Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyası

Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyası (başq. Х.Әхмәтов исемендәге Башҡорт дәүләт филармонияһы) — Başqırdıstan Respublikasının Ufa şəhərində konsert kompleksi. Filarmoniya Bəstəkar Xusayin Faizulloviç Axmetovun adını daşıyır.

Xusayin Axmetov adına Başqırd Dövlət Filarmoniyası
başq. Х.Әхмәтов исемендәге Башҡорт дәүләт филармонияһы
Ufa şəfərində Filarmoniyanın binası
Ufa şəfərində Filarmoniyanın binası
Yerləşməsi
54°43′42″ şm. e. 55°56′22″ ş. u.
Ölkə Rusiya Rusiya
Başqırdıstan
Yerləşir Ufa şəhəri
Ünvan Ufa şəhəri Qoqol küçəsi, ev 58
Tarixi
Əsası qoyulub 20 yanvar 1939
Filarmoniya binası
Memarlıq üslubu neoklassisizm, modernizm, neo-rus
Memar Bujdan
Tikilib 1910–1912
Təmir olunub 1939, 1950
Heyət
Direktor Aydar Xızbulloviç Zubaidullin
Digər məlumatlar
Sayt bashgf.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filarmoniyanın tarixi[redaktə | mənbəni redaktə et]

Filarmoniya Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 20 yanvar 1939-cu il tarixli fərmanı ilə açılmışdır. Filarmoniyanın yaradılmasının rəsmi məqsədi Başqırd Muxtar Sovet Sosialist Respublikası əhalisinin səhnə, musiqi və xoreoqrafiya sənətlərinə olan ehtiyaclarının formalaşması və ödənilməsi idi. Filarmoniya cəmiyyətə Rus və Avropa musiqi və ədəbi klassiklərinin təbliğinə, Başqırd Muxtar Sovet Sosialist Respublikası əhalisinin musiqisinin, xalq yaradıcılığının və çağdaş bəstəkar və yazıçıların əsərlərinin inkişafına təkan vermək məqsədilə yaradılmışdı.

1930-1940-cı illərdə Başqırdıstan Dövlət Filarmoniyasının yaranması Diana Nurmuxametova, Xabir Qalimov, Banu Valiyeva, Qabdraxman Xabibullin kimi adlarla yaxından əlaqəlidir. Filarmoniyanın çiçəkləndiyi dövrdə Fəridə Kudaşeva, Maqfira Qaleyeva, Bəxti Qaysin, İlfak Smakov, Süleyman Abdullin, Ramazan Yanbekov kimi estrada ulduzları mahnı ifa etmişdilər. Filarmoniyada müxtəlif ansambllar - Fayzi Qaskarov adına Xalq Rəqsləri Ansamblı, musiqili və ədəbi mühazirə salonu, xor və kuraistlər ansamblı, iki orkestr, operetta və sirk qrupu yaradıcılığını inkişaf etdirmişdir.

1948-ci ildə 1986-cı ildə Alman firmasının "Sauer" orqanının qurulduğu Konsert Zalı (indiki Kiçik Zal) açılmışdır.

1970-ci ildə Filarmoniya Cəmiyyəti yeni yaradıcı kollektiv - Dövlət Xor Kapellası (bədii rəhbər - Tahir Sayfullin) ilə zənginləşdirildi. Sonradan mədəniyyət ocağı Akademik adını aldı. Svyatoslav Rixter, Daniil Şafran, Andrey Korsakov, Borodin adına kvartet, Oleq Yançenko, Naum Latinski, Tatyana Qrindenko kimi məşhur ifaçılar Filarmoniyada çıxış etmişdilər.

1984-cü ildə Başqırdıstan Dövlət Filarmoniyasının Böyük Zalı açıldı.

1980-ci illərdə filarmoniyada caz dövrü başladı. Belə ki, saksafonçu Marat Yıldızyayevin rəhbərlik etdiyi "Dustar" (Dostlar) yaradıcı caz qrupu tərəfindən filarmoniyada müntəzəm konsertlər baş tuturdu. Daha sonra Ufa cazı Oleq Kireyevin yaradıcılığı ilə inkişaf etdi. 1998-ci ildə Filarmoniyada Başqırd Dövlət Filarmoniyasının pop-caz orkestri yaradıldı. Orkestrin rəhbəri əvvəlcə Qeorqi Markorov idi, sonra isə onu Oleq Kasimov əvəz etdi.

Müasir dövr[redaktə | mənbəni redaktə et]

Filarmoniyanın səhnəsində müntəzəm olaraq Flyura Kildiyarova, İdris Qaziev, Nazifa Kadırova, Vaxit Xizirov, Fadis Qaniev, Rimma Amanqildina, Lilia İşemyarova, Calaldindinov Vakil Akharoviç, akkompaniyatr Kudaşev Rustemura Radistikov Lilia Qarifullovna ilə, orqan ifaçısı Vladislav Murtazin çıxış edirlər. Başqırd musiqi mədəniyyəti orijinal şəkildə filarmoniya səhnəsində "Yadkar", "Carvanseray", "Dalan", "İxlas" pop qrupları tərəfindən təbliğ olunur. Yumoristik "Kızık-Mazak" kollektivi uğurla çıxış edir. Gənclərin Milli Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər - Başqırdıstan Respublikasının Xalq artisti Ramil Qaizullin) da filarmoniyada çıxışlarla tamaşaçıların görüşünə gəlir. Filarmoniyada Yaxina və Anisa Altınemerovna şeirlər oxuyurlar.

