Yəhya Cammeh

Yəhya Cammeh (ing. Yahya Abdul-Aziz Jammeh) — Qambiya Respublikasının ikinci prezidenti, Qambiyalı dövlət xadimi. Cammeh 1994-cü ildən 2017-ci ilə qədər Qambiyanın rəhbəri vəzifəsini icra etmişdir. 2017-ci ildə keçirilən prezident seçkilərində rəqibinə məğlub olduqdan sonra öz postunu tərk etmək istəməməsi səbəbindən ölkədə siyasi böhran baş verib. 2017-ci ilin 21 yanvar tarixində Yəhya Cammeh öz vəzifəsindən seçkilərdə məğlub olduğu adama Barrounun xeyrinə imtina etdiyi açıqlayaraq ölkəni təyyarə ilə tərk etmişdir.

Yəhya Cammeh
ing. Yahya Abdul-Aziz Jammeh
22 iyul 1994 – 21 yanvar 2017
ƏvvəlkiDavda Javara
SonrakıAdama Barrou
Şəxsi məlumatlar
Doğum adı Yahya Abdul-Aziz Jemus Junkung Jammeh
Doğum tarixi (59 yaş)
Doğum yeri Kanilai, Qambiya Qambiya
Fəaliyyəti siyasətçi, zabit
Həyat yoldaşı Zeynəb Cammeh
Dini sünni islam
Rütbəsi polkovnik
statehouse.gm/president.…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsil adı (ing. Abdul-Aziz Jemus Junkung Jammeh) olan Yəhya Cammeh 1965-ci ilin 25 may tarixində Qambiyanın kiçik Kanilai kəndində anadan olmuşdur. Dialo etnik qrupuna mənsub olan ailəsi ölkənin tək qonşu dövləti olan Seneqaldan köç etmişdir. Cammeh təhsil aldığı dövrdə təhsilini yarımcıq qoyaraq Qambiya ordusuna qoşulur. Əvvəlcə Qambiya Milli Ordusunda, daha sonra isə Qambiya Milli Jandarmasında xidmət keçir. Orduda olduğu müddətdə hərbi təhsil alması üçün Amerika Birləşmiş Ştatlarına göndərilir. 1989-cu ilin dekabr ayında Qambiyanın ilk prezidenti olmuş Davda Javaranın təhlükəsizlik xidmətində işə başlayır. Cammeh hərbçi Qambiya Milli Ordusunun tərkibində Liberiyada baş vermiş böhrana qarşı buraya göndərilmiş və eyni zamanda təkrarən ABŞTürkiyədə keçirilən təlimlərdə iştirak etmişdir.

1994-cü ildə leytenant rütbəsində olduğu zaman ölkənin polis təşkilatı ilə birlikdə Qambiyanın ilk prezidentinə qarşı üsyan hərəkatını başlatmışdır. Ölkədə fövqalədə vəziyyət elan edən Cammeh yeni prezident seçkilərinə qədər bu vəziyyətin qalacağını bəyan etmişdir. İlk öncə fövqalədə vəziyyətin 1998-ci ilə qədər qalacağı bəyan edilsədə, 1996-cı ildə özünün ilk dəfə prezident seçilməsi ilə Qambiyada yaradılmış fövqalədə vəziyyət rejimi ləğv edilmişdir. Yəhya Cammeh prezident seçildikdən sonra ölkə ordusunda olan fəaliyyətlərinə də son qoymuşdur.

2001-ci ildə keçirilən növbəti prezident seçkiləri zamanı Cammeh 53% səslə növbəti dəfə prezident seçilmişdir. 2006-cı ildə Mavritaniyada səfərdə olarkən ölkədə ona qarşı çevrilişin baş verəcəyi xəbərini alan Cammeh təcili şəkildə ölkəsinə qayıtmış və ona qarşı çeviriliş etməkdə günahlandırılan ordu generalı Ndure Çam qonşu ölkəyə Seneqala qaçmışdır. 2006-cı ildə ölkə prezidenti Yəhya Cammehə qarşı çevrilişdə ittiham olunan 10 hərbçi üçün keçirilmiş məhkəmə prosesi zamanı 4 nəfər ömürlük həbsə məhkum olunmuşdur.

