Qanunverici hakimiyyəti — qanun sahəsində hakimiyyət. Hakimiyyət bölgüsü olan dövlətlərdə, hakimiyyətin bu tipi xüsusi olaraq qanun qəbulu ilə məşğul olur. Qanunverici orqan səlahiyyətlərinə hökumətin təsdiqi, qanunların qəbulu və ona dəyişikliklərin edilməsi, dövlət büdcəsini təsdiqi, beynəlxalq müqavilə və sazişlərin təsdiqi, müharibə elan edilməsi daxildir. Müxtəlif ölkələrdə müxtəlif adla adlansa da ümumi adı — parlamentdir.
Qanunverici orqanlar xüsusi hüquqa malik olan və qanunları qəbul etmək səlahiyyətində olan dövlət hakimyyətinin ali orqanları.