Yaqub Əlioğlu (26 avqust 1956, Soltanlı, Cəbrayıl rayonu – 13 oktyabr 2024) — Yazıçı-jurnalist, teatrşünas, ssenarist, kino redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Kinematoqrafçılar və Teatr Xadimləri İttifaqının üzvü.
Yaqub Əlioğlu 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1974-cü ildə orta məktəbi, 1986-cı ildə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq şöbəsini fərqlənmə diplomu ilə bitirib.
Yaqub Əlioğlu Respublika mətbuatında 1974-cü ildən çap olunub. Müxtəlif forma və mövzulu 1000-dən çox məqalənin müəllifi olub. "Azərbaycantelefilm" YB-də istehsal olunan 150-dən çox sənədli televiziya filminin ssenari müəllifi və 100-dən çox filmin redaktoru olub.
Yaqub Əlioğlu "Qızıl Qələm", "Qızıl Dərviş", "Nailiyyət" mükafatları laureatı idi. O, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində əvvəlcə redaktor, baş redaktorun müavini, 2006–2019-cu illərdə isə baş redaktor vəzifəsində çalışmışdır. Ömrünün son illərində AzTV-də böyük redaktor vəzifəsində çalışıb.
13 oktyabr 2024-cü ildə vəfat edib.[1]
Ailəli idi. İki övladı var.
- Səhnə rampasının sehri
- Özlərini səhnədə görənlər
- Rejissorlarla üz-üzə
- Sənətdə izi olanlar
- Şuşa teatrı[2]
- Sənət çevrəsinin sakinləri
- Güllələnmə (hekayələr toplusu)
- Qu quşunun nəğməsi
- Şamonun rənglər dünyası
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən teatrlarda tamaşaya qoyulmaq üçün alınmışdır.
- Katib Yasin (Əlcəzair) — Aqillik tozu
- Laslo Dyurko (Macarıstan) — Mənim məhəbbətim Elektra
- İvan Vazov (Bolqarıstan) — İsti yer axtaranlar
- Jan Klod Brisvliv (Fransa) — Şam yeməyi
- Ejen İonesko (Fransa) — Keçəl müğənni
- Xaylo Rammo (Estoniya) — Şirin ət əməliyyatı
- Atav Ağayev (Kumik) — Vəzifə stolu
- Şirəli Nurmuradov (Özbəkistan) — Briliyant boyunbağı geniş sinədə
- Vatslav Qavel (Çexiya) — Rəsmi qəbul
- Yeri görünənlər[6] (Ş. Bədəlbəyli)
- Dramaturqlarımızın yaradıcılığından səhifələr[7] (İ. Əfəndiyev)
- Teatr görüşləri[8] (Azərbaycan teatrı – 120)
- Aktyorlar, rollar[9] (L. Səfərova)
- Xatırlananlar[10] (N. Şərifov)
- Aktyorlar və klassiklər[11]
- Teatr görüşləri[12] (Azərbaycan teatrı – 122)
- Teatr və eksperiment[13]
- Bitməmiş söhbət[14] (Ş. Qurbanov)
- Nə müddətdir yol gedirəm[15] (A. Kazımov)
- Sənət sevincləri (Him-cim-2)
- "MONO" tamaşalar festivalı[16]
- Teatr həyatımdır[17] (Ə. Qədirov)
- Aktyorlar, rollar (Y. Qarayev)
- Xatırlananlar (M. Əlizadə)
- Xatırlananlar (S. Dağlı)
- Balet uçuş deməkdir[18] (L. Vəkilova)
- Teatr bir aləmdir[19] (B. Vahabzadə)
- Kənddən məktublar (S. Şiriyev)
- Yüz ilin işığı (A. Gəraybəyli)
- "Dünəndən bu günə"[20] (B. Vahabzadə "Dar ağacı" tamaşasına həsr olunmuş)
- Xatırlananlar (Z. Nemətov)
- Xatırlananlar (rej. V. Abbasov)
- "Təklikdə hamı ilə" (M. F. Axundov)
- "Təklikdə hamı ilə" (Ü. Hacıbəyov)
- "Təklikdə hamı ilə" (N. B. Vəzirov)
- "Təklikdə hamı ilə" (Ə. B. Haqverdiyev)
- "Təklikdə hamı ilə" (M. Cəlil)
- "Təklikdə hamı ilə" (H. Cavid)
- "Təklikdə hamı ilə" (A. Şaiq)
- "Təklikdə hamı ilə" (N. Nərimanov)
- "Təklikdə hamı ilə" (S. S. Axundov)
- "Sənətkar ömrü" (H. Mirzəyev)
- "Şuşa" (2000)
- "Professor Pənah Xəlilov"[21] (2001)
- "Çay daşı"[22] (Qərib Sultanov) (2001)