2006-cı ildə keçirilən seçkilərdə 67,3% səslə, 2011-ci ildə keçirilən seçkilərdə isə 72% səslə qalib gələn Yəhya Cammeh II və III dönəm üçün ölkə prezidenti seçilmişdir. 2015-ci ildə çıxışlarının birində Qambiyanın islam dövləti olacağını elan etmişdir.

2016-cı ilin 1 dekabr tarixində keçirilən növbəti prezident seçkiləri zaman müxalif təşkilatların vahid namizədi Adama Barrou qalib gəlmişdir. Yəhya Cammeh keçirdiyi mətbuat konfransda seçkilərin nəticələrini tanıdığını elan etsədə, 2016-cı ilin 9 dekabr tarixindəki çıxışında keçirilən seçkiləri tanımadığını və yeni bir seçkinin keçirilməsini tələb etdiyini bildirmişdir.

Qambiya prezidentinin 2014-cü ilin avqust ayında Amerika Birləşmiş Ştatlarına etdiyi rəsmi səfər zamanı çəkilmiş şəkil. (Barak Obama, Yəhya Cammeh, Zeynəb Cammeh və Mişel Obama).

Müxalif təşkilatların lideri olan Adama Barrou Cammehin öz vəzifəsini tərk etməməsinin ardından Seneqala getmişdir. Cammeh öz səlahiyyətlərindən istifadə edərək ölkədə fövqalədə vəziyyət rejimi elan etmişdir. Fövqalədə vəziyyət ilə bağlı qərar ölkə parlamenti tərəfindən təsdiqlənmişdir. Qərbi Afrika dövlətləri xüsusi ilə Seneqal və Nigeriya Qambiyada baş verən siyasi böhranı yaxından izləməkdə idi. Seneqal və Nigeriya Yəhya Cammehin xalqın iradəsinə uyğun olaraq öz vəzifəsindən getməyə çağırmışdır. Qərbi Afrika dövlətlərinin zirvə toplantısında 2017-ci ilin 19 yanvar tarixinə qədər Qambiyada Yəhya Cammehin öz vəzifəsindən getməyəcəyi təqdirdə ölkəyə hərbi müdaxilənin edilməsi məsələsi müzakirə olunmuşdur. Afrika Birliyi verdiyi açıqlamada Cammehin növbəti dəfə ölkə prezidenti kimi tanınmayacağını elan etmişdir.

Yəhya Cammeh ona qarşı edilən bütün təziqlərə baxmayaraq öz vəzifəsindən imtina etməyəcəyini bəyan etmiş və yeni bir seçkinin keçirlməsini tələb etmişdir. 19 yanvar tarixinə qədər Cammehin öz postundan getməməsi və ona verilən möhlətin bitməsi səbəbindən Seneqal ordusuna məxsus hərbi maşınlar və hərbçilər Seneqal-Qambiya sərhəddinə toplanmışdır. Nigeriyada öz növbəsində Qambiyanın sahil hövzələrinə öz gəmisini göndərmişdir.

Qambiyanın yeni seçilmiş prezidenti Barrou 2017-ci ilin 20 yanvar tarixində özünün şəxsi sosial mediya hesablarından etdiyi çıxışında Cammehin öz postunu dinc yolla buraxmağa hazır olduğunu bəyan etmişdir. Cammeh bu bəyanatdan bir gün sonra dövlət televiziyasında etdiyi çıxışında bir damla qanın belə tökülməsinə ehtiyacın olmadığını bəyan edərək, həmin gün Qvineyaya səfər edən Qivineya prezidenti Alfa Konde ilə birlikdə Qambiyanı tərk etmişdir.