Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü.
Xallı badyan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Xallı badyan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır.
Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Ləkəli badyan boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Skandinaviya, Atlantik və Orta Avropa, Şimali Afrika, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Ləkəli badyan Azərbaycanda Böyük Qafqazın bütün rayonlarında, Kiçik Qafqazın mərkəzi rayonlarında, Naxçıvan və Lənkəranın dağlıq hissəsində arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.
Mezokserofitdir, dağ-kserofit və alaq bitkilik tiplərində rast gəlir. Kolluqlar, yol kənarları və baxımsız (zibillik) olan yerlərdə ləkələr əmələ gətirir, alaq bitkilərdən təşkil olunmuş senozlarda çox vaxt dominantlıq edir.
Alkaloid, kumarin, flavonoid, efir və piyli yağlar, C vitamini, karotin, eləcə də antosianlarla zəngindir.
Elmi və xalq təbabətində, homeopatiyada tətbiq edilir, Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Mədə, damar, dəri-zöhrəvi, revmatizm, epilepsiya, podaqra, anemiya xəstəliklərində, bəd şişlərə, qıcolmaya və iltihab proseslərinə qarşı istifadə olunur. Ağrıkəsici, sakitləşdirici və hemostatik təsirə malikdir.
Zəhərli olduğuna görə yarpaqlarının şirəsi və spirtli tinkturasının daxilə qəbulu ancaq həkim məsləhəti ilə olmalıdır.
Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, meyvələri və yarpaqları istifadə edilir. Şirə, spirt tinkturası, təpitmələr formasında istifadə olunur.