- "Bir qəlbin iki dastanı"[23] (Maqsud Məmmədov və Rəfiqə Axundova) (2001)
- "Usta Rəşid"[24] (2001)
- "Qədir Rüstəmov"[25] (2001)
- "Ağdamlı günlərimiz"[26] (2001)
- "Haradasan, Mübübət?"[27] (Mübubət Məmmədova) (2002)
- "Mənsuriyyə sorağında"[28] (Yaqub Məmmədov) (2002)
- "Əsrin şahidi" (2002)
- "Nehrəmli qız"[29] (Zəroş Həmzəyeva) (2002)
- "Boradigah" (2002)
- "İsrafil müəllim"[30] (İsrafil Məmmədov) (2003)
- "Oxuyan ürəkdi" (Tükəzban İsmayılova) (2003)
- "Firəngiz Əhmədova"[31] (2003)
- "Naxçıvan muzeyləri"[32] (2003)
- "Tərəkəmə" (2003)
- "Xalqım mənim" (2003)
- "Qayıdış xalçası" (2003)
- "Mariya" (2004)
- "Naxçıvanskilər"[33] (2004)
- "Ömür qatarı"[34] (Yaşar Səfərov) (2004)
- "İsmayıl bəy Qutqaşınlı"[35] (2004)
- "Seyid Nigari"[36] (2004)
- "Dəfçalan" (2005)
- "Kənddən məktublar" (2005)
- "Dirijor" (Nəriman Əzimov) (2005)
- "Şair haqqında ballada"[37] (Tofiq Bayram) (2005)
- "Üçüncü zəng" (Tofiq Kazımov) (2006)
- "Hökm icra olunmuşdur"[38] (Firidun bəy Köçərli) (2006)
- "Şəki teatrında"[39] (2006)
- "Xəzər gəmiçiliyi" (2006)
- "Əsrin aynası" (2006)
- "Mən kiməm?"[40] (Fikrət Qoca) (2006)
- "Sənətdə keçən ömür" (Adil İsgəndərov) (2006)
- "Çingiz Sadıxov" (2006)
- "Saz haqqı"[41] (2007)
- "Əziz Əliyev: – Olduğu kimi"[42] (2007)
- "Soyqırım: yeni səhifələr"[43] (2007)
- "Qüdsi" (Abbasqulu ağa Bakıxanov) (2007)
- "Ömür urası" (Sabir Əhmədli) (2007)
- "Ömür nəğməsi"[44] (Ramiz Mirişli) (2007)
- "Salnaməçi"[45] (Qulam Məmmədli) (2008)
- "Möcüzələr adasının sakini" (Həsən Seyidbəyli) (2008)
- "Akademik Zahid Xəlilov" (2008)
- "Qafqaz İslam Ordusu"[46] (2008)
- "Mən şahidəm" (Qılman İlkin) (2008)
- "Bir şəhərin tarixçəsi" (2009)
- "Bəstəkar Oqtay Rəcəbov" (2009)
- "Yaqut Abdullayeva"[47] (2009)
- "Bir ömrün salnaməsi"[48] (Kamran Hüseynov) (2009)
- "Akademik Bəkir Nəbiyev" (2010)
- "Bədəlbəylilər"[49] (2010)
- "Akademik Ziyad Səmədzadə" (2010)
- "Yada sal məni" (Quli Əsgərov) (2010)
- "Sabahın elçisi" (Mirzə Fətəli Axundov) (2010)
- "Deyilənlər gəldi başa" (Yusif Səmədoğlu) (2010)
- "Tarixin izi ilə… Yaqub Mahmudov" (2010)
- "Tariximizin keşiyində" (Prezident İlham Əliyev) (2011)
- "İki sahil" – 20 il (2011)
- "Gələcək günün adamı…"[50] (Mirzə İbrahimov) (2011)
- "Tahir Salahov"[51] (2011)
- "Əkizlər"[52] (Ziyad və Atılxan Məmmədovlar) (2012)
- "Xarakterlər ustası… Məlik Dadaşov"[53] (2012)
- "Sənətdə izi və sözü olan: Ağadadaş Qurbanov" (2012)
- "Şuşa-Pənahabad"[54] (2012)
- "Gün keçdi"[55] (Emin Sabitoğlu) (2012)
- "Kinomuzun İsmayılı" (Ceyhun Mirzəyev) (2012)
- "İrəvan Xanlığı"[56] (2012)
- "Kinolentdə imzası: Həbib İsmayılov" (2012)
- "Kinoda işıqlı sima: İsmayıl Əfəndiyev"[57] (2012)
- "Həmişə səfərdə olan: Bəşir Səfəroğlu" (2012)
- "Sənət karvanının Sarvanı: Həsən Turabov" (2012)
- "Qəribə taleli aktyorun sənət dünyası" (Əfrasiyab Məmmədov) (2013)
- "Sevgi bəstəkarı: Rauf Hacıyev"[58] (2013)
- "Dahi Azərbaycanlı" (Heydər Əliyev – 90 il) (2013)
- "Sənətin pərvanəsi: Lütfi Məmmədbəyov" (2013)
- "Aşırımları dəf edən: Kamil Rüstəmbəyov" (2013)
- "Sənətin parlaq ulduzu" (Hökümə Qurbanova) (2013)
- "Sən kimsən?" (Ramiz Məlik) (2013)
- "Yarım əsr Yaxın Şərqdə: Elman Araslı"[59] (2013)
- "Qayıt Riad"[60] (Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov) (2013)
