Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. Məzmun böyük ehtimalla heç bir dəyişiklik edilmədən Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012 kopyalanıb.
Əgər bunun belə olmadığını düşünürsünüzsə, müzakirə səhifəsində öz fikrinizi bildirin. Əgər müəllif sizsinizsə, lütfən mətndən istifadə etmək üçün icazə alın. Pozuntunun aşkar edildiyi tarix: 1 may 2024. Məqalənin müəllifinə: Müəlliflik hüquqları |
Xanlar stansiyasından təxminən 700 m. cənubda yerləşir[1].
Yatağın geoloji quruluşunda aşağı santonun vulkanogen çöküntülərindən başlayaraq dördüncü dövrün elluvial-delluvial çöküntülərinə qədər müxtəlif süxurlar iştirak edir. Bu çöküntülər Gəncəçay sinklinorisinin qərb hissəsində inkişaf tapmışdır. Yataqda andezit tərkibli zəif kaolinləşmiş tuflar və ağ rəngli intensiv kaolinləşmiş süxurlar ayrılır. Kaolin lay dəstəsinin qalınlığı 9–29,5 m. arasında dəyişir. Faydalı xammal montmorillonit — kaolin gillərinə aid edilir. Gillər tez qızdırılıbbişmə qabliyyətinə malikdir, odadavamlıdır, çoxlu miqdarda zərərli qatışıqlar saxlayır[1].