Xoren Babkeni Abramyan (erm. Խորեն Բաբկենի Աբրահամյան; 1 aprel 1930[1][2], İrəvan[1][2] – 10 dekabr 2004[2], İrəvan[2]) — SSRİ və Ermənistan teatr və kino aktyoru, rejissor, SSRİ xalq artisti (1980). SSRİ Dövlət mükafatına layiq görülmüşdür (1981).
Xoren Abramyan | |
---|---|
erm. Խորեն Բաբկենի Աբրահամյան | |
Doğum tarixi | 1 aprel 1930[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 2004[2] (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, rejissor, teatr pedaqoqu[d], teatr rejissoru, kinorejissor |
Fəaliyyət illəri | 1949-cu ildən |
Təhsili | |
Teatr | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Xoren Abramyan 1 aprel 1930-cu ildə İrəvanda anadan olmuşdur.[3] 1951-ci ildə İrəvan Dövlət Teatr və Kino İnstitutunu bitirmiş və Qabriel Sundukyan adına Ermənistan Milli Teatrının səhnəsində oynamağa başlamışdır (1980–1985-ci illərdə, 1988-ci ildən baş rejissor). 1985–1988-ci illərdə Askanaz Mravyan adına Leninakan teatrının baş rejissoru işləmişdir. Xoren Abramyan kinoda debütünü 1949-cu ildə "Ararat vadisinin qızı" filmində etmişdir. O, "Dağ gölünün sirri" (1954), "Boy" (1957), "İlk sevgi mahnısı" (1958,), "Ana ürəyi" (1958), "Saroyan qardaşları" (1968), "Doğum" (1978), "Çox yaşa" (1980) filmlərində rol almışdır.[4]