Dörbətlər

Dörbətlər (monq. дөрвөд, kalm. дөрвд) — Oyratların etnoqrafik qrupu. Onlar Monqolustanda əsasən Ubsunur aymağında yaşayırlar. Bir hissəsi isə Kalmıkiya ərazisində məskunlaşıb.

XIV-XVII əsrlərdə monqol dövləti, Monqol İmperiyası, Oyrat xanlığıMoğolustan

Bu tayfanın adına Lubsan Dandzanın "Altın Tobçi" və "Monqolların gizli dastanı"nda rastlanır.

Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – çöl aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər məmləkətlərindəki qullardan bir fərqi vardı: onları satmırdılar.

XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Naymanlar isə kereitlərdən qərbdə məskən salmışdı. Tatarlardan, keraitlərdən və naymanlardan şimalda monqol adlı qəbilə yaşayırdı.

Monqollardan qərbdə Xanqay dağlarının ətəklərində və Baykal gölünün ətraflarında merkitlər, Sayan dağları ilə Baykal gölü arasında oyratlar, Cunqariyada uyğurlar məskunlaşmışdılar.

Oyratlar cunqar, dörbet, xoşut, ələt qollarından ibarət idi.