Xan Şuşinski Fondu

Xan Şuşinski FonduXan Şuşinskinin anadan olmasının 110 illiyi ərəfəsində xanəndənin ailəsi tərəfindən yaradılmış fond.[1]

Xan Şuşinski Fondu
Növü Qeyri-hökumət təşkilatı
Fəaliyyəti 14 dekabr 2011 – bu günə kimi
Rəsmi dili Azərbaycan
Mərkəzi Bakı
Yarandığı yer Bakı
Fəaliyyət göstərdiyi yer Bakı
Qurucusu Fikrət Verdiyev, Məryəmxanım Hüseynova
Prezident Bəyimxanım Verdiyeva-Cavanşirova
xan.musigi-dunya.az/phot…

Fondun əsas fəaliyyəti xeyriyyəçilikdir. Fonda yığılan vəsait Xan Şuşinskinin yaradıcılığını öyrənmək və təbliğ etmək, istedadlı muğam ifaçılarına dəstək vermək, muğamın yayılmasına və inkişafına yardım etmək, xalq musiqisinə aid festivallar və tədbirlər keçirmək və sairə layihələrə sərf edilib.[2]

“Xan Şuşinski” Fondu 2011-ci ildə Azərbaycan xalqının milli-mənəvi sərvəti olan, muğamlarımızın, muğam ifaçılığı sənətinin dərin özüllü sütunlarından olan, hələ 1747-ci ildə Qarabağ torpaqlarında Qarabağ xanlığının təməlini qoymuş böyük Cavanşirlər sülaləsinin layiqli övladı, dahi muğam ustadı Xan Şuşinskinin anadan olmasının 110 illik yubiley tədbirləri ərəfəsində yaradılmışdır. Fondun təsisçisi və rəhbəri ustad sənətkarın övladı Bəyimxanım Verdiyeva-Cavanşirova, onun həyat yoldaşı, mərhum sənətkar, Gəncə Dövlət Filarmoniyası və “Göy-göl” Ansamblının yaradıcısı, Respublikanın Xalq artsisti, Prezident təqaüdçüsü olmuş Fikrət Verdiyev və qızı Məryəmxanım Hüseynovadır. Fond 2011-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək şəhadətnamə almışdır. Fond yarandığı ilk gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2011-ci ildən fəaliyyətə başlayan Fond biri birindən uğurlu layihələrə imza atmışdır. 2012-ci ildə İctimai Televiziyada “Milli musiqimizin dünəni, bugünü, sabahı” adlı teledebat keçirmişdir. Bu teledebatda xalqımızın ustad sənətkarları ilə bərabər gənc istedadlar da çıxışlar etmişlər. Fond 2013-cü ildə “Məktəbli gənclər arasında milli musiqiyə marağı artırmaq” layihəsi çərçivəsində Respublika üzrə müsabiqə keçirmişdir. 2014-cü ildə Fransanın Leon şəhərində “Milli musiqimizi və musiqi alətlərimizi qoruyaq və tanıdaq” adlı musiqili gecə keçirmişdir. 2015-ci ildə İtaliyanın Milan şəhərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində tədbir keçirmişdir. 2016-cı ildə Macarıstanın Budapeşt şəhərində “Xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərlik” mövzusunda, 2017-ci ildə Avstriyanın Vyana şəhərində “Könlüm keçir Qarabağdan” adlı, 2018-ci ildə Çexiyanın Praqa şəhərində, 2019-cu il İngiltərənin London şəhərində, 2022-ci ildə Şuşa ili çərçivəsində İspaniyanın Madrid və Barselona şəhərlərində və s. xarici ölkələrdə Fond biri-birindən uğurlu layihələrə imza ataraq fəxri fərmanlarla təltif edilmişdir. Bütün bu layihələr Azərbyacan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Fondun təşkilatçılığı ilə keçirilmişdir. Bundan başqa Fond Respublika daxilində də uğurlu layihələrə imza atmışdır. Gəncə, Lənkəran, Xaçmaz şəhərlərində şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlər, “Könlüm keçir Qarabağdan” adlı gecələr keçirmişdir. Həmçinin Azərbyacan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə və Fondun təşkilatçılığı ilə pandemiya zamanı dərslərin online keçirildiyi dövrdə məktəblilərə dəstək olmaq məqsədi ilə 30 məktəblini planşet ilə təmin etmişdir. Fond Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildə dahi muğam ustadı Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr olunmuş, onun doğulub boya-başa çatdığı Horadiz şəhərində möhtəşəm yubiley tədbiri keçirmişdir. Həmçinin Fond öz vəsaiti hesabına 20-yə yaxın ustad sənətkarın xatirə gecələrini, yubiley tədbirlərini, yaradıcılıq gecələrini və konsert proqramlarını keçirmişdir. Səmərəli fəaliyyətinə görə Fond bir çox fəxri fərmanlarla təltif edilmişdir. Yarandığı gündən Fondun məqsədi və məramı tarixdə iz qoymuş tanınmış nəslin, soyadın ləyaqətli nümayəndəsi və Azərbaycan muğamlarının xanı adlanan dahi muğam ustadı Xan Şuşinskinin zəngin irsinin gənc nəsillərə çatdırılması və Azərbaycan musiqisinin, muğamlarının dünyada qorunmasından, dünyada tanıdılmasından və təbliğindən ibarətdir.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “Azərbaycan musiqisinin dünəni, bu günü və sabahı” adlı diskussiya təşkil edib.[3] Həmçinin, fond tərəfindən 2015-ci ildə Milanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilmişdir.[4]

Təsisçi və Prezidenti

[redaktə | mənbəni redaktə et]

Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri Fikrət Verdiyev və Milli Konservatoriyanın,[5] Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin pedaqoqu Məryəmxanım Hüseynovadır.[6] Fondun prezidenti xanəndənin qızı Bəyimxanım Verdiyeva-Cavanşirovadır.[7]

  1. "Xan Şuşinsk fondu yaradılıb". www.azadliq.org. 14 dekabr 2011. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  2. "Xan Şuşinski Fondu ilk layihəsinə başladı". lent.az. 19 dekabr 2012. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2021.
  3. "Xan Şuşinski Fondu ilk layihəsinə başladı". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  4. "Xan Şuşinski Fondu İtaliyada Qarabağla bağlı tədbir keçirəcək". report.az. 21 aprel 2015. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  5. "Fikrət Verdiyev və Bəyimxanım Verdiyevadan, Bakı, Azərbaycan » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az.
  6. "Arxivlənmiş surət" (PDF). 2023-08-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-05.
  7. "Xan Şuşinskinin qızı istefa verdi". Axar.Az. 22 iyl 2023. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.