Xevra duz mədəni

Xevra duz mədəni (urdu کھیوڑہ نمک کی کان, ing. Khewra Salt Mine) və ya Mayo duz mədəni (ing. Mayo Salt Mine) — Pakistanın Pəncab regionunun[1] Cəlam dairəsindəki Xevra şəhərində və Hind-Qanq ovalığının[2] üzərində yerləşən duz mədəni. Xevradakı duz mədəni Pakistanın ən böyük, dünyanın ən böyük ikinci[3] və dünyanın ən qədim duz mədənidir.[4][5][6] Bu duz mədəni əhəmiyyətli bir turizm obyektidir və hər il 250,000-dən çox turist cəlb edir.

Xevra duz mədəni
Mədənin girişi
Mədənin girişi
Yerləşdiyi yer
Xevra duz mədəni (Pakistan)
Xevra duz mədəni
Yerləşdiyi yer Xevra
Vilayət Pəncab
Ölkə Pakistan
Koordinatlar 32°38′52″ şm. e. 73°00′30″ ş. u.
İstehsal
Məhsullar Halit, rapa
Tarix
Açıldığı il 1872 (1872)
Fəaliyyət illəri 140 il
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Xevra duz mədəni Pakistanın Pəncab regionunun Cəlam dairəsindəki Pind Dadan Xan təhsilində, ölkə paytaxtı olan İslamabad şəhərindən təxminən 160 km (100 mil) uzaqlıqda yerləşir. Mədənə sadəcə M2 nömrəli avtomagistral yolu ilə getmək olur. Mədən, Cəlam çayından Hind çayına qədər uzanan və duzlarla zəngin bir dağ silsiləsinin üzərində yerləşir.[6][7][8] Xevrə duz mədəni dəniz səviyyəsindən təxminən 288 metr (945 fit) yuxarıda yerləşir. Mədən girişindən mədənin ən ucqar nöqtəsinə qədər olan məsafə təxminən 730 metrdir (2,400 fit). Yeraltı mədən 110 km2-lıq (43 mil2) bir ərazini əhatə edir.[9]

Tarix[redaktə | mənbəni redaktə et]

Xevradakı duz mədəni Hindistan general-qubernatoru olan Lord Mayonun şərəfinə «Mayo» duz mədəni olaraq da bilinir.[10] Mədən təxminən 800 milyon il əvvəl meydana gəlmiş bir «Duz» silsiləsinin üzərində yerləşir.[11]

Xevradakı duz ehtiyatları Böyük İsgəndər tərəfindən Hindistan səfəri zamanı CəlamMianvali regionlarından keçərkən aşkar edilmişdir. Mədən nə Makedoniyalı İsgəndər, nə də onun əsgərləri tərəfindən aşkar edilmişdir. Mədən aşkar edən ordunun atları idi.[12] Böyük İsgəndərin qoşunları xəstə atlarının daşları yaladığını və daha sonra yaxşılaşdığını gördükdən sonra bu ərazidə duz mədəni qurdular. Böyük Moğol İmperiyası dövründə mədəndən çıxarılan duzlar müxtəlif bazarlarda, hətta Mərkəzi Asiyada belə satılırdı.[13] Böyük Moğol İmperiyasının süquta uğramasından sonra, mədənə siqhlər sahibləndilər. Siqh ordusunun baş komandiri olan Hari Sinq Nəlva «Duz» silsiləsinin idarəsini Cammu Racası olan Qulab Sinqlə bölüşdürmüşdür. Baş komandir Varça mədənini, Cammu Racası isə Xevra mədənini idarə edirdi. Siqh hakimiyyəti dövründə hasil edilən duzlar həm qida, həm də gəlir mənbəyi olaraq istifadə edilmişdir.

Britaniya hakimiyyəti 1872-ci ildə — Siqh ərazilərini işğal etdikdən bir qədər sonra, mədəni daha da inkişaf etdirmişdir. Britaniyalılar mədəni səmərəsizdir gördülər, bunun səbəbləri isə çox idi. Məsələn, mədəndəki qeyri-adi və dar tunellər işçilər üçün çətinlik yaradırdı; mədənin su ilə təmin olması çox zəif idi; hasil edilmiş duzlar üçün anbar yox idi; mədənə gedən yeganə yol çətin, qayalı bir ərazinin üzərindən keçirdi. Bu problemləri aradan qaldırmaq üçün Britaniya hökuməti yolları düzəltmiş, anbarlar tikmiş, mədəni çoxlu su ilə təmin etmiş, girişləri və tunelləri yaxşılaşdırmış və duzun hasil edilməsi üçün daha yaxşı bir mexanizm təqdim etmişdir. Duzun qaçaqmalçılığını aradan qaldırmaq üçün yeni cərimələr yaradılmışdır.[14]

