Xalkisli Aristobul (q.yun. Ἀριστόβουλος; I əsr – 92) — Kiçik Ermənistan çarı.
Xalkisli Aristobul | |
---|---|
q.yun. Ἀριστόβουλος | |
Kiçik Ermənistan çarı | |
55 – 72 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | I əsr |
Vəfat tarixi | 92 |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Aristobul Xalkisli İrodun oğlu idi. 54-cü və ya 55-ci ildə Roma imperatoru Neron Aristobulu Kiçik Ermənistanın hökmdarı elan etmişdir. Aristobul bu vəzifədə 72-ci ilə, Ermənistanın Roma imperiyası tərəfindən tutulmasına qədər qalmışdır.[1] 60-cı ildə romalılar ilə Ermənistan arasında gedən müharibə zamanı Aristobul Romanın tərəfində vuruşmuş və buna görə qələbədən sonra Nerondan Ermənistandan ələ keçirilən yeni torpaqları almışdır.[2] İosif Flavinin qeydlərinə görə, Aristobulu öz qoşunları ilə Korbulonun başçılığı ilə 58–63-cü illər Parfiya–Roma müharibəsində iştirak etmişdir. Aristobulu bu xidmətinə görə mükafat olaraq Kiçik Ermənistanı almışdır. Aristobulusun arvadı Salome ilə üç övladı olmuşdur.[3] O, 92-ci ildə vəfat etmişdir.