Xaqani İsmayıl

Xaqani Neyman oğlu İsmayıl (d.25 oktyabr, 1962) — AzərbaycanUkrayna ictimai-siyasi xadimi, şair, yazıçı, dramaturq, tarixi araşdırmaçı və publisit.

Xaqani İsmayıl
Xaqani Neyman oğlu İsmayıl
Doğum tarixi (60 yaş)
Doğum yeri Qaraqala, Varontsovka rayonu, Ermənistan SSR, SSRİ
Uşaqları Cavidan, İstanbul
Atası Neyman Molla Süleyman oğlu
Anası Gülarə Məhəmməd qızı
Fəaliyyəti Lesser Coat of Arms of Ukraine.svg Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Baş katibi

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Baş katibi[1]

  • 2003-cü ildən "31 Mart" Azərbaycanlı Soyqırımını Tanıtım Təşkilatının Başqanı,
  • 2009-ci ildən Pakistan-Azərbaycan Əlaqələri Cəmiyyətinin Sədri,

Həyatı[redaktə | mənbəni redaktə et]

Xaqani Neyman oğlu İsmayıl 25 oktyabr 1962-ci ildə Ermənistan SSR-in (tarixi Dağ Borçalı bölgəsi) Varontsovkanın Qaraqala kəndində ziyalı ailəsində dünyaya göz açıb. Uşaqlığı Qaraqala kəndində keçib. Atası İsmayılov Neyman Süleyman oğlu Ermənistan SSr-də tanınmış pedaqoq olub və uzun müddət Qaraqala kənd Səkkizillik məktəbinin müdiri işləyib. Anası Osmanova Gülarə Məhəmməd qızı ixtisasca həkim olub və Qaraqala kənd Tibb məntəqəsinin Baş həkimi kimi çalışıb.

Təhsili[redaktə | mənbəni redaktə et]

  • 1969-1976-cı illərdə Ermənistan SSR. Kalinino rayonu Qaraqala kənd Səkkizillik orta məktəbində təhsil alıb.
  • 1977-ci illdə Gürcüstan SSR, Dmanisi rayonu, Muğanlı kənd orta məktəbinin 8-ci sinifini bitirib.
  • 1979-cu ildə Bakı 1-saylı Respublika Fizika-Riyaziyyat Təmayüllü Məktəbini bitirib.
  • 1979-cu ildə Azərbaycan SSR Riyaziyyat üzrə Ümumrespublika Riyaziyyat Olimpiyadasında 1-ci yeri tutmuşdur.
  • 1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin başa vurub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ukrayna Qarapapaq Türkləri Milli Şurası yaradıldı - www.publika.az". 2013-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-15.