Yəzdanizm (kürd. Yezdanîtî) — Yezidilərin inandığı, İslam dini ilə geniş əlaqəsi olmayan əsasən İraq və Suriya kimi ərazilərdə ardıcıllarının olduğu din. Yəzdanizm sözünün kökü Avesta dilində olan Yazata sözündən yarandığı ehtimal edilir. Sözün kürd dilində olan qarşılığı sitayiş edilməyə dəyər mənasını verir. Yəzdanizm dinin konkret yaranmağa tarixi məlum deyil. Dinin müasir halının VIII–XII əsr aralığında İraqda yaşayan kürd tayfaların arasında yarandığı təxmin edilir. Yəzdanizmə inan yezidilər isə onların ardıcılı olduqları dinin qədim tarixə malik olduğunu və tarixin Qədim Mesopotamiya dininin yarandığı dövrdə qədər uzandığını iddia edirlər. Yəzdanizmdə konkret dini ədəbiyyat yoxdur. Bunun əsas səbəbi dinin daşıyıcısı olan şəxslərin ritual və əfsanələri nəsildən-nəsilə şifahi şəkildə ötürməsi olmuşdur.
Yəzdanizm dini mövcud olduğu dövrdən etibarən, səmavi dinlər və əsasəndə İslam dinin ardıcılları tərəfindən mənfi qarşılanmışdır. Bunun əsas səbəbi isə yezidilərin Mələk Tavus adını verdikləri və səmavi dinlərdə şeytan olaraq təsvir edilən varlığa inanmalarıdır. Yezidilərə görə əsas tanrı Azdadır. Azda xoş niyyətli olduğundan ona ibadət edib günahların bağışanılması üçün dua edilməsinə gərək yoxdur. Dualar və bağışlanılmaqla bağlı istəklər Mələk Tavus üçün edilir. Duaların və istəklərin Mələk Tavus üçün edilməsinin əsas səbəbi isə insanların cəzalandırılması prosesində əsas söz sahibinin bu məlak olmasıdır. Yəzdanizm dininin çox sərt qaydaları mövcuddur. Dini mətnlərin, yezidi olmayan bir şəxs tərəfindən oxunması və ya yayılması qadağandır. Bir şəxs sonradan yezidi ola bilməz. Bu din insanlara nəsildən nəsilə ötürülür və bir şəxsin sonradan bu dindən imtina edərək çıxmasının cəzası ölümdür.
Yezidilər üçün əsas müqəddəs məkan və eyni zamanda bir həcc mərkəzi olan Laliş məbədidir. Bu məbəddə yəzdanizm dinin əsas fikir sahiblərindən biri olan Şeyx Adi bin Müsafirin məzarı yerləşir. Yezidilər hər ilin bəlli günlərində bura həcc ziyarətləri həyata keçirirlər. Bu gün dünyada 800.000 civarında yezidinin yaşadığı təxmin edilir. Yezidilərin 650.000[1] min nəfəri İraq, 50.000[2][3] min nəfəri Suriya ərazilərində yaşayır. Ermənistan ərazisində 35.000[4] minlik, Gürcüstanda isə 20.000[5] min nəfərə yaxın yezidi kürdünün yaşadığı məlumdur. Ümumən Qafqazda yaşayan kürdlərin böyük bir qismi yəzdanizm inancına sahibdirlər. Yezidilərin yaşadığı ənənəvi çoğrafi bölgələrlə yanaşı, xarici ölkələrdə yaşayan kürdlərin formalaşdırdığı yezidi-kürd toplumlarıda mövcuddur. Bunlardan Almaniyada sayları 60.000[6] nəfərə yaxınlaşan yezidi icmasını misal göstərmək olar. Rusiyada isə 40.000[7] dən çox yezidinin yaşadığı məlumdur.