Xorvatiyada turizm

Makarska çimərliyi

Xorvatiyada turizm — turizm Xorvatiya iqtisadiyyatının əsas aparıcı sahələrindən biri.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Plitvis gölü

Ölkənin əsas turistik bölgərindən biri Adriatik dənizi sahilləridir. Burada Xorvatiyaya məxsus olan çoxlu adalar vardır. Bu adalar yumşaq iqlimi ilə seçilir. Üstəlik uzun qumlu çimərliklərə sahibdirlər. Sahil ərazisi Vindsörfinq, Dayvinq və Yelkənli idman həvəskarları arasında məşhurdur. Dənizdən kənarda isə əsasən Zaqreb, Varajdin kimi şəhərlər özünün borokko stilli tikililəri ilə turistləri özünə cəlb edir.

Yeddi obyekt YUNESCO Ümumdünya irsi siyahısına daxildir. Üstəlik 15 obyekt siyahıya namizəddir. Ölkədə 8 milli park və 11 təbiət parkı vardır. Xorvatiya müharibəsi bitdikdən sonra XX əsrin 90-cı illərindən 2008-ci ilə qədər burada turizm inkişaf etdirilmişdir. Dünya iqtisadi böhranı zamanı turistlərin sayında azalma baş vermişdir. 2011-ci ildən isə böhranın təsirində azalma baş vermişdir. 2012-ci ildə ölkəni 11 mln 835 min turist ziyarət etmişdir. Bu ölkə tarixinin rekord nəticəsidir. 2013-cü ildə ölkəni 10 mln 948 min, 2014-cü ildə isə 11 mln 624 min[1] turist ziyarət etmişdir

Turistlərin statistikası

[redaktə | mənbəni redaktə et]
Braç adası
Zaqreb
Çimərlik
Korçula şəhəri

Turistlərin sayı

[redaktə | mənbəni redaktə et]

Ölkəyə daxil olan turistlərin illərə görə sayı (mln. nəf.)[2][3][4]:

  • 1999 5,127
  • 2000 7,137
  • 2001 7,860
  • 2002 8,320
  • 2003 8,878
  • 2004 9,412
  • 2005 9,995
  • 2006 10,385
  • 2007 11,162
  • 2008 11,261
  • 2009 10,935
  • 2010 10,604
  • 2011 11,456
  • 2012 11,835
  • 2013 10,948
  • 2014 11,624

20 ölkədən daxil olan turistlər (2011–2012)[5]:

Ölkə 2011 — min. nəf. 2012 — min. nəf.
Almaniya 1661 1853
Sloveniya 1100 1055
İtaliya 1150 1050
Avstriya 892 946
Çexiya 638 647
Polşa 495 544
Fransa 394 418
Slovakiya 335 337
Niderland 287 335
Macarıstan 328 308
Böyük Britaniya 256 307
Bosniya və Herseqovina 223 230
Rusiya 182 196
İsveçrə 161 176
ABŞ 151 173
İspaniya 221 166
Yaponiya 132 155
Belçika 120 137
İsveç 122 135
Norveç 92 102
  1. "TURIZAM U BROJKAMA. 2014" (PDF). 2016-05-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  2. "Центральное бюро статистики Хорватии. 2013" (PDF). 2013-11-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.
  3. "Центральное бюро статистики Хорватии. Туристическая статистика 2009" (PDF). 2011-07-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  4. "Министерство туризма Хорватии. 2014" (PDF). 2016-05-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  5. "Xorvatiya Turizm Nazirliyinin verdiyi statistika" (PDF). 2013-12-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.