Xurşid Abdullayeva

Xurşid Lütfəli qızı Abdullayeva (15 sentyabr 1959, Bakı) — klavesin sinfi üzrə Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2007).

Xurşid Abdullayeva
Ümumi məlumatlar
Doğum tarixi (64 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Lütfəli Abdullayev
Anası Sevda Pepinova
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, pedaqoq
Musiqi alətləri fortepiano, klavesin
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2007

Həyatı[redaktə | mənbəni redaktə et]

Xurşid Abdullayeva 15 sentyabr 1959-cu ildə Bakıda anadan olmuşdur. O, 1966–1977-ci illərdə Bülbül adına musiqi məktəbində təhsil almışdır. 1983–1988-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsilini davam etmişdir.[1]

Xurşid Abdullayeva 1989-cu ildə Belorusiyanın Minsk şəhərində professor Arturo Sakettinin (ing.) (Vatikan) və 1992-ci ildə İngiltərədə Kolin Tilneyin (ing.) (Kanada) klavesin üzrə ustad siniflərini başa vurmuşdur. O, 1998-ci ildə Moskva Dövlət Konservatoriyasında dosent İ.Zenaişvilinin sinfində bir illik ali ifaçılıq kurslarını bitirmişdir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Xurşid Abdullayeva 1995-ci ildən Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının müəllimi, 2001-ci ildən isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının direktoru vəzifələrində işləyir. O, Türkiyə, Rusiya, İngiltərə, Belorusiyada konsert proqramları ilə çıxış etmişdir. Bir sıra elmi-tədqiqat işlərinin müəllifidir.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Xurşid Abdullayeva 15 may 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 30 aprel 2014-cü ildə[2], 6 may 2015-ci ildə,[3] 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 10 may 2019-cu ildə[7], 7 may 2020-ci ildə[8], 7 may 2021-ci ildə[9] və 6 may 2023-cü ildə[10] Prezident Mükafatına layiq görülmüşdür.

Nəsil şəcərəsi[redaktə | mənbəni redaktə et]

Xurşid Abdullayeva aktyor, Azərbaycan SSR xalq artisti Lütfəli Abdullayevin və alman dili üzrə mütəxəssis Sevda Pepinovanın qızıdır. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi Əhməd bəy Pepinovun[11] və musiqişünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi Xurşid Ağayevanın nəvəsidir.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Abdullayeva Xurşid Lütfəli qızı" (az.). Bakı Musiqi Akademiyası. 4 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2019.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  5. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  6. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-09.
  7. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  9. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  10. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
  11. "Azərbaycan Gender İnformasiya Mərkəzi - Bacılar". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
  12. "Xurşid Abdullayeva: "37-ci ilin qorxusu anamın canında ömrünün axırınadək qalmışdı"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]