Xroniki zəifləmə xəstəliyi

Bəzən zombi maral xəstəliyi adlanan xroniki zəifləmə və ya arıqlama xəstəliyi ( ing. chronic wasting disease (CWD) ), marallara aid ötürülən süngərvari ensefalopatiyadır. Bu, prion adlanan zülalların xüsusi sinfinin səbəb olduğu xəstəliklərdən hesab edilir və bunlara mal-qarada dəli dana xəstəliyi, insanlarda Kreutzfeldt-Yakob xəstəliyi kimi oxşar xəstəliklər daxildir.[1] ABŞ-da CWD qatır maralı, ağ quyruqlu maral, nəcib maral, xallı maral, Kanada maralı, sığınadi şimal maralına təsir edir. CWD-nin sincabaoxşar və geni dəyişdirilmiş siçanlar kimi digər növlərə eksperimental ötürülməsi qeyd edilmişdir.[2]

1967-ci ildə CWD ilk dəfə ABŞ-ın Kolorado ştatının şimalındakı bir hökumət tədqiqat müəssisəsində qatır maralında müəyyən edildi. Əvvəlcə klinik "arıqlama" sindromu kimi tanındı və sonra 1978-ci ildə daha dəqiq bir xəstəlik olaraq təyin olundu. O vaxtdan bəri CWD ABŞ-ın 30 ştatında və Kanadanın dörd əyalətində sərbəst gəzən və təsərrüfatlarda olan heyvan populyasiyalarında aşkar edilmişdir.[3] Bundan əlavə, CWD bir Minnesota nəcib maral fermasında, Norveçdə bir vəhşi şimal maralı sürüsündə (mart 2016) müəyyən edildi. Finlandiyada (Mart 2018) və İsveçdə (Mart və May 2019, Sentyabr 2020) sığınlarda bu hallar aşkar edilmişdir. CWD Cənubi Koreyada da Kanadadan gətirilən bəzi marallarda tapıldı.[4] CWD xroniki arıqlama və beyin zədələrinə uyğun gələn, zamanla ağırlaşan və həmişə ölümlə nəticələnən klinik əlamətlərlə xarakterizə olunur.

Mətbuatda insanların bu xəstəliyə yoluxmasına dair xəbərlər dərc olunsa da, 2004-cü ilə qədər Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bir təklif etdi: "Belə xəstəliklərin mümkünlüyünə nəzarət etmək üçün daha çox epidemioloji və laboratoriya tədqiqatlarına ehtiyac var". 2019-cu ildə isə aparılan bir araşdırma "insanlara ötürülmə potensialının mövcud olduğu" qənaətinə gəldi. Epidemioloji tədqiqat daha sonra belə bir bəyanat yaydı: "ehtiyat tədbiri olaraq, ovçular bu xəstəliyin yayıldığı ərazilərdən maral ovlamaqdan və yeməkdən çəkinməlidirlər".

Xroniki arıqlama xəstəliyi ilk dəfə amerikalı vəhşi təbiət baytarı Beth S. Williams tərəfindən aşkar edilmişdir. Uilyams naməlum sindromdan ölmüş marallar üzərində araşdırmalar aparıb.[5] 1978-ci ildə o, nevropatoloq Stüart Yanqla birlikdə xəstəliyin adını verən və onu təsvir edən ilk elmi məqalə yazdı.[6]

2023-cü ilə kimi Şimali Amerikada xroniki arıqlama xəstəliyi halları

Xəstəliyin ilkin simptomları yoluxmadan 18-24 ay sonra biruzə verdiyinə görə, əksər halları yetkin heyvanlarda müşahidə olunur; Xəstəliyin klinik əlamətlərini göstərən ən gənc heyvan 15 aylıq idi.[7] Bu xəstəlik həmişə ölümcül olur. İlk əlamətlər hərəkətdə çətinliklərdir. CWD-nin ən bariz və ardıcıl klinik əlaməti zamanla çəki itirmədir. Davranış dəyişiklikləri də əksər hallarda baş verir, o cümlədən digər heyvanlarla qarşılıqlı əlaqənin azalması, laqeydlik, başın aşağı salınması, titrəmə, yerimə dəyişikliyi və əsəbilik. Həddindən artıq tüpürcək axması və dişlərin tökülməsi də müşahidə olunur. Əksər marallar susuma və sidik ifrazının artdığını göstərir; artan tüpürcək də xəstəliyin yayılmasına səbəb ola bilər. İnsanlardan qorxunun itməsi və çaşqınlığın görünüşü də tez-tez rast gəlinir.[8]

CWD-nin səbəbi prion zülalı kimi tanınan normal zülalın səhv dəyişmiş formasıdır və ən çox mərkəzi sinir sistemiperiferik sinir sistemində rast gəlinir. Prion normal zülalı anormal formaya çevirmək qabiliyyətinə malik olduğu və beləliklə, zəncirvari reaksiyaya səbəb olduğu göstərilmişdir. CWD-nin bu mexanizm vasitəsilə ötürüldüyü düşünülür. Bütün bunlar neyrodegenerasiya ilə əlaqələndirilir.[9]

Marallarda aşkarlanan bu simptomlar daha çox Şimalı Amerikada - ABŞ və Kanada [10] və Avropanın şimalında, Skandinaviya ölkələrində müşahidə olunmuşdur.[11]

  1. "Chronic Wasting Disease (CWD)". USDA. APHIS. 2020-06-02. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  2. "Transmission | Chronic Wasting Disease (CWD) | Prion Disease | CDC". www.cdc.gov. 2018-12-03. 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-21.
  3. "Distribution of Chronic Wasting Disease in North America". USGS.gov. 2022-04-01. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  4. "Occurrence | Chronic Wasting Disease (CWD) | Prion Disease | CDC". www.cdc.gov (ingilis). 2019-02-25. 2017-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
  5. Macalady, Alison. "chronic wasting disease". High Country News. 16 February 2004. 29 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2020.
  6. O'Toole, Donal. "Dr. Williams Will Be Missed" (PDF). University of Wyoming. 2022-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-05.
  7. "Chronic wasting disease - What to expect if your animals may be infected". Canadian Food Inspection Agency. 1 April 2019. 5 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2019.
  8. "Minnesota landfill to burn deer carcasses in effort to prevent CWD spread". wctrib.com. 8 October 2019. 9 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2024.
  9. "USGS National Wildlife Health Center - Chronic Wasting Disease FAQ". 19 March 2016. 19 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2016.
  10. Lowrie, Morgan. "Maladie débilitante chronique: le public exposé à des risques". La Presse Canadienne. 31 July 2019. 11 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2023.
  11. "Moose found dead in forest with chronic wasting disease". Evira. 8 March 2018. 24 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.