Xanım Aydın (8 may 1984; Bakı, Azərbaycan SSR) — azərbaycanlı yazıçı, şair, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2016)[8][9]
Xanım Aydın | |
---|---|
Xanım Aydın qızı Kərimova | |
Təxəllüsü | Xanım Aydın |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Xarkov Milli Universiteti Bakı Slavyan Universiteti[1] |
İxtisası | filoloq[2] |
Fəaliyyəti |
yazıçı şair jurnalist ssenarist tərcüməçi |
Fəaliyyət illəri | 2014–h.h[3] |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar |
şeir hekayə |
İlk əsəri | "Yağış olmaq istəyirəm" (2014)[4] |
Tanınmış əsərləri |
"Yağış olmaq istəyirəm"(2014)[5] "İkimiz"(2022)[6] "Çamadan"(2022)[7] |
Üzvlüyü |
Xanım Aydın 1984-cü il mayın 8-də Bakı şəhərində anadan olub. 1990–2001-ci illərdə 171 saylı tam orta məktəbdə, 1991–1996-cı illərdə S.Ələsgərov adına 1 saylı incəsənət məktəbinin fortepiano sinfində təhsil alıb. 2015–2020-ci illərdə V.N.Karazin adına Xarkov Milli Universitetinin "Rus dili filologiyası" fakültəsində ali təhsilini tamamlayıb. 2014–2016-ci illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsində təhsil alıb.[10]
2014-cü ildən Xanım Aydın imzasıyla ədəbi mühitdə tanınmağa başlayıb. Həmin ildən "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaycan", "Yazı", "Dünya ədəbiyyatı" jurnalları, "Kaspi", "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Mir literaturı" və s. qəzetlərdə məqalə, hekayə, şeir və tərcümələri müntəzəm şəkildə dərc olunub. 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.[11] Xanım Aydın 2012-ci ildən jurnalist və tərcüməçi olaraq fəaliyyət göstərir. Rusiya, Belarus, Ukrayna, Misir, Yaponiya, Türkiyə və Almaniya ədəbiyyatından hekayə, şeir və araşdırma yazıları tərcümə edib.[12]
2014-cü ildə "Yağış olmaq istəyirəm” adlı şeirlər kitabı çap olunub. [13][14]
2022-ci ildə "İkimiz" adlı növbəti şeirlər toplusu işıq üzü görüb.[15][16]
2022-ci ildə "Çamadan" adlı hekayələr kitabı nəşr olunub.[17][18]
Xanım Aydın Efron Ariadnanın "Mənim anam – Mariya Svetayeva", Anna Dostoyevskayanın "Anna Dostoyevskayanın xatirələri", Herman Hessenin "Kitabın sehri", Karlo Kollodinin "Pinokkionun macəraları", Danil Salihovun "Qəribə adam", Aqata Kristinin "Vadi", "Lord Ecverin ölümü", Koman Şovanın "Sevginin izi ilə" (müştərək tərcümə), Ramis Aymətin "Şimşəklər qoynunda" (müştərək tərcümə) əsərlərini dilimizə çevirib.[19]