Yaşıl mil (kitab)

Yaşıl Mil, Amerikalı yazıçı Stephen King tərəfindən 1996-cı ildə nəşr olunan dəhşət/triller romanının adıdır. Əsl adı The Green Mile olan əsər "serialı roman"dır. Hal-hazırda daha çox tək bir kitabda formasında yığılır və roman şəklində çap olunur.

Yaşıl mil
ing. The Green Mile
Müəllif Stiven Kinq
Janrlar fantaziya, Qaranlıq fantaziya
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili avqust 1996

Bu romanı nəşr edərkən, Stephen King fərqli bir üslubu sınadı və Viktoriya dövrünün İngilis yazıçısı Charles Dickensin etdiyi kimi bir yandan romanı yazmağa davam edərkən, bir yandan da bitirdiyi hissələri kiçik cildlərdə (ya da fəsillərdə) nəşr etdirmişdir. Roman 6 fəsildə bitirilmişdir. Hər biri 60–70 səhifə olan incə cildlər, hər biri 6 fərqli başlıq altında hər ay nəşr olunmaqla 6 ayda yazılıb başa çatdırılmışdır. Tamamlandıqda, ümumilikdə 400 səhifə idi. Hər cildi New York Timesın bestseller siyahısına daxil olan roman, 1999-cu ildə kinoya köçürüldükdən sonra tək bir cilddə nəşr olunmuşdur. Bu bir cildli versiyası da ən çox satanlar siyahısına daxil olmağı bacarmışdır.

Roman 1996-cı ildə "Ən yaxşı roman" Bram Stoker mükafatına layiq görülmüşdür

Roman, 1930-cu illərdə ABŞ-də ağır cinayətlər həyata keçirmiş və edam hökmləri almış məhkumların olduğu Could Mountain həbsxanasının E-blokunda baş verir və həbsxana gözətçilərindən olan Paul Edgecombenin ağzından danışılır. Ölüm sırasını gözləyən məhkumlara da bir ləqəb də verilmişdir: "yeriyən ölü". Məhkumlar "Qoca Sparky" (qığılcım saçan) adlandırdıqları elektrik kreslosunda hökmlərinin icra edilməsi üçün növbələrini gözləyərkən, buraya gətirilən John Coffey adlı nəhəng və təmiz ürəkli məhbus hər kəsin xüsusilə başda Paul Edgecombe olmaqla həyatını dəyişdirir.

John Coffey, iki kiçik qızın təcavüzünə və qətlinə görə mühakimə olunmuş və edama məhkum edilmişdir. Ancaq bədəni böyük, beyni və ürəyi isə uşaq kimi kövrək olan bu adam, bu həbsxanaya gətirildiyi andan etibarən bütün insanlara, hətta siçovullara göstərdiyi dərin sevgi və şəfqəti ilə gözətçilərin və məhbusların rəğbətini qazanır. Mühafizəçilər Coffeyin bu cinayəti etmədiyini düşünməyə başlayırlar. Coffey həmçinin də bəzi qəribə qüvvələrə malikdir. Ölü bir siçanı dirildir, gözətçi Paul Edgecombenin bitməyən xəstəliyini (sidiyə getmə problemi) nəfəsi ilə yaxşılaşdırır və həbsxana rəhbərinin ölümcül xəstələnmiş (beyin xərçəngi) arvadını sağaldır. Ekstrasens gücləri ilə Edgecombeyə hadisə anında cinayətlə əlaqəsi olmadığını göstərir. İndi bu insanlar Coffeyin günahsız olduğuna əmindirlər, amma artıq edam qərarı verilmiş və həmin edam qərarı icra edilməlidir.

Green Mile ABŞ-də vahid bir roman cildi olaraq nəşr olunmamışdır. 28 Mart 1996-cı ildən başlayaraq ayda bir cilddən ibarət olmaqla 6 cilddə, yəni bir seriya olaraq 29 Avqusta qədər çıxmışdır. Cildləri nisbətən nazik olmuşdur. Hər cildi orta hesabla altmış və ya altmış altı səhifə olan kitabın həcmi ümumilikdə 400 səhifəyə bərabər olmuşdur.

