Xeyriyyə (Armudlu)

XeyriyyəTürkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd.

Xeyriyyə
40°30′03″ şm. e. 28°58′05″ ş. u.
Ölkə
Rəqəmsal identifikatorlar
Poçt indeksi 77500
Xəritəni göstər/gizlə
Xeyriyyə xəritədə
Xeyriyyə
Xeyriyyə

1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə SəlimiyyəMəcidiyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər.[1] Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir.[2] Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür.[3]

Kəndin adı 1911-ci il qeydlərində Sultaniyyə kimi qeyd olunmuşdur.[4] 1928-ci il tarixli Osmanlı kəndi siyahısında adı Xeyriyyə (خیریە) olaraq qeyd edilmişdir.[5] 1935-ci il siyahıyaalınmasında Xeyriyyə Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 230 nəfərdən ibarət idi.[6] 1960-cı il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndinin köhnə adı Çiflik olaraq verilmişdir. Buna baxmayaraq, bu qeyddən 1955-ci il siyahıyaalınmasında yalnız Xeyriyyə kimi yazılan kəndin adının nə vaxt Çiftlik, nə vaxt isə yenidən Xeyriyyə adlandırıldığı aydın deyil.[7][8]

Kənd Yalova vilayətindən 75 kilometr, Armudlu rayonundan isə 20 kilometr məsafədədir.[9]

İllərə görə kənd əhalisi
2019 75
2018 80
2017 81
2016 89
2015 86
2014 98
2013 116
2012 122 [9]
2011 122 [9]
2010 119
2009 120
2008 150
2007 162
2000 157 [9]
  1. "(Gürcüce), Mamia Pağava, Meri Tsintsadze, Maia Baramidze, Malhaz Çoharadze, Tina Şioşvili, Şota Mamuladze, Ramaz Halvaşi, Nugzar Mgeladze, Zaza Şaşikidze, Cemal Karalidze, Batum, 2016, s. 257". 9 Ekim 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 Ekim 2020.
  2. İveria gazetesi (Gürcüce), 5 Ağustos 1893, Tiflis, sayı: 166.
  3. "Zakaria Çiçinadze, Müslüman Gürcüler ve Gürcistan'daki Köyleri (Gürcüce), 1913, Tiflis, s. 135" (PDF). 19 Ekim 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 Mart 2022.
  4. "Index-Anatolicus: Türkiye yerleşim birimleri envanteri" (Türkçe). nisanyanmap.com. 16 Mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Aralık 2019.
  5. " Son Teşkilat-i Mülkiyede Köylerimizin Adları (Osmanlıca), İstanbul, 1928, s. 451". 5 Haziran 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 Ekim 2020.
  6. Başbakanlık İstatistik Genel Direktörlüğü. "1935 Genel Nüfus Sayımı: Köyler Nüfusu" (PDF) (Türkçe). mku.edu.tr. 1937. 16 Ocak 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 Şubat 2020.
  7. Başbakanlık İstatistik Genel Müdürlüğü. "1955 Genel Nüfus Sayımı: Vilâyet, Kaza, Nahiye ve Köyler itibarıyla nüfus" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1961. 6 Mart 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 Şubat 2020.
  8. Başbakanlık Devlet İstatistik Enstitüsü. "1960 Genel Nüfus Sayımı: İl, İlçe, Bucak ve Köyler itibarıyla nüfus" (PDF) (Türkçe). sehirhafizasi.sakarya.edu.tr. 1963. 18 Şubat 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 Şubat 2020.
  9. 1 2 3 4 "Hayriye Köyü" (Türkçe). YerelNet.org.tr. 21 Mart 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Ekim 2014.