Rusiya incəsənəti

Çoxsaylı daxili çəkişmələrə baxmayaraq qədim rus dövlətinin “Xüsusi xalq yığıncağı” quruluşu inkişaf edirdi. Knyazların nüfuzlarını yalnız döyüşlərdə deyil, həmçinin mənəvi sahədə göstərməsi ilə qədim rus mədəniyyətinin çiçəklənməsinə şərait yaratdı. Rus torpaqlarında XVI əsr milli özünü dərkin yüksəliş dövrü oldu. XVI əsrdə Rus kilsə ikonları ikonataslarda (pravoslav kilsəsində: ikonaların asıldığı divar) birləşdi. İlk öncə ikonatasın mərkəzi sırası- “Deisusnıy çin” seçilirdi. Yuxarı yaruslara “bayamarlar” , südverən Məryəmin və peyğəmbərlərin daxil idi. Aşağıda ikonostasın orta qapısında və onların kənarlarında blaqoveşşeniye (xristian bayramları ndan birinin adı), adlarına məbəd ithaf olunmuş yevangelist (incilin xəyali müəllifi) və müqəddəslərin təsvirləri yerləşdirildir. İkona müstəliqil əsər olub anca ansabl təşkil edirdilər. İkonaçı rəssamlar onların ansamblda dekorativ səsləşməsini nəzərə alırdılar. İkonastas Allahın hüzürunda olduğu ideyasını təəssüratını təcəssüm etdirdi. XVI əsrdə Şərqi slavyanların yaşadığı rus bölgəsinə müxtəlif -Bizansdan və cənubi slavyan torpaqlardan- ustalar işləməyə axın edirdilər.

XV əsrdə rus mənəvi ədəbiyyatı, fəlsəfəsi və incəsənətində “insanın individual mənəvi dünyasına maraq ” müşahidə edilir. Bununla yanaşı kilsə mədəniyyəti ilə əlaqə başlıca yer tuturdu. XV əsrdə Novqorod ikonası çiçəklənmə dövrünü keçirir. Bu ikonada folklor motivlərə, yerli tarixi hadisələrə , bütpərəst inancların qalıqlarına meyl qorunub saxlanmışdı. Olduqca canlı və güclü insan obrazı sosial fəal novqorodlu idealı ilə səsləşirdi.

XV əsr İkona sənəti

[redaktə | mənbəni redaktə et]

XV əsrdə moskva rəngkarlığının çiçəklənmə dövrü idi. Bu milli və harmonik mükəmməl obrazların yaradılmasına onları antik dövr incəsənəti ilə bir səviyyəyə qoyurdu. Vahid Moska dövlətinin yaradılmasıilə xalqın mənəvi gücü yüksəlməyə başladı.

İnsana sevgi, inam və onun mənəvi gözəlliyi rəssamları ilhamlandırırdı.

Bu dövrdə Moskva şəhərinin bədii həyatı çox çeşidliliyi ilə fərqlənirdi. Biz o dövrdə yaşayıb yaradan rəssamlar əsərlərinə imza qoymadıqlarında müəlliflər bilinmir. Lakin onların hər birində müstəqil yaradıcı fikir müşahidə olunur.

XVI əsr İkonası

[redaktə | mənbəni redaktə et]

XVI əsrdə incəsənət və reallıq arasında açıq əlaqələr qurulması incəsənətdə yeni baxış gətirir. Bu dövrün rəssamları yaradıcılığı real dünyaya sıx maraq ilə xarakterizə olunur. Xristian dini ilə tarixi hadisələrin, gündəlik həyat elementlərinin sıx bağlılığı ikona sənətinə sirayət edir. İkona sənətində müxtəlif məktəb fərqliliyi aradan qaldırılaraq vahid rus incəsənət üslubuna çevrilir. Üslubların formalaşması Moskvada baş verir Mitropolit (pravoslav keşişlərinin yüksək rütbəsi) Makari tərəfindən Moskva şəhərinə sənət axını başlayır,beləki Rusinin (Руси) bütün şəhərlərindən ustalar toplanır. Paytaxta çoxlu sayda yerli ikona-müqəddəslər də gəlir.

