Xatia Buniatişvili (gürc. ხატია ბუნიათიშვილი) — gürcü pianoçu.
Xatia Buniatişvili | |
---|---|
gürc. ხატია ბუნიათიშვილი | |
| |
Ümumi məlumatlar | |
Digər adı | Khatia Buniatishvili |
Doğum adı | ხატია ბუნიათიშვილი |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Gürcüstan SSR |
Milliyyəti | Gürcü |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu |
Fəaliyyət illəri | 2008-ci ildən |
Janr | klassik musiqi |
Musiqi aləti | piano |
Təhsili |
|
Mükafatları | |
khatiabuniatishvili.com | |
Vikianbarda əlaqəli mediafayllar |
21 iyun 1987-ci ildə Tbilisi şəhərində anadan olub.
Üç yaşı olarkən anasının rəhbərliyi altında böyük bacısı ilə birlikdə pianoda ifa etməyi öyrənməyə başlayıb.[1] Altı yaşında olarkən kamera orkestri ilə Tbilisidə ilk konsertini verib. On yaşında Lüksemburq, Monako, İtaliya, Avstriya, Danimarka, Rusiya, Ukrayna, Ermənistan, İsrail, ABŞ, Fransa, Almaniya, Belçika, Niderland, İsveçrədə konsertlərlə çıxış etməyə dəvət olunub.[2]
Buniatişvili Tbilisi orta musiqi məktəbini bitirib. 2004-cü ildə Tbilisi dövlət konservatoriyasına daxil olub. Təhsilini Tengiz Amirecibinin rəhbərliyi altında alıb. Xatiya 2003-cü ildə konservatoriyanın tələbəsi olarkən, Kiyevdə gənc pianoçuların Beynəlxalq müsabiqəsində Horoviç adına, həmçinin Yelizaveta Leonskayanın təsisçisi olduğu, birinci gənc gürcü musiqiçilərinə dəstək müsabiqəsində xüsusi mükafat alıb.
2010-cu ildə Xatiya Borletti-Buitoni Trust Award mükafatının laureatı olub, 2012-ci ildə isə Echo Awards Klassik - ilin ən yaxşı debütantı adına layiq görülmüşdür.[3]
Xatia Buniatişvili beş dildə sərbəst danışa bilir, hazırda Fransanın paytaxtı olan Paris şəhərində yaşayır.[4]