Xram

Anaxatır və ya Xram (gürc. ხრამი (Xrami)) — GürcüstanAzərbaycanda çay. Kür çayının sağ qolu.[3] Başlanğıcını Kiçik Qafqaz dağlarının Ərcivan dağ silsiləsinin Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti mxaresinin Borjomi bələdiyyəsi ərazisində yerləşən Tsxratskaro dağ keçidinin (2 454.3 m)[4] ətəyindən, 2 422[1] m hündürlükdən götürür.[5][6] Çayın illik orta su sərfi 1 km³/san-dir.[7] Borjomi bələdiyyəsinin ərazisindən başlayan çay Aşağı Kartli mxaresinin Barmaqsız, Ağbulaq, Çörük Qəmərli və Sarvan bələdəyyələrindən axaraq Azərbaycan Respublikasının Qazax rayonunun II Şıxlı kəndi yaxınlığında Kür çayına tökülür.[8]

Anaxatır
azərb. Anaxatır‎, gürc. ხრამი (Xrami)
İmir kəndində Anaxatır çayı üzərində körpü
İmir kəndində Anaxatır çayı üzərində körpü
Ölkə
Keçdiyi ərazilər Gürcüstan Gürcüstan
Azərbaycan Azərbaycan
Mənbəyi Tsxratskaro dağ keçidi
 • Yüksəkliyi 2 422[1]
Mənsəbi Kür
 • Yüksəkliyi 254[1][2]
Uzunluğu 201[1]
Meyilliyi 10.78 m/km
Su sərfi 51.7[1]
Su hövzəsi Xəzər
Hövzəsinin sahəsi 8 340[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Anaxatır çayı xəritəsi
Xram çayı

Anaxatır çayının uzunluğu 201 km, hövzəsinin sahəsi 8.340 km²-dir.[1] Çayın hövzəsinin 4.378 km²—lik qismi Ermənistanın ərazisində yerləşir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 "საპილოტე მდინარის აუზის მართვის გეგმა მდინარე ხრამისთვის - საქართველო" (PDF). 2022-03-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-08-31.
  2. Ministry of Ecology and Natural Resources of Azerbaijan Republic: Rivers, lakes and reservoirs of Azerbaijan Republic Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine
  3. Храм, река в Закавказье  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  4. "Отчет о велосипедном спортивном туристском походе пятой категории сложности по Грузии совершѐнном с 29.07.2012 г. по 14.08.2012 г." (PDF). 2020-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-08-28.
  5. "Хашури". 2013-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-07.
  6. "Borçalıda sənayenin və kənd təsərrüfatının inkişaf mərhələləri". 2016-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-28.
  7. Republic of Georgia - Country Report: Water resources of Georgia and their use Arxivləşdirilib 2016-10-19 at the Wayback Machine
  8. "II Şıxlı kəndi topoqrafik xəritədə". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-29.