Moskvalı sənətkarlarr öz yaradıcılıqlarında qədim bədii ənənələrə müraciətedirlər. XIV əsr rəngkarlığı və Andrey Rublov dövrünün memarlığı onların diqqətini xüsusilə çəkirdi. Qədim dövr sənəti mirası yenidən dərk edilir. Yeni dünya baxışı, bir çox bədii ənənələrin birləşməsi müstəqil incəsənət üslubunun yaranmasına gətirib çıxardır. Konkretlik, formanın müəyyənliyi və onların ictimayyətliyi fərqləndirici xüsusiyyətlərindəndir. XVI əsr əsərlərində real dünyanın təsiri meydana gəlir.

Rus incəsənəti XVIII əsr

[redaktə | mənbəni redaktə et]

Rus kübar təsviri sənətinin inkişaf tarixi XVII əsrdən başlanır. Orta əsrlər dövründən yeni dövr incəsənətinə keçid kimi xarakterizə olunan bu dövr Avropalaşma prossesini sürətləndirdi. XVII əsrin axırlarında rus rəssamları tərəfindən çoxlu sayda portretlər yaradılırdı. Belə portretlərdə ayrı-ayrı şəxslərin (person-şəxs) surəti çəkildiyindən bunlara “parsun” deyirdilər. Rus rəngkarlığında portret janrının inkişafında parsuna sənətinin böyük əhəmiyyəti olmuşdur.

Rusiyanı müasir Avropa ölkəsinə çevirməyə çalışan I Pyotr ın islahatları rus mədəniyyətinin inkişafına təkan verdi. Mədəniyyətdə və incəsənətdə açıq-aydın sürətdə kübar xüsusiyyətlər meydana gəlirdi. 1757-ci ildə Peterburq da tezliklə Avropanın qabaqcıl təhsil müəssisələrindən birinə çevrilən Akademiya yaradıldı.

Çox qısa bir zaman axarında rus rəssamları təsviri incəsənətdə ənənəvi təsvir üsulları və ifadə vasitələrindən imtina etdilər. Xətti və hava prespektivasını, məkan dərinliyi, həcmin ötürülmsini mənimsədilər. İnsan bədənin dəqiq təsvirini yaratmaq üçün rəsamlar anatomiyanı öyrənirdilər. Bu dövrdə yağlı boya texnikası geniş yayılmağa başladı. Rus rəngkarlığında yeni janrlar meydana gəldi. Avropa incəsənətinin üslub və istiqamətlərinin xarakterik xüsusiyyətləri rus sənətkarları tərəfindən mənimsənilərək özününküləşdirildi.

Bu dövrdə yeni janrlar yaranır. XVIII- yüz illiyi “portret əsri” adlandırırdılar. XVII əsrin sonu -XVIII əsrin əvvəli portretlərində ikona sənətinə xas əlamətlər və realistik motivlər nəzərə çarpır. Bu dövrədə ikona yaradan sənətkarlar artıq insanın daxili aləminə, onun emosiyalarına diqqət verməyə başlayırlar. Porterin müxtəlif növləri: avtroportret, qrup portretləri, təntənəli portretlər meydana gəlir. XVIII əsrdə rus imperator sarayına çoxlu sayda xarici rəssam dəvət olunudu. Onlar rus incəsənətinə Avropa zövgünü bəxş etdilər.

XVIII əsr Rus incəsənəti portreti üç istiqamətdə inkişaf edirdi.

Barokko, rokoko, klassizm üslublarında, sentimentalizmromantizm cərəyanlarında tablolar yaradırdılar.

XVIII-XIX əsrlərin qovşağında rus rəngkarlığı və ədəbiyyatında yeni bədii cərəyan-sentimentalizm formalaşdı. Təbii rəftar və hisslərin tərənnümü, insanın daxili həyəcanın verilməsinə maraq nəzərə çarpır.