- "Nur şəhəri" (2013)
- "Kino tariximizdə imzası"(Ağarza Quliyev) (2013)
- "Zirvələri fəth edən sənətkar: Mehdi Məmmədov" (2013)
- "Müqəddəs amalın keşiyində" (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılmasının 15 illiyinə həsr olunub) (2013)
- "Qarabulaq – Füzuli" (2013)
- "Palıd ömrü: N. B. Vəzirov"[61][62] (2014)
- "Taleyimdən keçən illər" (Ənvər Həsənov) (2014)
- "Bu dünya Nərdivandı: Nəriman Həsənzadə"[63] (2014)
- "Kadrlarda yaşanan ömür" (Tələt Rəhmanov) (2014)
- "Gülüş fenomeni: Sabit Rəhman" (2014)
- "Əsrim, taleyim mənim"[64] (Zeynal Xəlil) (2014)
- "Sənətin sönməyən ulduzu" (İsmayıl Osmanlı) (2014)
- "Çinara bənzəyən insan"[65] (Validə Tutayuq) (2014)
- "Tarın Sadıqcan zirvəsi"[66] (2014)
- "Ekranın cazibəli aktyoru"[67] (Müxlis Cənizadə) (2014)
- "Olumla ölüm arasındakı ömür" (Hamlet Qurbanov) (2015)
- "Həmişəyaşar sənətkar…" (Əli Zeynalov) (2015)
- "Ustad" (Adil İskəndərov) (2015)
- "Akademik Asəf Nadirov" (2015)
- "Zaman sərhədi tanımayan sənətkar" (SSRİ Xalq artisti Ələsgər Ələkbərov) (2015)
- "Həyat, sən kiminsən?"[68] (Əbdülağa Cavadov) (2015)
- "Bəstəkar Firəngiz Əlizadə"[69] (2015)
- "Sənətin fədaisi" (Ağasadıq Gəraybəyli) (2015)
- "Bir şeir bulağıydım: Hüseyn Kürdoğlu"[70] (2015)
- "Akademik Arif Mehdiyev"[71] (2015)
- "Təbəssüm dolu portret: Ağahüseyn Cavadov"[72] (2015)
- "Payız nağılı" (2016)
- "Romantik təbiətli sənətkar: Həsənağa Salayev" (2016)
- "Zamanla yaşayan sənətkar: Cahangir Zeynalov"[73] (2016)
- "Bitkin obrazlar ustası" (2016)
- "Sənətin Məcnunu: Hüseynqulu Sarabski"[74] (2016)
- "Cəbiş müəllim onu yaşadır" (Süleyman Ələsgərov) (2017)
- "Həyat elə qısadırki" (İmran Qasımov) (2017)
- "Təbiətlə danışan adam: Akademik Həsən Əliyev"[75] (2017)
- "Sirli dünyanın nağılçısı"[76] (Hüseynağa Sadıqov) (2017)
- "Bu sevda ölüncədi" (Qəzənfər Paşayev) (2017)
- "Fədakarlığın zirvəsi[77]" (Telman Kazımov) (2017)
- "Erməni təcavüzünün qanlı səhifələri" (2017)
- "Zirvəyə gedən yol" (Muxtar Dadaşov) (2017)
- "Adı məxfi qalsın[78]" (Kərim Kərimov) (2017)
- "Zamanın seçdiyi siyasətçi" (2018)
- "Ömrün olimp Zirvəsi Ağacan Əbiyev"[79] (2018)
- "Müstəqillik mücadiləsi"[80] (2018)
- "Bir göz qırpımlıq ömür" (Vəfa Fətullayeva) (2018)
- "Vəhdətin ahəngdarlığı"[81] (Akademik Əşrəf Hüseynov) (2018)
- "Gülüşdən yoğrulan ömür" (Nəsibə Zeynalova) (2018)
- "Zorən köçürülmə"[82] (2018)
- "Ciddi və səmimi aktyor" (Həsən Məmmədov) (2018)
- "Sənətdə izi olan" (Məmmədkamal Kazımov) (2018)
- "Səsi onu yaşadacaq" (İlham Əsgərov) (2018)
- "Əbədi yolun yolçusu"[83] (Nurəngiz Gün) (2018)
- "Xatirələr işığında düşüncələr"[84] (Memar Rasim Əliyev) (2019)
- "Qəlb şairi"[85] (Zeynal Cabbarzadə) (2019)
- "Möhtəşəm obrazlar ustası: Mərziyyə Davudova" (2019)
- "Dövlət Müstəqilliyinin Keşiyində[86]" (DTX - 100 il) (2019)
- "Bizim Universitet"[87] (BDU – 100 il) (2019)
- "Polad magistral"[88] (2020)
- "Dönüş"[89] (Şuşa Dövlət Musiqili Dram teatrına həsr olunub) (2021)
- "Sabahın Zabitləri"[90] (2021)
- "Qayıdış İşığı"[91] b/t (2021)
- "Canqurtaranlar"[92] (Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının fövqəladə vəziyyətlərdə göstərdikləri fədakarlığa həsr olunub) (2023)