Hresili döyüşü (gürcücə: ხრესილის ბრძოლა) — Osmanlı imperiyası ilə Gürcüstanın çarlıqlarından biri olan İmereti çarlığı arasında hal-hazırkı Gürcüstanın Hresili şəhəri yaxınlığında baş tutmuş döyüş nəzərdə tutulur.[3]
Hresili döyüşü | |||
---|---|---|---|
Osmanlı-Gürcüstan müharibələri | |||
| |||
Tarix | 17 dekabr 1757 | ||
Yeri | Hresili, Gürcüstan | ||
Səbəbi | İmereti çarlığının Osmanlı asılılığından çıxmağa çalışması | ||
Nəticəsi | İmereti qələbəsi[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş nəticəsində İmereti kralı olan I Solomonun komandanlığı altındakı gürcü ordusu 17 dekabr 1757-ci ildə Osmanlı imperiyası ordusunu və gürcü könüllülərdən ibarət ordunu məğlub etməyi bacardı.
XVII əsrdə Gürcüstanın bir çox ərazisində mövcud olan çarlıqlar və ya kyazlıqlar Osmanlı imperiyasına bağlı dövlətlər idilər. Belə dövlətlərə vassal dövlət idilər. Bu vassal dövlətlərin qərərgahları Tsutskvati, Poti və Şorapani qaları idi. Sadəcə Meqreliyadan ildə 12 min insan qul kimi Osmanlı imperiyasına satılırdı. Solomon quldarlığı qadağan etdi və zadəganlara qarşı çıxaraq Osmanlı imperiyasında öz ölkəsinin müstəqilliyini əldə etməyə çalışdı. buna cavab olaraq, Osmanlı imperiyası Solomonun üzərinə ordu gödərdi. Bu yürüşdə məqsəd nəzarətin azaldığı Gürcüstan torpaqlarında öz hakimiyyətlərini yenidən bərpa etmək idi.
Osmanlı imperiyası ordusuna Təpədələnli Əli Paşa komandanlıq edirdi.
İmereti çarlığının hökmdarı I Solomon qərbi Gürcüstan torpaqlarını birləşdirib güclü monarxiya qurmaq arzusunda idi. Lakin bu gürcü kralının istəyi Osmanlı ilə olan münasibətlərinin pozulması ilə nəticələndi. Bundan əlavə, Osmanlı imperiyası I Solomonun quldarlığa qarşı olan mübarizəsini də sonlandırmaq istəyirdi. Çünki, Gürcüstandan hər il minlərlə insan qul kimi Osmanlı imperiyasına göndərilirdi və bu qul mənbəyindən məhrum olmaq Osmanlı imperiyasının istəyinə uyğun deyildi.
Osmanlı imperiyası I Solomona qarşı yürüş ərəfəsində onun müxtəlif məcralı siyasətindən narazı olan gürcü əsilzadələrlə danışıqlar aparıb onlarla ittifaq qurdu. Solomona qarşı döyüşən Levan Abaşidze, Axısqa ərazisində Osmanlı ordusu ilə görüşdü və onları İmereti krallığı torpaqlarına apardı. Bu səyahət zamanı o, həmçinin Osmanlı imperiyası ordusunas bələdçilik də etdi.
17 dekabr 1757-ci ildə baş tutmuş döyüşdə I Solomonun komandanı olduğu gürcü ordusu Osmanlı imperiyası ordusu və gürcü könüllülərdən ibarət ordu üzərində qələbə qazana bildi.