Xo-Örlük

Xo-Ürlük, Xo-Örlük (kalm. Хо Өрлөг; 15804 yanvar 1644) — Kalmıkların birinci baş tayşısı, Kereitlərin qolu olan Turqut soyundan, Van xanın törəməsi, Zülzüqan-Örlükün oğlu və Buyqo-Örlükün nəvəsi. Kalmık dövlətinin yaradıcısı.

Xo-Örlük
Doğum tarixi 1580
Vəfat tarixi 4 yanvar 1644(1644-01-04)
Fəaliyyəti suveren[d]

XVI əsrin ikinci yarısında kalmıklar, əsasən Oyrot deyilən tayfa ittifaqı (turqutlar, xoşutlar, dörbətlər) qazax torpaqlarına da yerləşmişlər, ancaq daha sonraları o torpaqlardan ya çıxardılmışlar ya da qazaxların basqısı altında yaşamaq məcburiyyətində qalmışdılar. XVI əsrin sonunda öz sınırlarını aşıb qazax torpaqlarına yerləşen kalmıklar, qazaxlara yenilmişlər və basqı altında qalmışdılar.[1]

1604-cü ildə Xo-Örlük İrtış çayının yuxarı axarında köç-düşlə məşğul olurdu[2].

1606-cı ildə Barabin çölündə turqutların və rusların toqquşması baş verdi. Tar dairəsi tamam boşaldı. 1608-ci ildə Xo-Örlükün elçiləri Tara şəhərinə gəlib rus hakimiyyəti ilə danışıq apardılar.

Xo-Örlük 1613-cü ildə öz turqutlarını Yayıkın yuxarı axarına gətirdi.[3]. 1618-ci ildə öz kəşfiyyatçılarını Xəzər dənizinin sahillərinə və Volqanın aşağı axarlarına göndərdi.

Xo-Örlük 1644-cü ildə kalmıkların Qafqaz səfərində öldürüldü. Noğayların mühasirəsində tayşıdan başqa oğlanları Sünke, Kirsan, nəvələri Tseren, Badma və Tuğul da məhv edildi. 400 nəfərdən çox kalmık döyüşçüsünün nəşi yerdə qalmışdı. Xo-Örlük böyük oğlu Şükur-Dayçin taxtın varisi oldu.

  1. Nebijan Mukametkanulı, Tarihi Zertteuler, s. 44.
  2. "Шовунов К. П. Очерки военной истории калмыков (XVII—XIX вв.)". 2008-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-06.
  3. "Дружба, скрепленная кровью". 2008-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.