Aleksey Şovkunenko adına Xerson İncəsənət Muzeyi (ukr. Херсонский художественный музей имени Алексея Шовкуненко) — Ukraynanın Xerson şəhərində yerləşən muzey. Rəssam Aleksey Alekseyeviç Şovkunenkonun adını daşıyır.
Xerson İncəsənət Muzeyi | |
---|---|
Əsası qoyulub | 1978 |
Açılış tarixi | 27 may 1978 |
Ölkə | |
Yerləşir | Xerson |
46°37′46″ şm. e. 32°36′33″ ş. u. | |
|
|
artmuseum.ks.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey binası 1897-ci ildə odessalı memar Adolf Minkusun (1870–1948) layihəsinə əsasən Xerson Şəhər Şurası üçün tikilmişdir. Tarixi boyu bu bina Xerson şəhərinin əsas simvollarından biri olaraq qalmışdır. XX əsrin əvvəllərində şəhər idarəsi, meriya, şəhər yetimxanası və şəhər ictimai bankı burada yerləşirdi. Şəhər Dumasının iclasları da bu binada keçirilirdi. Bu binada bir neçə memarlıq üslubunun birləşməsi müşahidə olunur.[1]
1920–1930-cu illərdə muzeyin incəsənət kolleksiyası Rusiya və Qərbi Avropa rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət əsərləri ilə əhəmiyyətli dərəcədə tamamlanmışdır. İkinci Dünya müharibəsi ərəfəsində fondlarda 700-ə yaxın eksponat var idi. Nasist işğalı illərində muzey qiymətlilərinin əksəriyyəti, o cümlədən sənət əsərləri kolleksiyası Xersondan Almaniya və Rumıniyaya aparılmışdır. 27 may 1978-ci ildə binada Aleksey Alekseyeviç Şovkunenko adına Xerson İncəsənət Muzeyinin ekspozisiyası açılmışdır. 1981-ci ildə muzeyə Xersondan olan, SSRİ xalq rəssamı Aleksey Şovkunenkonun həyat yoldaşı A. V. Şovkunenkonun hədiyyə etdiyi yüzdən çox əsər daxil olmuşdur. Bu, rəssamın əsərlərinin monoqrafik sərgisini yaratmağa imkan vermişdir.[2]
Muzeyin sənət kolleksiyasında 10 mindən çox eksponat var və Ukraynanın ən maraqlı muzey kolleksiyalarından biri hesab edilir. Ekspozisiyada XVII əsr rus ikona rəssamlığı nümunələrindən başlayaraq müasir Xerson rəssamlarının əsərlərinə qədər yerli və xarici rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi incəsənət əsərləri nümayiş etdirilir.[3] Muzeyin daimi sərgisində var:[4]
Muzeyin kolleksiyasındakı ən məşhur əsərlər:
«Юрий Змееборец со святыми апостолами Петром и Павлом» (XVIIІ əsr – XIX əsrin əvvəlləri); «Богородица Успокой мои печали» (ХІХ əsr); «Андрей Первозванный» (ХХ əsr); «Женский портрет», K. E. Makovski (1883-cü il); |
«Буря идет», İ. K. Ayvazovski; «Неаполитанка», P. Orlov; «Закат», O. K. Sarvasov; «Скотный двор в Абрамце», V. D. Polyenov; «У камина», İ. M. Kramskoy; |
«Девушка с муфтой», V. Makovski; «Лошадь с извозчиком», P. Klodt; «Князь Святослав», E. O. Lansere; «Мефистофель», M. M. Antokolski; |
«У монастырского настоятеля», Avqust fon Bayer (1859-cu il); «Дубы на лужайке», A. A. Şovkunenko (1956-cı il); «Молодица», A. A. Şovkunenko (1938-ci il); «Натюрморт с синим кувшином», A. A. Şovkunenko (1930-cu il) |
2022-ci ildə, Rusiya–Ukrayna müharibəsi zamanı Xersonun Rusiya Silahlı Qüvvələri tərəfindən işğalı müddətində ruslar muzeydən 10,000 eksponatı (14,500 eksponatdan)[5] ixrac etmişdilər.[6][7][8] Bunlara Piter Leli, Avqust Bayer, İvan Ayvazovskinin əsərləri,[9] XVII əsrdən XX əsrin əvvəllərinə qədərki dövrə aid ikonalar, XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinə qədərki dövrə aid olan Ukrayna incəsənətinin nümunələri və müasir rəssamların əsərləri aiddir.[10] Bu eksponatlar Rusiya qoşunları şəhərdən çəkilməzdən əvvəl – oktyabrın 31-dən noyabrın 4-dək olan müddətdə avtobuslar və yük maşınları ilə çıxarılmışdır. Muzeyə o zamanlar Rusiya administrasiyası ilə kollaborasionizmə razı olmayan və şəhəri tərk edən qanuni direktorun yerinə işğalçı hakimiyyət tərəfindən təyin edilmiş kafe müğənnisi rəhbərlik edirdi. Eksponatlar anbarda gizlədilmişdir, lakin işçilər arasından olan əməkdaşlar onların tapılmasına kömək etmişdilər.[5] Ümumilikdə, Xerson vilayətinin mədəniyyət müəssisələrindən 15 minə yaxın eksponat, o cümlədən xüsusi, kompüter və məişət texnikası, həmçinin santexnika aparılmışdır.[5][10]
Подконтрольных России властей Херсонской области обвинили в разграблении Херсонского художественного музея