Xatirə Fərəcli

Xatirə Fərəclişairə, publisist, prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü[1], "Mədəni İnkişafın Təbliği" ictimai birliyinin təsisçisi və sədri, "Mitmedia.az" saytının təsisçisi və rəhbəri, AYB-nin nəzdindəki "Zərif qadın" ədəbi məclisinin sədri, AYB Sumqayıt bölməsində məsləhətçi

Xatirə
Xatirə Fərəcli
Xatirə Fərəcli
Doğum tarixi
Doğum yeri Yardımlı
Vətəndaşlığı Azərbaycanlı
Təhsili Dağıstan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti şairə, publisist

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fərəcova Xatirə Nəcəf qızı 12 fevral 1966-cı ildə Yardımlı rayonunda anadan olmuşdur. 1997-2000-ci illərdə Sumqayıt Tibb Texnikumunun əczaçılıq fakültəsində, 2002-2003-cü illərdə Əli Kərim adına Poeziya Klubunun nəzdindəki "Jurnalistika" kursunda oxumuşdur. 2018-2023 illərdə Dağıstan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsində çalışır. 2023-cü ildə Rusiya Federasiyasında keçirilən Rəsul Həmzətov 100 illiyinə həsr olunmuş Beynəlxalq Esse Müsabiqəsində birinci yerə layiq görülmüşdür[2]. Bu esseyə görə Rusiya Federasiyasının "Doqquzuncu Parlament Forum"unda dəvətli olaraq çıxış etmişdir. 2002 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2021-ci ildən AYB İrs komissiyasının üzvüdür. 2003-cü ildə "Turan" ədəbi məclisinin üzvü, 2005-ci ildə AYB-nin nəzdində fəaliyyət göstərən “Zərif qadın” ədəbi məclisinin sədri olmuşdur. 2018-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür. 2019-cu ildən "http://mitmedia.az/" saytının təsisçisi və rəhbəridir. 2019-cu ildən "Mədəni İnkişafın Təbliği" İctimai Birliyinin təsisçisi və sədridir. 2021-ci ildən Almaniyada "Qürbətçi Türkman Şair və Yazarlar Birliyi"nin Azərbaycan üzrə təmsilçisidir. Üç övladı var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Xatirə Fərəclinin şeirləri müxtəlif xarici kütləvi informasiya vasitələrində işıqlandırılmış, Türkiyədə, İranda[3], Rusiyada çap olunmuşdur. Yelena Nikolixina, Nadejda Knyazova, Şeyid-Xanum Alışova və Marina Axmedovanın şeirlərini rus dilindən tərcümə tərcümə etmişdir. Efkan Ötkünün isə 30-dan çox şeirini türk dilindən çevirmə etmişdir.

  • "Sənin səadətin mənəm"[4]
  • "Ürəyimdə sözüm var"[5]
  • "Зымныйе деревья"[6]
  • "Ağ çiçək"
  • "Mir Cəlal yaradıcılığında milli ruh"
  • "Milli-mənəvi dəyərlərin çağdaş mərhələsi"
  • "Cəmiyyətin inkişafında QHT-lərin rolu"
  • "Dilimizin Şuşası-könlümüzün şüşəsi"
  • "Həməşərə-Cəlilabad arasında"
  • "Payızının vurğunu"
  • Məlikzadə, H. Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü[7]
  • Xatirə Fərəcli (Biblioqrafik göstərici)[8]
  1. https://djb.az/gundem/26672-ayb-nin-sumqayit-bolmsin-yeni-tyinat.html Arxivləşdirilib 2023-10-24 at the Wayback Machine "Xatirə Fərəcli" (azərbaycan dili). 2002. 2023-10-24 tarixində arxivləşdirilib.
  2. https://azpress.az/news7993 Arxivləşdirilib 2023-10-24 at the Wayback Machine (azərbaycan dili). (#cite_web_url)
  3. (azərbaycan dili) https://kiriminsesigazetesi.com/xatir%c9%99-f%c9%99r%c9%99cli/ (#bare_url_missing_title). 2023-10-24 tarixində arxivləşdirilib.
  4. Fərəcli, Xatirə. Sənin səadətin mənəm. "Adiloğlu". 2007. 56.
  5. Xatirə, Fərəcli. Ürəyimdə sözüm var. ARQHT. 2022.
  6. Х.Фараджли. Зымныйе деревья. "Mustaqil az- Xabar" OOO. 2023. 268. ISBN 978-9952-8372-0-9.
  7. Məlikzadə, H. Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü. Bakı-"Ecoprint". 2019. ISBN 978-9952-29-108-7.
  8. Tərtib edən, Z.Mirzəyeva. Xatirə Fərəcli. Sumqayıt. 2021.