Xarici valyuta (ing. Foreign currency) -
1) Müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları. Məsələn, avro, dollar, rubl, lirə və s. Azərbaycan üçün xarici valyutadır;
2) Beynəlxalq hesablaşma əməliyyatlarında istifadə edilən ödəniş və kredit vasitələri. Məsələn, xarici valyutada olan veksellər, çeklər, eləcə də beynəlxalq səviyyədə banklararası köçürmələr və s. [1]