Yeni dövr Rusiya incəsənətində imperator I Pavelin qətlə yetirilməsi ilə başlayır. Lakin ziyalı monarx I Aleksandrla liberalizm ə ümid özünü doğrultmadı. 1812-ci ildə Vətən müharibəsində Napaleon qəsbkarçılarına qarşı qalibiyyət əldə etmiş vətənə qarşı qürur , vətənpərvərlik duyğusu ümumi maarifləndirmənin formalaşdırılmasını tezləşdirdi. Lakin 1852-ci ilin dekabırında rus zadəganlarının mütləqiyyətə qarşı üsyanı yatırıldı. I Nikolay provaslav, mütləqiyyət, xəlqilik haqqında doktrinanı təsdiqlədi. Ancaq onun sələfi II Aleksandrın 1861-ci ilin 19 fevral tarixində təhkimçilik hüququnun ləğv edilməsi ilə bağlı fərman imzalaması ilə imperiyanın bütün hüdudlarında yaşayan milyonlarla kəndli azad edildi. Rusiya kapitalzm yoluna atıldı.

XIX əsrin əvvəllərində rus mədəniyyətinin bütün sahələrində mütərəqqi ideyaların təsviri özünü göstərirdi. Bu zamandan rus ədəniyyatı və incəsənətində vətənpərlik, xəlqilik hissləri kök salmağa başlayır. İctimai həyatın irəli sürdüyü tələblər nəticəsində, rəssamlarda keçən əsrdə inkişaf tapmış portret və tarixi janrlarla yanaşı, xalq məişətini təsvir edən məzmunlu əsrlər və rus təbiətinin təsvirini verən mənzərələr geniş şəkildə inkişaf edir. 1812-ci il il Vətən müharibəsindən sonra, rus incəsənətində xalq həyatından götürülmüş mövzulara, xüsusənkənd məişətinin təsvirinə daha çox meyl müşahidə edilir.

1860-cı illərdə, rus incəsənətində demokratik ideyalar daha da qüvvətlənmişdi. İmperator akademiyasının rus incəsənətinin inkişafını buxovlayan məhdud qanunlara qarşı mübarizəyə qoşulan gənc rəssamlar, köhnə qaydalara itaət etməkdən boyun qaçırırdılar. 1863-cü ildə akademiyada baş verən hadisə rus incəsənətinin gələcək inkişafı üçün geniş yol açmış oldu. Akademiyada təhsilini bitirmək üzrə olan bir qrup rəssam, diplom işində rus xalqının tarixi keçmişi və müasir həyatı ilə heç bir əlaqəsi olmayan Skandinaviya əfsanələrinin təsvirini yaratmaqdan imtina etdilər. Akademiyanın rəhbərliyi gənc rəssamların tələbi ilə hesablaşmadığı üçün onlar akademiyanı tərk etdilər. Kramskoyun rəhbərlik etdiyi bu qrup özünü adlandırırdı. “Səyyar rəssamlar cəmiyyəti” qarşısında xalq kütlərərinin estetik tərbiyəsi və ncəsənətin təbliği kimi xeyirxah məqsədlər qoyulmuşdu.

XIX əsrdə Rus incəsənətində realist mənzərəsi

[redaktə | mənbəni redaktə et]

Realizmin 1850-1860 ci illərdə bərqərar olması ilə mənzərə janrına da təsir etdi. İki rəssam – Mixail Klodtİvan Şışkin realist məznərə janrının pionerləri hesab edilir. Bu dövrə aparıcı rolu realist mənzrədə rəssamları mənzun çox maraqlandırırdı. Vətənpərvərlik hissi ilə dolub- daşan rəssamlar xoşbəxtlik və zənginlik mənbəyi olan rus təbiətinin əzəməti və məsuldarığını göstərməyə çalışırdılar. Aleksey Savrasov, İvan Şışkin, Feodor Vasiliyev, Arxip Kuindji, Mixail Klodtİsaak Levitan kimi rəssamlar rus mənzərəsinin inkişafına böyük töhfə veriblər.