Başqırdıstan Dövlət Filarmoniyasının Böyük Zalında - Beynəlxalq Kamera və Simfonik Musiqi Festivalı, Beynəlxalq "Çəhrayı Pantera" Caz Festivalı müxtəlif musiqi tədbirləri keçirilir. Böyük Zalın səhnəsində Rusiya Milli Filarmoniya Orkestri və “Moskva Virtuosi” Dövlət Kamera Orkestri, “Yeni Rusiya” Dövlət Simfonik Orkestri, “Moskva Solistləri” Kamera Orkestri, solistlər Dmitri Xvorostovski, Denis Matsuyev, Kont Murza müntəzəm konsertlər verirlər.

Filarmoniyanın binası[redaktə | mənbəni redaktə et]

Harmonik memarlıq kompleksi olan Başqırdıstan Dövlət Filarmoniyasının binası Ufa şəhərinin memarlıq inciləri sırasındadır.[1] Binada iki konsert salonu var: 300 yerlik Kiçik (Orqan) salon (memar Aleksandr Favorski) və 633 yerlik Böyük zal. İlkin dövrlər Ufa şəhərindəki Qoqol küçəsi 58-də (əvvəlki adı Xanıkovskaya küçəsi 54) Filarmoniyanın yerində, XIX əsrin sonunda inşa edilmiş taxtadan sinaqoq var idi. XX əsrin ikinci onilliyinin ortalarında, bir çox yəhudi ailəsinin məskunlaşdığı Qoqol küçəsində, keçmiş taxta sinaqoq binasından ibarət, məhəllədaxili kompleks meydana gəldi. Burada yəhudi məktəbi də açılmışdı. XX əsrin əvvəllərində taxta sinaqoqun yerində daş sinaqoqun tikilməsinə qərar verilmışdi. İki mərtəbəli yeni daş sinaqoq binasının tikilməsi üçün lazımi vəsait belə toplanmışdı. 1915-ci ilədək inşaat bitdi və müasir bina inşa edildi. Binanın dizaynı və inşası Həştərxandan Ufaya köçmüş memar Bujdan tərəfindən həyata keçirilmişdir. Memarlıqda neoklassisizm, modernizm və neo-rus üslubları birləşdirildi. Sinaqoq 1930-cu ildə bağlandı. Bina NKVD-yə verildi. O, yenidən quruldu və əhəmiyyətli dərəcədə genişləndirildi, burada Ufa NKVD-nin liderlərindən biri olan M.S.Poqrebinski adına klub yerləşdi.

1939-cu ildə yenidən qurulmuş sinaqoq binası Rus Dram Teatrı tərəfindən ələ "keçirildi". Kiçik zal müharibədən sonra binaya əlavə edildi. İnşaatda Alman əsirləri iştirak etmişdir.[2] Teatr Lenin meydanında yeni bir binaya köçdükdən sonra Başqırd Dövlət Filarmoniyası buraya yerləşdi və bu günə qədər binada qalır.

Filarmoniyanın kollektivləri[redaktə | mənbəni redaktə et]

  • Başqırdıstan Respublikasının Xalq Çalğı Alətləri Orkestri. 2001-ci ilin martında yaradılıb. Orkestrin qurucusu və bədii rəhbəri Başqırdıstan Respublikasının xalq artisti, ümumrusiya və beynəlxalq müsabiqələr laureatı, Rusiyanın əməkdar artisti Ramil Qaizullindir.
  • "KARAVANSARAY" folklor və estrada qrupu.
  • Musiqi və ədəbi mühazirə salonu (1941-ci ilin qışında ədəbiyyat və sənət mühazirə salonunun açılması Başqırd Muxtar Sovet Sosialist Respublikasının mədəni və siyasi həyatında əlamətdar bir hadisə idi).
  • "DALAN" folklor və estrada qrupu. 2000-ci ildə Başqırdıstan Respublikasının əməkdar artisti Artur Tuktaqulovun təşəbbüsü ilə yaradılıb.
  • Estrada və caz orkestri. 1998-ci ildə cazmen Oleq Kireyev və müğənni Rinat Baimovun təşəbbüsü ilə Başqırdıstan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmışdır.
  • Başqırdıstan Respublikasının Dövlət Akademik Xor Kapellası
  • "Qızık və Mazak" estrada-yumoristik qrupu

Başqırd Dövlət Filarmoniyasnın direktoru - Aydar Xızbulloviç Zubaidullindir (2015-ci ilin aprel ayından).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Синагога уфимская ПОСРЕДИ РОССИИ — posredi.ru Интернет-журнал о тех, кто живет посреди России / Новости события комментарии мнения факты анализ прогноз". 2016-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
  2. "«Уфимские Ведомости» :: Еженедельная рекламно-информационная газета". 2015-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]