Cild başlığı Original adı ABŞ-də nəşr tarixi Azərbaycan dilində adı
I Cild The Two Dead Girls 28 Mart 1996 Yaşıl mil seriyası: 1 İki Ölü Qız
II Cild The Mouse on the Mile 25 aprel 1996 Yaşıl mil seriyası: 2 Ölüm milindəki siçan
III Cild Coffey's Hands 30 May 1996 Yaşıl mil seriyası: 3 Coffenin əlləri
IV Cild The Bad Death of Eduard Delacroix 27 iyun 1996 Yaşıl mil seriyası:: 4 Eduard Delakruzun ölümü
V Cild Night Journey 25 iyul 1996 Yaşıl mil seriyası: 5 Gecə yolçuları
VI Cild Coffey on the Mile 29 avqust 1996 Yaşıl mil seriyası: 6 Coffey yaşıl mildə
  • Paul Edgecomb: Romanın əsas qəhrəmanıdır. Roman onun ağzından danışılır. O, edama məhkum olanların məntəqəsi olan E-blokunun nəzarətçisidir. Yaş həddi baxımından digərlərindən üstün olsa da, həmkarlarına bunu çox da hiss etdirmir. İnsanlığı və ədaləti, sakitliyi və uşaq kimi olan xarakteri ilə romanın müsbət personajlarından biridir. Davamlı sidik yolu infeksiyasında əziyyət çəkirdi və onun bu problemi məhkum Coffey tərəfindən müəmmalı şəkildə sağaldıldıqdan sonra, ona qarşı münasibəti dəyişməyə başlayır. Coffeynin sirlərini ilk öyrənən o idi.
  • Brutus Howell: Romanın müsbət personajlarından biridir. Bu iri cüssəli gözətçinin ləqəbi "Brutal", yəni qəddar deməkdir, amma o heç də belə biri deyildir. Bu ləqəbi kollecdən qovulmazdan əvvəl oynadığı universitet futbol komandasında olarkən almışdır. Son dərəcə mülayim, hamı ilə yola gedən, kövrək qəlbli və humanist bir insandır. Paul Edgecombun yaxın dostudur.
  • Percy Wetmore: Romanın ən pis qəhrəmanı, özündən çox razı olan və hamını alçaltmağa çalışan kiçik rütbəli gözətçidir. Rütbəsi ən aşağı olandır, ancaq eqoizmə sahib olduğu üçün olduqca rahat hərəkətlər edir. Qubernatorun arvadının qohumudur. O, qəddar, amansız, qanmaz və bir az axmaqdır. Həm də qorxaqdır. Qarşısındakı insanı alçaltmaq hissinin təzahürü kimi məhkumlara işgəncələr verir. Bütün blokun sevimlisi olan kiçik bir siçanı belə öldürməkdən böyük zövq alır. Heç vaxt edam həyata keçirməyib və Edgecomba növbəti edamı özünün icra etməsi üçün təzyiq edir və onun əsl məqsədi edama məhkum olunan şəxsi ağrılar içində yavaş-yavaş öldürməkdir.
  • John Coffey: Yaşıl milə gətirilən son məhbus idi. Romanın ikinci böyük qəhrəmanı olan bu hündür, çox böyük və əzələli qara adam demək olar ki, kiçik bir nəhəng kimi görünür. Bununla birlikdə, bu "Gəzən ölü"nün qızıl kimi bir ürəyi var. Uşaq kimi təmiz və sadəlövh, həmçinin bəxtsiz olan bu şəxs işlədiyi təsərrüfat sahibinin iki gənc qızını öldürdüyünə görə mühakimə olunmuş və edama məhkum edilmişdir. Ancaq yaydığı sevgi və pozitiv əhval-ruhiyyəsi ilə gözətçilərində onun günahkar ola biləcəyinə şübhə yaradır. Həm də qəribə və qeyri-adi qabiliyyətlərə malikdir. Ölü bir siçanı dirildir, sağalmaz xəstələri sağaldır.
  • Delacroix: Başqa bir ölüm cəzasına məhkum olmuş məhbusdur. Yorğun bir görünüşü və narahat davranışı vardır, həmçinin ağ siçanın sahibidir. Edamının rəhbəri Percy Wetmore olmuş və Wetmore onu işgəncələr ilə öldürmüşdür.
  • Jan Edgecomb: gözətçi Paul Edgecombun həyat yoldaşıdır
  • Hal Moores: Həbsxananın müdiridir. Yaxşı niyyətli və insanpərvər bir zabitdir. Arvadının ölümcül bir xəstəliyi olduğu üçün yataqdan qalxa bilmir. Bu vəziyyət, həbsxana müdiri Hal Mooresi sarsıtmış və bütünlükdə həyatdan küsməsinə səbəb olmuşdur. Coffey, sehrli qabiliyyətləri ilə həyat yoldaşını sağlamlığına qovuşdurur və bundan sonra Hal Moores inancını yenidən düşünməyə vadar olur.
  • Klaus-Detterick: Pambıqçılıq təsərrüfatının sahibidir. Öldürülən iki qızın atası da odur.

Ekrana çıxarılması

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yaşıl mil (film, 1999)