Xankəndi Şəhər Tarix-Diyarşünaslıq Muzeyi — Xankəndinin Kərkicahan qəsəbəsində yerləşir.
Xankəndi Şəhər Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Mövzu | tarix |
Yerləşir | Azərbaycan, Kərkicahan |
Kolleksiyası | Hazırda Gəncə şəhər muzeyində saxlanılır. |
Direktor | ən sonuncu Nazim Məmmədov (1976-1990) |
39°49′31″ şm. e. 46°45′56″ ş. u. |
Muzeyin binası Məhəmmədhəsən xanın mülkü olmuşdur. 1940–1950-ci illərdə Kərkicahanda məktəb olmadığı üçün bu bina 12 il məktəb kimi fəaliyyət göstərib. Yeni məktəb tikildiyi gündən bu ev muzey şəklində fəaliyyət göstərmişdir.[1] Muzeyin sonuncu direktoru Nazim Məmmədov (1976–1990) olmuşdur. 1924-cü ildə kitabxana, 1932-ci ildə dram teatrı, 1959-cu ildə mahnı və rəqs ansamblı, 1970-ci ildə 30 min eksponatı olan Xankəndi Tarix Diyarşunaslıq muzeyi yaradılmışdı..[2]
Mir Möhsün Nəvvabın 8 rəsm portreti, bir çox xan və ağaların əşyaları (qılıncları, kəmərləri,geyimləri və s.), qədim Qarabağ xalçaları (28 ədəd, onlardan ikisi işğal zamanı yandırılmışdır), ən cavanı 18-ci əsrə aid olan qədim əlyazmalar və kitablar, tüfəng növləri.
Vaxtilə Rusiyanın, Ukraynanın, Belarusiyanın, Türkiyənin, İranın, Özbəkistanın, Almaniyanın, Suriyanın və Amerikanın dahi adamları, alimləri bura gəlmiş, öz heyranlıqlarını bildirmişdilər.[3] Kərkicahan işğal olunan zaman, ekspanatların 98 %-i çıxarılmış, digərləri isə muzeylə birlikdə yandırılmışdır. Muzeyin qorunub saxlanılmış kolleksiyası hazırda Gəncə Şəhər Muzeyində saxlanılır.[4]