Xalid ibn Yəzid əş-Şeybani

Xalid ibn Yəzid[1]Ərəb Xilafətinin ƏrməniyyəAzərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu.

Xalid ibn Yezid
Vəzifədədir
802 – 844-cü ildən
ƏvvəlkiYezid ibn Məzyəd
SonrakıMəhəmməd ibn Xalid
Şəxsi məlumatlar
Doğum tarixi VIII əsr
Vəfat tarixi
Vəfat yeri Cavaxetiya
Dəfn yeri Dəbil
Fəaliyyəti hərbi lider[d]
Atası Yezid ibn Məzyəd
Uşaqları Oğulları: Məhəmməd ibn Xalid
Heysam ibn Xalid
Dini islam

Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı.[2] H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır.[3]

Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır.[4] Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi. O, Cavax (Cavaxeti) adlı yerdə xəstələndi və iki gündən sonra öldü. Dəbilə (Dvin) gətirilərək, bir məlumata görə h.230 (844)-cu, digər məlumata görə isə h.228 (842)-ci ildə dəfn olundu.[5]

  1. Ширваншаһлар дөвләти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 542.
  2. Mинopcкий. Иcтopия Шиpвaнa, c.44-45
  3. Пaxoмoв. Moнeты Aзepбaйджaнa, вып.II, c. 123-126
  4. Əl-Bəlazuri, s.21, ərəb mətni, s.15
  5. S. Aşurəyli – Şirvanşahlar dövləti, IV nəşri, Bakı, 2007, səh 64