Yılmaz Tunç (1 fevral 1971, Ulus, Bartın vilayəti) — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26 və 27-ci çağırış deputatı (2007–2023), Türkiyə ədliyyə naziri (4 iyun 2023-cü ildən).
Yılmaz Tunç | |
---|---|
| |
7 iyul 2018 – 14 may 2023 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1971 (53 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. İstanbul Universiteti Sosial Elmlər İnstitutunun Maliyyə Hüququ Bölməsində magistr təhsilini tamamlayıb. Sərbəst hüquqşünas və İstanbul Vəkillər Kollegiyasının CMK (Ceza Muhakemesi Kanunu) xidmətinin əməkdaşı kimi çalışıb. 16 il Türkiyə Böyük Millət Məclisi Ədliyyə Komissiyasının üzvü, sözçüsü və sədr müavini vəzifələrində çalışdıqdan sonra 2020–2022-ci illər arasında Ədliyyə Komissiyasının sədri olub. O, 2022–2023-cü illərdə Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası Qrupunun sədr müavini vəzifəsində çalışıb.[1][2]
Ailəlidir və üç övladı var.[1]
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |