. Магомедов, 1957. səh. 232
  21. Гаджиева, 1990. səh. 10-13
  22. 1 2 Волкова, 1976. səh. 264
  23. Гильденштедт, 2002. səh. 391
  24. Гильденштедт, 2002. səh. 394
  25. Гильденштедт, 2002. səh. 410
  26. Гаджиева, 1988
  27. Терекеме. 82. СПб: Энциклопедический словарь Брокгауза и Ефрона. 1890—1907.
  28. Гаджиева, 1990. səh. 26
  29. Кулиева, 1986. səh. 256
  30. История Азербайджана. 2. Баку: Изд-во АН Азербайджанской ССР. 1960. səh. 124.
  • С. Ш. Гаджиева. Дагестанские терекеменцы. XIX — начало XX в.: Историко-этнографическое исследование. Наука. 1990. ISBN 5-02-016761-4.
  • Н. А. Баскаков. Огузский ареал в истории консолидации тюркских языко // Советская тюркология. Bakı: Коммунист № 1. 1987.
  • А.М. Магомедов. Этнопедагогическая культура Дагестана. Москва: ГОУВПО "Адыгейский государственный университет". 2005.
  • Н. Г. Волкова. Этнонимия в трудах экономического обследования Кавказа 1880-х годов// Имя и этнос: общие вопросы ономастики, этнонимия, антропонимия, теонимия, топонимия: сборник. Moskva: Ин-т этнологии и антропологии. 1996. ISBN 5-201-00825-9.
  • Н. А. Баскаков. Карапапахи, или терекеме, и изучение их языка (из материалов по азербайджанским диалектам Армении) // Краткие сообщения Института народов Азии. Moskva: Наука. 1964.
  • Dr. Ahmet B. Ercilasun. Kars ili ağızları. Ankara: Gazi Universitesi Yayınları. 1983. 386.
  • Ф. А. Деминский. Некоторые сведения о Кабристанском полицейском участке Шемахинского уезда Бакинской губернии. Тифлис. 1901.
  • Т. К. Салимов. О некоторых топонимах Апшерона // Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları. 1992. 244.
  • Арутюнов С.А., Османов А.И., Сергеева Г.А. Народы Дагестана. Наука. 2002. 510.
  • Х. Л. Ханмагомедов. Дагестанское Теркеме: Комплексное страноведческое исследование. Махачкала: Наука плюс. 2010. ISBN 978-5-903063-65-9.
  • Э. А. Грунина. Диалекты турецкого языка // Диалекты тюркских языков: очерки. Восточная литература. 2010. ISBN 978-5-02-036421-9.
  • Р.М. Магомедов. Общественно-экономический и политический строй Дагестана в XVIII - начале XIX в. 1957.
  • Н. Г. Волкова. Статейные списки русских посольств XVI — XVII вв. как этнографический источник // Кавказский этнографический сборник. 6. Moskva: Наука Кавказский этнографический сборник. 1976.
  • Иоаганн Антон Гильденштедт. Путешествие по Кавказу в 1770—1773 гг. СПб: Петербургское Востоковедение. 2002. ISBN 5-85803-213-3.
  • В. Г. Гаджиева. Русско-дагестанские отношения в XVIII- начале XIX в: сборник документов. Moskva: Наука. 1988.
  • Дж. Кулиева. Тәрәкәмә // Азербайджанская советская энциклопедия. IX. Bakı: Главная редакция Азербайджанской советской энциклопедии. 1986.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]