Xalqın xidmətçisi (teleserial, 2015)

"Xalqın xidmətçisi" (ukr. Слуга народу, rus. Слуга народа, bəzən "Millətin xidmətçisi" kimi tərcümə olunur) — efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira komediyası janrında çəkilən Ukrayna televiziya serialı. Serial orta məktəbdə işləyən otuz yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) hekayəsindən bəhs edir. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir.[5][6][7]

Xalqın xidmətçisi
ukr. Слуга народу, rus. Слуга народа
Janr siyasi satira
komediya
Operator Sergey Koşel
Prodüser
Yaradıcısı Studiya Kvartal-95
Rollarda
  • Vladimir Zelenski
  • Stanislav Boklan
  • Yelena Kravets
  • Yuri Krapov
  • Mixail Fatalov
  • Aleksandr Pikalov
  • Yevgeni Koşevoy
  • Viktor Saraykin
  • Nataliya Sumska
  • Yekaterina Kisten
Bəstəkar Andrey Kiryuşenko
İstehsalçı ölkə
Dil rus
ukrayn
Rəng rəngli
Mövsüm sayı 3
Seriya sayı 51
Seriya vaxtı 40—90 dəqiqə
Davametmə müddəti 26 ± 3 dəq.
Telekanal Ukrayna 1+1
Dublyaj Estoniya ETV+[1]
Qazaxıstan Kanal 31[2]
Şablon:Flaqifikasiya/Молдавия Canal 3
Rusiya SHOT TV[3][4]
Rusiya TNT
Gürcüstan Rustavi 2
Belarus Belarus 1
IMDb ID6235122
1plus1.video/sluga-naroda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serialın prodüser şirkəti "Kvartal 95"-dir, hansı ki baş kişi rolunu canlandıran Vladimir Zelenski tərəfindən qurulmuşdur.[8] Serial Ukraynanın real siyasətinə çox təsir etmişdir; 31 mart 2018-ci ildə serialla eyniadlı siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi.[9] Bundan əlavə, serialda Ukrayna Prezidenti rolunu canlandıran Zelenski 21 aprel 2019-cu ildə həqiqətən Ukrayna Prezidenti seçildi.[10]

Aktyor heyəti və personajlar

[redaktə | mənbəni redaktə et]
  • Vasili Petroviç Qoloborodko (Vladimir Zelenski): Ukrayna prezidenti, keçmiş orta məktəb tarix müəllimi
  • Yuri İvanoviç Çuyko (Stanislav Boklan): Ukraynanın baş naziri
  • Pyotr Vassilyeviç Qoloborodko (Viktor Saraykin): Vasilinin atası
  • Mariya Stefanovna Qoloborodko (Nataliya Sumska): Vasilinin anası
  • Svetlana Petrovna Saxno (Yekaterina Kisten): Vasilinin bacısı, vergi xidmətlərinin keçmiş 1-ci müavini
  • Olqa Yuryevna Mişçenko (Yelena Kravets): Vasilin keçmiş həyat yoldaşı, Mərkəzi Bankın direktoru, daha sonra Baş nazir vəzifəsinə keçdi
  • Sergey Viktoroviç Muxin (Yevgeni Koşevoy): Xarici İşlər Naziri, keçmiş aktyor
  • Oksana Skovoroda (Olqa Jukovtsova); Sergey Muxinin hiper effektiv köməkçisi və işləyici
  • Mixail İvanoviç Sanin (Yuri Krapov): Maliyyə Naziri
  • İvan Andreyeviç Skorik (Aleksandr Pikalov): Müdafiə naziri, keçmiş kapitan
  • Mixail Aşotoviç Tasunyan (Mixail Fatalov): Ukrayna Gizli Xidmətinin (SBU) rəhbəri
  • Nataşa Saxno (Anna Koşmal): Vasilin qardaşı qızı
  • Anna Mixaylovna (Qalina Bezruk): Vasilin sevgilisi

"Xalqın xidmətçisi" Ukraynada 1+1 kanalında yayımlandı.[5] Studiya həmçinin bütün bölümləri pulsuz olaraq "Youtube"a yerləşdirdi.[6] Serial həmçinin bəzi ölkələrdə "Netflix" kimi seriallar və filmlər platformasında yayılmışdır.[6]

Belarus telekanalı "Belarus-1" şounun yayımına 11 noyabr 2019-cu il tarixində başladı.[11]

Rusiyanın "TNT" telekanalı 11 dekabr 2019-cu ildə serialın ancaq pilot epizdonu göstərdi və bunun "platforma barədə məlumatlılığın artırılması üçün marketinq hiyləsi" olduğunu bildirdi.[11] "TNT" telekanalı epizoddan Ukraynada məşhur anti-Putin sloqana aid olan zarafatı kəsmişdir, Həmin səhnədə yeni seçilmiş prezident Qoloborodko Rusiya Prezidenti Vladimir Putinin "Hublot" brendli saatı taxıb-taxmadığını soruşur.[12]

"Xalqın xidmətçisi 2" adlı bədii film 2016-cı ildə işıq üzü gördü. 2017-ci ildə yayımlanan ikinci mövsümdə süjeti genişləndirmək üçün filmdəki kadrlardan istifadə edilmişdir.[13] Üçüncü mövsüm 2019-cu ildə çıxdı, dördüncü isə hazırda istehsal olunur.

  1. Сериал «Слуга народа» идет в прайм эстонского телеканала Arxivləşdirilib 2019-03-30 at the Wayback Machine Mediasapiens, 26.01.2016
  2. «Слуга народа» проник в Эстонию и Казахстан Arxivləşdirilib 2016-08-12 at the Wayback Machine МедиаБизнес, 28.01.2016
  3. ОФИЦИАЛЬНЫЙ САЙТ SHOT TV
  4. "Новая Серия "Слуги Народа" и Новелла "Елки" - YouTube". 2021-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-20.
  5. 1 2 Jacobsen, Katherine. "How a Fictional President Is Helping Ukrainians Rethink Their Absurd Politics". Foreign Policy. 13 December 2016. 25 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2017.
  6. 1 2 3 Kao, Anthony. "Ukraine's 'Servant of the People' is a hidden gem of political comedy". Cinema Escapist. 6 June 2017. 25 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2017.
  7. Kao, Anthony. "Interview: Vladimir Zelenskiy on playing Ukraine's president in 'Servant of the People'". Cinema Escapist. 22 August 2017. 25 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2017.
  8. Jacobsen, Katherine. "How a Fictional President Is Helping Ukrainians Rethink Their Absurd Politics". Foreign Policy. 13 December 2016. 25 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2017.
  9.  (rus.) The Ministry of Justice registered the party "Servant of the people" Arxivləşdirilib 2021-01-03 at the Wayback Machine, Ukrainian News Agency (26 April 2018)
  10. Wilson, Jennifer. "Ukraine Elected a Sitcom Star President. His Show Tells Us What to Expect". Slate Magazine (ingilis). 2019-04-26. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
  11. 1 2  (ukr.) The "servant of the people" in Russia: after the cut joke about Putin the series was removed from the air Arxivləşdirilib 2022-02-27 at the Wayback Machine, Ukrayinska Pravda (11 December 2019)
  12. "Russian TV abruptly pulls Zelenskiy's sitcom after cutting Putin joke". Deutsche Welle (ingilis). 2019-12-12. 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
  13. "Ukrainian political comedy series 'Servant of the People' Season 2 will be released in October 2017". kvartal95.com. 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]