XX əsrdə Rusiyada bir mənalı olaraq köklü dəyişikliklər baş verdi. Onun incəsnəti yüzilliyin əvvəlində sona yetməsi ilə parlaq və müxtəlif çeşidli inkişaf etdi. Filosof N. A.Berdyaev XIX əsrin sonu XX əsr in əvvələrini rus mədəniyyətinin gümüş dövrü adlandırdı. Gümüş dövrün əksər rəssamları təsviri incəsənətin müxtəlif sahələrində özlərini göstərməyə çalışırıdlar. Ən müxtəlif fikirl bədii məktəblər və studiyalar açılır. Köhnə birliklər öz fəaliyyətlərini köhnə təşkilatlarda davam etdirir, yenilərini yaradırdılar. İntensiz sərgi fəaliyyəti ölkənin hüdudlarından kənara çıxdı. Rusiyada Qərbi Avropa sənətkarlaının əsərləri sərgilənir, rus rəssamları da uğurla incəsənətlərini ölkənin hüdudlarından kənarda göstərirdlər. Nəhəng Moskva kolleksionerləri -P. V. ŞukinP.M. Tretyakov un yeni incəsənət əsərlərindən formalaşan hərtərəfli kolleksiyaları kütləvi (hər kəsə əlaçatan) idi. Moskva bütün Avropaya bədii ideyalar nəhəng rəngkarlıq mərkəzinə çevrildi.

XX əsrin əvvəllərində rus mədəniyyətinin bütün sahələrində mütərəqqi ideyaların təsiri duyulurdu. XX əsr Rusiyada kəskin ziddiyyətlər, sosial münaqişələr, xəyal qırıqlığı və eyni zamanda insanın parlaq gələcəyə inamı, daha mükəmməl həyatın qurulması dövrü kimi xarakterizə olunur. Təsviri sənətin dönüş nöqtəsi hesab edilən bu dövrdə rəssamlar köhnə prinsiplərdən imtina edib, yeni bədii istiqamətlərə maraq göstərirdilər.

Yeni forma və ideyaların axtarış dövrü hesab edilən XX əsr Rus incəsənəti Avanqard və sosrealizm ənənələri əsasında təşəkkül tapdı. Ekspozisiyada müasir Rus incəsənəti “XX əsr Rus rəssamları” və “XX əsr Rus avanqardı” adı ilə təmsil olunur.

İncəsənətdə müşahidə edilən parçalanma müxtəlif qruplaşmaların yaranması (“Mir iskustva”, “Soyuz ruskix xudojnikov”, “Bubnovıy balet” və s.) gətirib çıxarıır. Onların hər biri irəli sürdükləri proqram və qərarlarda incəsənətin gələcək inkişaf yollarını bir cür görürdülər. Bu dövrdəki axtarış və “xaos” rus avanqardı üçün zəmin yaratdı. Müxtəlif bədii istiqamətləri- abstraksionizm, fovizm, kubizm, futurizm, ekspressionizmi özündə birləşdirən Avanqard incəsənətində çalışan rəssamlar kök salmış təsviri sənət ənənə və prinsiplərindən imtina edib, yeni qeyri-adi məzmun və forma axtarışına, ifadə vasitəsinə can atırdılar.

Rus impressionizmi

[redaktə | mənbəni redaktə et]

Fransa da yaranmış impressionizm ölkə hüdudlarından kənarda da vüsat almağa başladı. Rus rəssamlarının yaradıcılığına təsir edən bu istiqamət incəsənət tarixinə XIX əsrin sonu -XX əsrin əvvəli şərti olaraq “Rus impressionizmi” kimi daxil oldu.

Rus impressionizmi milli spesifikası, əşyalığı və maddiliyi ilə fərqlənir və sujetlər dərin məna yükü ilə seçilirdi. Fransız şəhər mənzərələri ilə müqayisədə rus mənzərələri daha az dinamik idi. Bunun səbəbi rus mənzərələrinin "kənd" xarakteri daşıması ilə müəyyən edilir. Fransız impressionistləri gödükləri anın təəssüratını təsvir etməyə çalışırdılarsa, rus rəssamları isə rəssamın daxili hiss və emosiyalarını kətana ötürməyə çalışırdılar.