Yəhya Paşazadə (tam adı : Paşayev Yəhya İsfəndiyar oğlu; 1955,Ağcabədi) — şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "525-ci qəzet"in xüsusi müxbiri.[1]
Yəhya Paşazadə | |
---|---|
Paşayev Yəhya İsfəndiyar oğlu | |
Doğum yeri | Ağcabədi, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
İxtisası | filologiya |
Fəaliyyəti | şair,publisist |
Əsərlərinin dili | Azərbaycan dili |
12 mart 1955-ci ildə Ağcabədi şəhərində anadan olub.Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirib.1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Əvvəllər partiya–sovet orqanlarında, ADPU Şuşa filialinda çalışıb,1998-ci ildən "525-ci qəzet"in xüsusi müxbiri vəzifəsində çalışır.2001-ci ildən Azərbayca Yazıçılar Birliyinin üzvüdür.2013-cü ildə Prezident təqaüdünə layiq görülüb. 2018-ci ildə AYB-nin təşkil etdiyi "Uluslararası misra yarışı"nın qalibi olub.
Uşaq yaşlarından şeir yaradıcılgı ilə məşğuldur."Çölllərimizdə”adlı ilk şeiri 1970-ci ildə “Sürət” qəzetində işıq üzü görüb. Respublika mətbuatında şeir və məqalələrlə müntəzəm çıxış edir. Əsərləri “Ulduz”, "Kirpi”, ”Azərbaycan”, ”Multikulturalizm” jurnallarında ,”525-ci qəzet”,”Ədalət”,”Kaspi”,”Aran” və s.qəzetlərdə çap olunub. Y.Paşazadənin elmi fəaliyyəti də vardır : "Şah qapısı sirrini açır", "Bir sözün izi ilə", "Talesiz şair","Qalatəpənin sirri açılacaqmı?" adlı məqalələri "Aran" və "525-ci qəzet"də,"Adlar da doğulur" məqaləsi isə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi münasibəti ilə nəşr olunan yubiley toplusunda dərc edilib [2]. Şairin sözlərinə bəstəkar Məhbubə Bəşirqızı "Ağcabədinin" mahnısını bəstələyib.
Yəhya Paşazadənin yaradıcılığına dair,
Yəhya Paşazadənin kitabı barəsində,Əbülfət MƏDƏTOĞLU ,"Ədalət",25 iyun 2014,Səh.,6.