Xorvatiya parlamenti (xorv. Hrvatski sabor) — Xorvatiyanın birpalatalı nümayəndələr və qanunverici orqanı (parlamenti). "Sabor" onun tarixi adıdır.
Xorvatiya parlamenti | |
---|---|
Hrvatski sabor | |
Ümumi məlumatlar | |
Növü | bir palatalı parlament |
Seçkilər | |
Səsvermə sistemi | proporsional, faiz həddi 5%-dır; üç yer xaricdə yaşayan xorvatlar üçün, səkkiz yer milli azlıqlar üçün qabaqcadan təyin olunub |
Sayt | |
sabor.hr | |
Vikianbarda əlaqəli mediafayllar |
"Sabor" sözü slavyan mənşəlidir və məclis deməkdir. Xorvatiya parlamentinin mənasında bu söz ilk dəfə 1848-ci ildə xorvat inqilabı zamanı istifadə edildi, lakin bu Sabor çox tez dağıldı və bütün hakimiyyəti ban Yelaçiçə verildi. Yeni sabor yalnız 15 aprel 1861-ci ildə çağırıldı.
Sayları 100 ilə 160 arasında dəyişən deputatlardan ibarətdir. Sabor birbaşa ümumi gizli səsvermə yolu ilə dörd illik müddətə seçilir. Deputatların səlahiyyətləri yalnız hərbi vəziyyət dövründə uzadıla bilər.
1990-cı il Xorvatiya konstitusiyasına görə, Sabor iki palatadan ibarət idi: