Xurşid Ağayeva

Xurşid Həsən bəy qızı Ağayeva (7 (20) aprel 1906, Bakı3 dekabr 1953, Bakı) — ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).

Xurşid Ağayeva
Xurşid xanım Həsən bəy qızı Ağayeva
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (47 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşları
Atası Həsən bəy Ağayev
Anası Xədicə Ağayeva
Fəaliyyəti musiqişünas
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943

Xurşid Ağayeva 20 aprel 1906-cı ildə anadan olub.

Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur.

Xurşid Ağayeva 1918–1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.

O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır.

Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.

Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat edib.

  1. "Azərbaycan Gender İnformasiya Mərkəzi - Bacılar". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
  2. ""Amerikanın Səsi" radiosu. Xurşid Abdullayeva: "37-ci ilin qorxusu anamın canında ömrünün axırınadək qalmışdı"". 2013-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]