Xaus

Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür.

Qamışlıq pişiyi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qamışlıq pişiyi
Beynəlxalq elmi adı

Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir. Göz bəbəyi çatdaqşəkilli, şaqulidir. Burnu çəhrayıdır. Pəncələrin yasdıqları çılpaqdır, üzərində xəz yoxdur, qara rənglidir. Cinsi demorfizm nəzərə çarpır – erkəklər dişilərdən fərqlənir. Ömrünün uzunluğu 15 ildir..[3]

Kiçik və orta Asiya, Zaqafqaziya, Hindistan, Çinə doğru ərazilərdə yayılmışdır. Azərbaycanda yayılma ərazisi Samur-Dəvəçi düzənliyini, Quba-Qusar rayonunun dağətəyi yerlər, Xəzər dənizinin sahillərini əhatə edir. Kür, Araz, Alazan çaylarının sahillərində də rast gəlinir.[4]

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Soyuq hava şəraitinə qarşı davamsızdır. Bəzən insanların yaşayış yerlərinə yaxın məskunlaşır. Cütləşmə fevral-mart aylarında baş verir və pişiklər üçün xarakterik olan erkək fərdlərin bərk qışqırıqları ilə müşahidə olunur. Hamiləlik dövrü 66 gün davam edir. May ayında 2 - 5 bala doğulur. Yarım ildən sonra cinsi yetişkənliyə çatır. Heyvanlar cütləşmə dövründə insanlar üçün təhlükəli ola bilər. Qidasının tərkibi məskunlaşma zonasından asılıdır. Əsasən, qunduz, gəmiricilər (tarla siçanları, siçanlarərəbdovşanları) və suda üzən quşlarla qidalanır. Tısbağa, ilan, kərtənkələ yeyir.[5]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərinin deqradasiyası sayında kəskin azalmaya səbəb olmuşdur

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

İUCN siyahısına salınmışdır. Xüsusi mühafizə tədbirləri mövcud deyil.

Qorunması üçünt məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

əsas yaşayış biotopları olan qamışlıq ərazilərdə brakonyarlərçobanlar tərəfindən yanğınlar törədilməsinin qarşısını almaq məqsədilə mühafizə tədbirlərinin gücləndirilməsi

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013.
  • Аzərbaycan faunası. Məməlilər (Mammalia). Bakı: Elm, 1978. с.159-161. 2.
  • Громов И.М., Ербаева М.А. Млекопитающие фауны России и сопредельных территорий. Зайцеобразные и грызуны. Ред. А.А. Аристов, Г.И. Баранова. СПб: ЗИН РАН. 1995. c. 522. 3.
  • Животный мир Азербайджана, 2000. c. 584 - 587. 4.
  • Насибов С.Б., Гидаятов Ю.Х. 1985. Распространение и численность камышового кота на Большом и Малом Кавказе в пределах Азербайджана. Баку. c. 120-131.
  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  2. Smith A. T., Xie Y., Lunde D. P., Wilson D. E., Wozencraft W. C., Hoffmann R. S., Sung W., MacKinnon J. R. A Guide to the Mammals of China. (ing.). / A. T. Smith, Y. Xie Princeton: Princeton University Press, 2008. P. 394.
  3. Məməlilər (AMEA-nın Zoologiya İnstitutu Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine)
  4. Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013.
  5. Животный мир Азербайджана, 2000. c. 584 - 587. 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Çöl pişiyi