Filmdə ədəbiyyat tariximizdə dərin iz qoymuş şairlərdən olan Xurşidbanu Natəvan haqqında danışılır. Qarabağ ədəbi mühitinin formalaşmasına, inkişafına mühüm təsir göstərən Natəvan xalqımızın milli-mədəni irsinin zəhginləşməsinə də böyük töhfələr vermişdir. Qeyd edilir ki, Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O, rəssamlıqla, tikmə sənəti ilə də məşğul olmuşdur. Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır. Xeyriyyəçi, messenant və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olmuş Xan qızının həyatı, fəaliyyəti filmdə canlanır.
Xurşidbanu Natəvan | |
---|---|
Janr | tarixi |
Rejissor | Vasif Məmmədzadə |
Ssenari müəllifləri | Ənvər Çingizoğlu |
Operator | Elxan Rüstəmov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 3 dekabr 2012, AzTv |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 35 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |