Xorvat mətbəxi

Xorvatiya mətbəxi- heterojendir və regionların mətbəxi kimi tanınır, çünki Xorvatiyanın hər bir bölgəsi özünün xüsusi kulinariya ənənəsinə malikdir. Onun kökləri qədim dövrlərə aiddir.
Ərzaq məhsullarının seçilməsi və bişirilmə qaydaları daxili və sahilyanı bölgələr arasında fərqlidir. Mərkəz bölgələrin mətbəxi Slavyan, daha çox Macarıstan və Türk mətbəxi ilə əlaqəli olmağı, iç yağından( lard), qara bibər, bibər və sarımsaqdan istifadə etməsi ilə xarakterizə olunur.[1] Sahil bölgəsi, YunanRoma, daha sonralar Aralıq dənizi, xüsusən İtaliya (Venesiya) mətbəxi ilə səciyyələnir. Sahilyanı mətbəxlərdə zeytun yağı, həmçinin rozmarin, adaçayı, dəfnə yarpağı, qara yarpız, mərzə, darçın, mixək, muskat qozu, limonportağal qabığı kimi ot və ədviyyatlardan istifadə edilir. Digər köhnə Yuqoslaviya ölkələrinin qida və reseptləri Xorvatiyada məşhurdur.[2]

Crni rizot

Xorvatiyada hər bir dəniz məhsulu restoranının menyusunda "qara plov" (xorv.Crni rizot, ing. black risotto) mövcuddur. Bu plov əslində Kalmar plovudur. Kalmarla yanaşı bu yemək həmçinin digər dəniz məhsulları il də bişirilir, xüsusilə midiya və s.[3]

Zagorski štrukli

Strukli Sloveniya yeməyi olmasına baxmayaraq, kəsmikxama ilə hazırlanan Strukli Xorvatiyada tanınmışdır. İki üsulla bişirilə bilir: suda qaynadılır və ya sobada bişirilir.[4]

Pasticada Dalmaçiya bölgəsinin mətbəxinə məxsusdur. Mal əti filesi şərab sirkəsi ilə marinadlanır, bir neçə gün saxlanılır və sonra öz şirəsi içərisində, daha sonra qırmızı şərabda saatlarla bişirilir və evdə hazırlanmış gnocchi ilə servis olunur.[5]

Kotlovina Kotlovina ət yeməyi olub Zaqreb və şimal-qərbi Xorvatiyaya məxsusdur . Ət və tərəvəzlər qızardılır daha sonra aşağı temperaturda öz sousunda yavaş-yavaş bişirilir. Əsasən donuz əti və toyuğun döş ətindən istifadə olunur. Adətən açıq havada hazırlanır.[6]

Narancini

Xorvatiyanın cənub bölgəsinə məxsus şəkərlənmiş portağal qabığıdır.Croatian Recipes: Narancini

Rozata

Rozata Kremli pudinq, piroqa bənzər olub Xorvatiyanın Dubrovnik bölgəsinin şirniyyat növüdür.[7]

  1. национальная кухня хорватского народа.[ölü keçid]
  2. "Хорватская кухня Общая информация". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.
  3. "Croatian Recipes: Crni Rižot". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
  4. "Traditional Croatian Baked Strukli". 2021-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
  5. "Croatian Recipes: Dalmatinska Pašticada". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
  6. "Kotlovina — Taste of Croatia". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
  7. "Croatian Recipes: Rožata". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Хорватская кухня
  2. Рецепты хорватской кухни