Birbal Sahni 1930-cu və 1940-cı illərdə Hindistanın Geoloji Tədqiqatı adlı bir təşkilatla işləyərkən mədəndə Eosen dövründən qalma örtülütoxumlular, çılpaqtoxumlularhəşəratlara aid dəlillər tapmışdır, lakin Maykl Kremo bu canlıların Kembri dövründə qaldığını iddia etsə də, Kremonun fikirləri müasir geoloqlar tərəfindən dəstəklənmir.[7]

Daşqın[redaktə | mənbəni redaktə et]

2010-cu ildə, bütün Pakistanda baş vermiş daşqınlar zamanı yaxınlıqdakı su axını mədən bağlandıqdan sonra oraya girmişdir.[15] Bu su axını 60 sm (2 fit) dərinliyə çatmış və çıxışları bağlamışdır.[16] Mədən daha sonra yenidən açılmışdır və hal-hazırda fəaliyyət göstərir.[17]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. O.H.K. Speyt; Endru T.A. Learmont; B.H. Fermer. India, Pakistan and Ceylon: The Regions. Methuen Publishing Ltd. 13 iyul 1972. səh. 502. ISBN 978-0-416-75530-5. İstifadə tarixi: 3 aprel 2018.
  2. Ueller, J. Marvin. "The Journal of Geology". jstor.org. Chicago Journals. İstifadə tarixi: 3 aprel 2018.
  3. Stenli C. Lefond. Handbook of World Salt Resources (I). Springer. 1 yanvar 1969. səh. 347. ISBN 978-0-306-30315-9. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2018.
  4. Camerapiks. Spectrum Guide to Pakistan. Interlink Books. iyul 1998. səh. 150. ISBN 978-1-56656-240-9. İstifadə tarixi: 8 aprel 2018.
  5. Məsud-ul Həsən. Short encyclopaedia of Pakistan (I). Ferozsons. 1975. səh. 118. ASIN B007EU8QHS. İstifadə tarixi: 8 aprel 2018.
  6. 1 2 Hayden, Pit. Pakistan. Essential Library. avqust 2011. səh. 27. ISBN 978-1-61783-117-1. İstifadə tarixi: 21 aprel 2018.
  7. 1 2 Michael A. Cremo. The Forbidden Archeologist. Torchlight Publishing. 1 November 2010. səh. 166. ISBN 978-0-89213-337-6. İstifadə tarixi: 7 aprel 2018.
  8. Taus-Bolstad, Steysi. Pakistan in Pictures. Lerner Publishing Group. yanvar 2003. səh. 55. ISBN 978-0-8225-4682-5. İstifadə tarixi: 21 aprel 2018.
  9. Attique ur Rehman; Əmcad Aslam; Məhəmməd Axyar Fərrux. "Preparation of Analytical Grade Sodium Chloride from Khewra Rock Salt" (PDF). World Applied Sciences Journal. IDOSI Publications. 9 (11). 2010: 1223. ISSN 1818-4952. 2013-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 aprel 2012.
  10. Society of Arts (Great Britain). Journal of the Society of Arts. XLIII. Nabu Press. 7 noyabr 2011. səh. 258. ISBN 978-1-271-48500-0. İstifadə tarixi: 15 aprel 2018.
  11. Helen Beytmen; Ceyn Denşayr. Dangerous Creatures Of The Oceans. Creative Co. 30 iyul 2005. səh. 9. ISBN 978-1-58340-768-4. İstifadə tarixi: 3 aprel 2018.
  12. Keren Zarindast (müxbir). Pakistan salt mine is open to tourists in the Punjab province (News report). British Broadcasting Corporation. 8 noyabr 2011. 6 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2018.
  13. Andre Uink. Al Hind: The Making of the Indo Islamic World. Brill Academic Publishers. mart 1990. səh. 171. ISBN 978-90-04-09249-5. İstifadə tarixi: 7 aprel 2018.
  14. Ser Edvin Arnold. The Marquis of Dalhousie's Administration of British India. I. Saunders, Otley, and Co. 1862. səh. 166. ISBN 978-1-290-28762-3. İstifadə tarixi: 7 aprel 2018.
  15. "Floodwaters enter Khewra Salt Mines". The Nation. 7 avqust 2010. 2013-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
  16. "Breach floods 10 villages". The Express Tribune. 12 avqust 2012. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.
  17. Məhbub, Şaziyə. "Khewra salt mines: Healing heights" (ingilis). tribune.com.pk. 14 oktyabr 2013. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]