Yağçiçəyi

Yağçiçəyi (lat. Camelina) — kələmkimilər fəsiləsinin ot cinsinə aid bitki növü.

Yağçiçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yağçiçəyindən alınan yağ texniki məqsədlər üçün istifadə edilir. Sənayenin lak-boya, sabunbişirmə və s. sahələrində istifadə edilir. Onun qidalılıq dəyəri o qədər də yüksək deyildir. Lakin, bəzi yerlərdə əhali yağçiçəyi yağını yüksək qiymətləndirərək istifadə edir. Yağçiçəyindən alınan jmıx qüvvəli yem kimi istifadə olunur. Yağçiçəyindən əldə olunan jmıxın 100 kq-da 115 yem vahidi vardır. Jmıxın 1 kq-da 270 qr. həzm olunan protein vardır. Vegetasiya müddəti qısa olduğu üçün şaxta vurmuş payızlıq bitkilərin yerində təkrar səpin aparmaq, seyrəkliyi aradan qaldırmaq üçün, bəzi rayonlarda isə kövşənlik əkinlərdə istifadə oluna bilər.[2]

Botaniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Mədəni şəkildə yağçiçəyinin iki növünə rast gəlinir: 1) Yazlıq yağçiçəyi (Camelina sativa Crantz), 2) Payızlıq yağçiçəyi (Camelina silvestris Waller). Yazlıq yağçiçəyi daha geniş yayılmışdır. Hündürlüyü 80 sm-ə qədər olan birillik bitkidir. Gövdəsi nazik, budaqlanandır. Yarpaqları lansetşəkilli, gödək saplaqlı demək olar ki, oturaq, kənarları zəif dişlidir. Çiçək qrupu salxım, çiçəkləri xırda, sarımtıl rənglidir. Meyvəsi armudşəkilli, qınlı qutucuqdur. Yetişdikdə iki hissəyə ayrılır. Toxumları xırdadır. Uzadılmış ovalşəkilli, qəhvəyi-qırmızı rənglidir. 1000 toxumunun kütləsi 1,0-1,5 qr-dır (rəngli şəkil 19). Toxumunun tərkibində 26-46%-ə qədər yağ olur.[2]

Yazlıq yağçiçəyi əsasən qərbi və şərqi Sibirdə, Bolqarıstanda, VolqaboyundaQazaxıstanda geniş yayılmışdır. Payızlıq yağçiçəyi də Volqaboyunda az miqdarda becərilir ki, onun məhsuldarlığı yazlıq yağçiçəyindən yüksək olur. Yağçiçəyi hektardan 6-8 sent, yüksək aqrotexniki şəraitdə isə 10-12 sent toxum məhsulu verir.[2]

  1. Al-Shehbaz I. A. A generic and tribal synopsis of the Brassicaceae (Cruciferae) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2012. Vol. 61, Iss. 5. P. 938. ISSN 0040-0262; 1996-8175 doi:10.1002/(ISSN)1996-8175
  2. 1 2 3 H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016